Previous Next
Bağla

İstədiyiniz həkimi tapın, qəbuluna yazılın- Həkim Tap

27-07-2017 10:36
İstədiyiniz həkimi tapın, qəbuluna yazılın- Həkim Tap

Texnologiyaların inkişafı, gətirdiyi yenliklər bütün sahələrdə olduğu kimi, tibb sektorunda da öz təsirini göstərir.

Dünyada yeni yaranan texnologiyaların əksriyyəti məhz bu sahə ilə bağlı olur. Azərbaycanda da son dövrlər tibb ilə bağlı xidmətlərin elektronlaşdırıldığı, yeni layihələrin yaradıldığı müşahidə edilir.

Ölkəmizin beynəlxalq tibb sahəsindəki layihələrindən biri də Həkim Tap-dır. Belə ki, onlayn tibbi portal həkim tapıb, qəbula yazılmaq istəyən vətəndaşların işini asanlaşdırır.

Layihə qlobal bazarda fəaliyyətini genişlənidirirək artıq 5 ölkədə xidmət göstərir.

Xeberler.az olaraq layihə ilə bağlı daha ətraflı Həkim Tap şirkətinin Azərbaycandakı rəhbəri Rüfət Həsənzadə ilə söhbət etdik.

R. Həsənzadə  bildirib ki, şirkət artıq Azərbaycan, Gürcüstan, Pakistan, Qazaxıstan, və Ukrayna da daxil olmaqla 5 ölkədə fəaliyyət göstərir və ilin sonuna kimi 10 ölkədə işini davam etdirməyi planlayır.

Onun sözlərinə görə, Həkim Tap artıq Azərbaycanın ən geniş onlayn tibbi portalıdır və şirkətin xidmətlərindən hər gün on minlərlə insan faydalanır.

Sayt vasitəsi ilə həm peşəkar tibb işçilərin, həm də adi istifadəçilərun axtardıqlarını rahatlıqla tapa bildiyini vurğulayan  R. Həsənzadə  platformadan  istifadə  qaydaları barədə ətraflı  məlumat verib:

“İstifadəçilər burada rahatlıqla müxtəlif kriteriyalara görə həkim seçimi edə bilərlər. Həkim axtarışı geoqrafik lokasiyaya, təcrübəyə, elmi məqalə və ya təklif edilən aksiyalara görə həyata keçirilir. İstifadəçilər onlayn qeydiyyatdan keçməklə həkimin qəbuluna düşə və həmçinin söhbət bölməsi vasitəsi ilə onlayn şəkildə öz suallarını qarşı tərəfə ünvanlaya bilərlər”.

O, qeyd edib ki, əlavə olaraq həkimlərin müxtəlif mövzularda maarifləndirici  video bloqlarına da baxmaq mümkündür:

“Həkimlərdən əlavə istifadəçilərimiz klinikaların və apteklərin də xidmətlərindən yararlana bilərlər. Bunlara yüzlərlə aksiyaları, ödənişsiz müayinələri və apteklərdən pulsuz çatdırılma xidmətlərini misal göstərmək olar. Tibb sahəsində çalışan peşəkarlar üçün də müxtəlif xidmətlər təklif olunur. Öncə saytımızda həkimlərin şəxsi profilləri yaradılır. Hansı ki, orada həkimlər özləri haqda geniş məlumatları, aksiyaları və məqalələrini rahatlıqla yerləşdirə bilərlər.  Həkimlər şəxsi profillərində yerləşdirdikləri məqalərlə özlərini beynəlxalq səviyyədə tanıtdırırlar. Belə ki, bu məqalə təkcə Azərbaycanda deyil, digər əcnəbi ölkələrdə də həm peşəkar tibb işçiləri, həm də adi istifadəçilər tərəfindən oxunur”.

Layihədə təhsilə də böyük önəm verdiklərindən danışan şirkət rəhbəri  bununla bağlı müxtəlif  tədbirlər təşkil etdiklərini diqqətə çatırıb:

“ Həkim Tap beynəlxalq layihə olduğu üçün gələcəkdə də bir sıra beynəlxalq konqreslər və təhsillə bağlı böyük tədbirlər keçirəcəyik. Bu, bizim tibbdəki təhsilimizin və ümumilikdə tibb sahəsinin inkişafına təkan verəcəyi üçün Azərbaycanda belə tədbirlərin sayını daha da artırmaq istəyirik. Qeyd edim ki, belə tədbirlərin mütəmadi təşkil edilməsi Azərbaycanı regionda tibbi inkişafı olan bir ölkə kimi tanıtdıracaq. Bu da gələcəkdə xarici ölkələrdən tibbi xidmətlərdən yararlanmaq üçün insanların Azərbaycana axın etməsinə səbəb olacaq. Həmçinin abiturient, tələbələrimizə və tibb işçilərinə xaricdə təhsil, universitetlərə qəbul, praktika, rezidentura və ordinatura keçmək üçün də köməklik göstəririk”.

Öyrənirik ki, layihə çərçivəsində müxtəlif xidmətlər göstərilir:

“ Layihə çərçivəsində tibbdə karyera inkişafı xidməti də mövcuddur. Karyera inkişafı nədir? Bununla bağlı bizə müraciət edənlər həkimlər, rezidentlər, müxtəlif tibb işçiləri və tələbələrdir. Biz onlara Azərbaycanda, həmçinin xarici ölkələrdə daimi və ya müvəqqəti işə düzəlməyə köməklik göstəririk. Onlara  karyera qurmalarında beynəlxalq təcrübəyə əsasən məsləhətlərimizi veririk”.

Rüfət Həsənzadə əsas hədəflərinin qarşıdakı iki il ərzində 3 milyarddan çox insanı əhatə etmək olduğunu deyib:

“Bunun üçün də biz gələcəkdə Avropa və Asiya bazarlarına daxil olmağı planlaşdırırıq. Bzim strategiyamız və roadmap 1 illik yazılıb və yeni funksional və ya servis xidmətləri tətbiq olunduqda bunu ictimaiyyətə təqdim edəcəyik”.

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Tibbdə İnternet” Beynəlxalq konqresi

27-08-2008

“mygov”da tibbi məlumatlara çıxış imkanları genişlənib

30-05-2025

“Həkim axtarışı” - yeni xidmət yaradılır

13-02-2015

Səhiyyə sistemində yeni texnologiyanın tətbiqinə başlanıb

23-01-2018

Valideynlər poliklinikalara getmədən həkim qəbuluna yazıla biləcək

21-05-2016

ABŞ-də özünü həkim kimi təqdim edən süni intellekt məhkəməyə verilib

07-05-2026

Aztibb.az portalı istifadəyə verilib

22-07-2020

Xəstələri robot müalicə edəcək

23-09-2015

Həkim qəbuluna “e-Tabib” tətbiqi üzərindən yazılmaq mümkün olacaq

01-05-2023

Yeni qurğu tibb bacılarını əvəz edəcək

13-03-2017

Tibb müəssisələrində İKT infrastrukturunun qurulması davam edir

20-08-2019

Ən axsaq yerimiz səhiyyə sistemidir

19-12-2020

“e-Tabib” mobil tətbiqi yeniləndi

16-03-2023

Azercell koronavirusla savaşan tibb işçilərinə rabitə dəstəyini davam etdirir

24-12-2020

Səhiyyədə 25 xidmət elektronlaşacaq

12-03-2013

Elektron reseptə qoşulmaq qaydası necədir?

05-02-2025

“Elektron resept tibbi məlumatlara əlçatanlığı təmin edəcək”

17-01-2024

Mənim online həkimim - Azərbaycanda

27-02-2013

Naxçıvanda e-səhiyyə sistemi qurulur

04-11-2025

Daha 3 tibbi məlumat “mygov” platformasına inteqrasiya olunub

23-07-2025

2023-cü ildən etibarən “Elektron Epikriz” səhiyyə işçiləri üçün əlçatandır

25-02-2023

Poliklinikalarda elektron növbə sisteminin tətbiqi gözlənilir

27-10-2025

5G tibb sahəsində də istifadə edilir

13-04-2018

Həkim qəbulu elektronlaşdırılır

09-04-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə