Previous Next
Bağla
REKLAM YERİ

AKTA və AzTU yeni layihəyə başladı

12-09-2022 16:10
AKTA və AzTU yeni layihəyə başladı

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) və Azərbaycan Texniki Universiteti (AZTU) kiber təhsil sahəsində aparılan siyasətin dəstəklənməsi məqsədilə Kibertəhlükəsizlik İnstitutunun formalaşdırılması və Kibertəhlükəsizlik kafedrasının yaradılmasına nail olmuşdur. İnstitut informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində müxtəlif ixtisasların təşkili istiqamətində yeni tədris ilindən fəaliyyətə başlayır.

Xeberler.az bildirir ki, AKTA ilə birgə AzTU-nun kampusunda Kibertəhlüksəzlik İnstitutunun və kafedrasının formalaşdırılması müəllim və tələbə heyətinin tamamilə yeni tədris və elmi araşdırma mühitində fəaliyyətinə imkan yaradır. İqtisadiyyatın müxtəlif sahələrində ehtiyac duyulan yüksək kvalifikasiyalı kadr potensialının təşkilinə hesablanmış layihədə AzTU ilə yanaşı digər universitetlərlə də kollaborativ əməkdaşlığın qurulması planlaşdırılıb. Kibertəhlükəsizlik sahəsində müəllim və akademik potensialın gücləndirilməsi məqsədilə sənayedə fəaliyyət göstərən aparıcı mütəxəssislərin layihəyə cəlb olunması nəzərdə tutulur. Həmçinin tədris proqramlarının Elm və Təhsil Nazirliyinin və sənayenin tələblərinə uyğun təşkilinə imkan yaradılır.

Layihədə aparıcı texnologiya istehsalçıları ilə birgə təcrübə mərkəzlərinin qurulması, təcrübə mübadiləsi aparılması kiber təhsilin diversifikasiyası imkanlarını daha da gücləndirir. Layihə çərçivəsində təşkil olunan virtual tədris və təcrübə imkanları sayəsində tələbələr sanəyenin aparıcı mütəxəssislərinin, o cümlədən qabaqcıl texnologiya istehsalçılarının tədris platformalarından faydalanacaqlar. AzTU-da AKTA ilə birgə müvafiq Data Mərkəzi resursları, kampus imkanları, zəruri proqram təminatı, tələbata uyğun akademik resurslar, kibertəhlükəsizlik simulyatorlarından istifadə və istehsalat təcrübəsi qazanmaq imkanlarının təşkili istiqamətində işlər aparılır. Yeni tədris ilindən başlayaraq ilk dəfə tədrisin həftəlik proqramlarla, tətbiqi metodlarla təşkili və qiymətləndirilməsi nəzərdə tutulur. Layihəyə təhlükəsizlik istiqamətində 4 ixtisaslaşma üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alan 500-ə yaxın tələbənin cəlb olunması nəzərdə tutulur. AKTA-nın dəstəyilə tələbələr geniş təcrübə mübadiləsi və karyera inkişafı imkanları qazanacaqlar.

AKTA iqtisadiyyatın müxtəlif sektorları, dövlət qurumları, özəl şirkətlər, tələbə və fiziki şəxslərlə əməkdaşlıq edir. Assosiasiya kibertəhlükəsizlik sahəsinin inkişafı və təkmilləşdirilməsi ilə bağlı qarşıya qoyduğu məqsəd və hədəflərin reallaşdırılması üçün müxtəlif istiqamətlər üzrə fəaliyyətlərin icrasını zəruri hesab edir. AKTA ölkədə kibertəhlükəsizliyin təmini ilə əlaqədar layihə və proqramların, tədbir və təkliflərin hazırlanması, müvafiq sahədə milli, elmi-texniki və kadr potensialının gücləndirilməsi, “workshop”lar, təlimlər, yay düşərgələrinin təşkili, ölkədaxili, regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi və ümumilikdə informasiya cəmiyyətinin inkişafına dəstək verilməsi istiqamətində fəaliyyət göstərir. İxtisaslaşmış yerli və beynəlxalq kibertəhlükəsizlik təşkilatlarının əlaqələndirilməsi, habelə milli, elmi-texniki və kadr potensialının gücləndirilməsi, kiber mühitdə ölkə reytinqinin möhkəmləndirilməsinə dəstək AKTA-nın fəaliyyət sahəsinə daxildir.

Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan AzTU iqtisadiyyatın baza sektorları olan nəqliyyat-logistika, metallurgiya-material texnologiyaları, maşınqayırma-robototexnika, erergetika-avtomatika,  telekommunikasiya, İKT, müdafiə sənayesi texnologiyaları sahələrində yüksəkixtisaslı kadrlar hazırlayır, sənaye əhəmiyyətli elmi tutumlu innovativ nümunələr yaradır, model və üsullar işləyir, məsləhət və texniki xidmətlər göstərir. Bu mənada kibertəhlükəsizlik sahəsində AKTA və AzTU-nun əməkdaşlığı kibertəhlükəsizliyin və informasiya təhlükəsizliyinin sənaye tətbiqlərini genişləndirərək artıracaq, “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2021-ci il, 1315 nömrəli Fərmanında nəzərdə tutulan əməli tədbirlərin həyata keçirilməsinə böyük töhfə verəcək. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: İT sahəsində kadrlara ehtiyac kəskin artıb

12-09-2022

AKTA il ərzində 8 mindədək mütəxəssisi bir araya gətirib

18-12-2025

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023

Bu il Azərbaycanda "Milli Kibertəhlükəsizlik İndeksi" təqdim olunub

19-12-2024

Kibertəhlükəsizlik sahəsində fərqlənən tələbələr mükafatlandırılıb

07-07-2025

Azərbaycan Universitetində “MilliSec” şirkətinin nümayəndələri ilə görüş olub

12-02-2025

AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir

26-07-2024

İRİA ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi əməkdaşlığa başlayır

04-03-2025

AKTA-nın 2024-cü il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

21-12-2024

AKTA üzvü olan şirkətlər ilə görüş keçirilib

30-09-2025

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti AzTU ilə əməkdaşlığa başladı

05-11-2022

Saatlıda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə başlanılıb

17-09-2025

Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

09-02-2026

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023

AKTA-nın tərəfdaşlığı ilə “Cyber Day” tədbiri keçirilib

26-11-2025

Bu şirkətlər kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət göstərəcək

02-05-2023

Azərbaycan Özbəkistanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayır

31-08-2023

İnformasiya təhlükəsizliyi ixtisası üzrə yeni təhsil proqramı hazırlanıb

01-08-2022

AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

27-01-2023

AKTA-nın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

18-12-2025

AKTA UNEC-də seminar təşkil edib

03-03-2026

AKTA “Kibertəhlükəsizlikdə qadınlar” tədbirində iştirak edib

25-09-2025

"Telekommunikasiya sektorunda kibertəhlükəsizlik" adlı dəyirmi masa keçirilib

07-02-2025

"Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası"nın sədri dəyişib

02-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə