İsraillə əlaqəli “Gonjeshke Darande” haker qrupu İranın “SEPAH” bankına qarşı genişmiqyaslı kiberhücum həyata keçirdiyini və onun bütün məlumatlarını məhv etdiyini bildirib.
Xeberler.az “Times of Israel”ə istinadən məlumat verir ki, "SEPAH” bankı beynəlxalq sanksiyalardan yan keçən və İran xalqının pullarını proksi terror qruplarını, ballistik raket və hərbi nüvə proqramını maliyyələşdirmək üçün istifadə edən bir qurum idi", - haker qrupunun bəyanatında deyilir.
"Bu əməliyyatı mümkün edən cəsur iranlılara təşəkkür edirik", - qrup əlavə edib.
“Gonjeshke Darande” son illərdə İrana qarşı bir neçə kiberhücuma, o cümlədən yanacaqdoldurma məntəqələrinə və poladtökmə zavoduna qarşı kiberhücumlara görə məsuliyyəti öz üzərinə götürüb.
Daha əvvəl İran mediasında “SEPAH”ın filiallarının bu gün açılmadığı barədə məlumat yayılmışdı. İran sosial şəbəkə seqmentində həmçinin bank müştərilərinin öz hesablarına daxil ola bilmədikləri barədə məlumatlar da yer alıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları