İRİA: “Epam Systems”in Azərbaycana gəlmə prosesi yekunlaşmaq üzrədir

11-09-2025 / 11:15

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) beynəlxalq təşkilatlarla əməkdaşlıqların qurulması istiqamətində danışıqlar aparır.

Xeberler.az məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında İRİA-nın idarə heyətinin sədri Fərid Osmanov deyib.

O bildirib ki, artıq beynəlxalq İT şirkəti olan “Epam Systems” şirkətinin ölkəmizə gəlməsi yekunlaşmaq üzrədir:

“Həmin təşkilatla birlikdə Azərbaycanda müvafiq insan kapitalının formalaşdırılması və beynəlxalq layihələrin icrası istiqamətində artıq real fəaliyyətlərə başlanılıb. Digər beynəlxalq təşkilatların da ölkəmizə gəlməsi istiqamətində sistemli işlər aparılır”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə