Previous Next
Bağla

Vətəndaşlara aid diplom məlumatlarının dəqiqliyi yoxlanılıb

04-07-2025 16:59
Vətəndaşlara aid diplom məlumatlarının dəqiqliyi yoxlanılıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən Elm və Təhsil Nazirliyi (ETN) və Dövlət İmtahan Mərkəzinin (DİM) təqdim etdiyi məlumat bazaları əsasında məlumatların dürüstləşdirilməsi prosesi həyata keçirilib. Bu təşəbbüs, dövlət informasiya sistemlərindəki məlumat kirliliyinin aradan qaldırılması, rəqəmsal xidmətlərin dəqiqliyinin artırılması və vətəndaşlara daha etibarlı və düzgün təhsil məlumatlarının təqdim olunması məqsədini daşıyır. Rəqəmsal İnkişaf Konsepsiyasının Tədbirlər Planının 1.1.4-cü bəndinə uyğun olaraq, ilkin mərhələdə son 15 ilə aid diplom məlumatlarının dürüstləşdirilməsi istiqamətində İRİA-nın iştirakı ilə genişmiqyaslı texniki və analitik işlər həyata keçirilir. Növbəti mərhələdə əsas hədəf bütün mövcud diplom məlumatlarının mərhələli şəkildə dürüstləşdirilməsidir ki, bu istiqamətdə də hazırda planlaşdırma işləri aparılır. 

Xeberler.az bildirir ki, dürüstləşdirmə prosesi – yəni dövlət qurumları tərəfindən saxlanılan məlumatların reallığa uyğunluğunun yoxlanılması, qeyri-dəqiq və ya təkrar məlumatların ayırd edilməsi və onların etibarlı mənbələrlə dəqiqləşdirilməsi – bu layihənin əsas hissəsidir.  

İRİA-nın həyata keçirdiyi texniki təhlil nəticəsində ETN və DİM tərəfindən təqdim edilmiş 1,6 milyondan artıq diplom və FİN məlumatı analiz edilib. Diplom məlumatları üzərində həyata keçirilən dürüstləşdirmə və zənginləşdirmə işləri nəticəsində ETN-də diplom məlumatlarının keyfiyyət göstəricisi 90%-ə çatdırılıb.  Eyni zamanda 50,000-dən çox diplom məlumatı işlənməsi üçün DİM-ə təqdim olunub.  

Prosesin əsas məqsədi diplom məlumatlarının aktuallığını təmin etmək, uyğunsuzluqları aradan qaldırmaqdır. Eyni zamanda, bu tədbirlər “mygov” platformasına ötürülən məlumatların düzgünlüyünü də təmin etməklə vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətini yüksəltmiş olur. Məlumatların uyğunlaşdırılması və vahid sistemə inteqrasiyası həmçinin ETN və DİM arasında informasiya axınının dəqiqliyini və çevikliyini təmin edir. Bu da gələcəkdə məlumatların analitik təhlilini, inteqrasiyasını və qərarların daha məlumatlı şəkildə verilməsini mümkün edəcək. 

Bununla yanaşı, “Rəqəmsal Məktəb” layihəsi çərçivəsində cari təhsilalan şagirdlərin valideyn məlumatlarının dürüstləşdirilməsi istiqamətində də işlər görülüb. ETN tərəfindən təqdim olunan 387,850 nəfər şagirdə dair məlumatın 88%-i eyniləşdirilib, bu məlumatların isə 78%-i yoxlanılması üçün ETN-ə qaytarılıb. Bu proses valideyn məlumatları əsasında təhsil sistemində avtomatlaşdırılmış xidmətlərin qurulması və idarəetmənin optimallaşdırılması məqsədi daşıyır. 

Bütün bu tədbirlərlə yanaşı, vətəndaş məmnunluğunu artırmaq və onlara daha operativ informasiya dəstəyi göstərmək məqsədilə Elm və Təhsil Nazirliyi üçün süni intellekt əsaslı çatbot hazırlanıb. Hazırda test mərhələsində olan bu sistem magistratura və doktoranturaya qəbul, müəllimlərin işə qəbulu, məktəbəqədər hazırlıq və Respublika Fənn Olimpiadası kimi mövzularda tez-tez verilən sualları cavablandırmaq imkanına malikdir. Çatbot 24/7 rejimində fəaliyyət göstərəcək və rəsmi mənbələrə əsaslanan məlumatların vətəndaşlara çatdırılmasını təmin edəcək. Gələcək mərhələdə çatbotun funksionallığının daha da genişləndirilməsi və digər sahələr üzrə də vətəndaşlara dəstək göstərməsi nəzərdə tutulur. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Təhsil sənədlərinin “mygov” üzərindən təqdim olunması artıq tam hüquqidir

Təhsil sənədlərinin “mygov” üzərindən təqdim olunması artıq tam hüquqidir

10-01-2026
Rəqəmsal diplomlar nə zaman veriləcək?

Rəqəmsal diplomlar nə zaman veriləcək?

19-10-2023
 "e-Su" tətbiqi fəaliyyətini dayandırır

"e-Su" tətbiqi fəaliyyətini dayandırır

12-05-2026
"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

05-05-2025
Azərbaycanda kağız diplom dövrü başa çatır - Osman Gündüz

Azərbaycanda kağız diplom dövrü başa çatır - Osman Gündüz

09-01-2026
ETX: Vətəndaşların fərdi məlumatlarının yayılmasının qarşısı alınıb

ETX: Vətəndaşların fərdi məlumatlarının yayılmasının qarşısı alınıb

28-01-2026
Qərb Universitetindən üçlü diplom-Layihə

Qərb Universitetindən üçlü diplom-Layihə

15-02-2018
Təhsil nazirliyi diplom bazasını 5 ildir niyə yeniləmir?

Təhsil nazirliyi diplom bazasını 5 ildir niyə yeniləmir?

12-03-2021
 Tələbələrin diplom işləri Antiplagiat sistemi ilə yoxlanacaq

Tələbələrin diplom işləri Antiplagiat sistemi ilə yoxlanacaq

04-08-2016
Ekspert:Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?

Ekspert:Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?

30-08-2022
Hansı universitet məzun günündə diplom verə bilir ?

Hansı universitet məzun günündə diplom verə bilir ?

20-06-2024
Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

12-09-2025
Ən çox müraciət olunan e-xidmətlərin adları açıqlanıb

Ən çox müraciət olunan e-xidmətlərin adları açıqlanıb

24-11-2015
“mygov” platformasına yeni təhsil xidmətləri inteqrasiya edilib

“mygov” platformasına yeni təhsil xidmətləri inteqrasiya edilib

01-06-2026
“İnsan kapitalında rəqəmsal yanaşmalar” mövzusunda sessiya keçirilib

“İnsan kapitalında rəqəmsal yanaşmalar” mövzusunda sessiya keçirilib

28-11-2025
Ən çox istifadə olunan elektron xidmətlərin siyahısı açıqlandı

Ən çox istifadə olunan elektron xidmətlərin siyahısı açıqlandı

10-01-2013
MM şəxsiyyət vəsiqəsində əks olunan məlumatların yenilənməsi təsdiqləyib

MM şəxsiyyət vəsiqəsində əks olunan məlumatların yenilənməsi təsdiqləyib

04-07-2025
Ekspert: Rəqəmsal tələbə kartları tələbələrin istifadəsinə verilib

Ekspert: Rəqəmsal tələbə kartları tələbələrin istifadəsinə verilib

03-03-2025
"mygov"a yeni təhsil xidmətləri inteqrasiya edilib

"mygov"a yeni təhsil xidmətləri inteqrasiya edilib

14-05-2026
İRİA: Vətəndaşlara “mygov”la 400-dən çox elektron xidmət təqdim olunur

İRİA: Vətəndaşlara “mygov”la 400-dən çox elektron xidmət təqdim olunur

02-02-2026
İRİA: İndiyədək 30 milyondan çox məlumat dürüstləşdirilib

İRİA: İndiyədək 30 milyondan çox məlumat dürüstləşdirilib

28-04-2025
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib

“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib

10-01-2025
İRİA: Bir ildə vətəndaşların 24 milyondan çox məlumatı təmizlənib

İRİA: Bir ildə vətəndaşların 24 milyondan çox məlumatı təmizlənib

05-11-2025
“mygov”da məlumat sorğuları barədə bildirişlər göndərilməyə başlanılıb

“mygov”da məlumat sorğuları barədə bildirişlər göndərilməyə başlanılıb

18-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə