Previous Next
Bağla

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

24-06-2015 21:42
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Qurumdan Xəbərlər-ə verilən məlumata görə, iclasın gündəliyində əksini tapan məsələlərdən biri də elektron elmin inkişafına dair fəaliyyət planı haqqında olub. Bununla bağlı çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev elektron elmin formalaşması və inkişaf etdirilməsi istiqamətindəki tədbirlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamla təsdiqlədiyi “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və Milli Strategiyanın icrası üzrə Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar olduğunu bildirib. Bu sahədə müvafiq tədbirlər həyata keçirməyə böyük ehtiyac duyulduğunu deyən R.Əliquliyev AMEA Ümumi Yığıncağının 29 aprel 2014-cü il tarixli iclasında Akademiyada elektron elmin inkişafı ilə bağlı tədbirlər görmək istiqamətində qərarlar qəbul olunduğunu xatırladıb.

Rasim Əliquliyev Akademiya üzrə 2014-cü il üçün elektron elmin monitorinqinin aparılması, kommunikasiya infrastrukturunun modernləşdirilməsi, AzScienceNet şəbəkəsinin istismarı, infrastrukturu və əməkdaşların İKT üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, AMEA üçün müxtəlif təyinatlı informasiya sistemlərinin yaradılması, elektron elmin formalaşmasının elmi-praktiki problemlərinin araşdırılması, həmçinin ölkədaxili, beynəlxalq inteqrasiyanın inkişaf etdirilməsi, elektron elmin populyarlaşdırılması və təbliğat işinin aparılması istiqamətində planlaşdırılmış işlərin AMEA üzrə elektron elmin inkişafına dair Fəaliyyət Planında yer aldığını söyləyib. Bildirilib ki, Azərbaycanın milli elm və təhsil şəbəkəsi olan “AzScienceNet”in sürətli inkişafına nail olunması, AMEA-nın nəzdində fəaliyyət göstərən elmi müəssisə və təşkilatların şəbəkənin elektron infrastrukturu üzərindən qabaqcıl şəbəkə texnologiyaları və xidmətlərlə təmin olunması, keyfiyyəti yüksəltmək üçün texnoloji imkanlar baxımından lazım olan şəraitin yaradılması,  AMEA-nın regional elmi bölmə və mərkəzlərində distant tədris mərkəzlərinin yaradılması və digər istiqamətlərdə bir sıra işlər görülür. R.Əliquliyev bu yöndə öz fəaliyyətini daha da genişləndirməyə çalışan Akademiyanın elmi müəssisə və təşkilatların veb-resurslarının monitorinqinin aparılması, onlara elmi-metodiki və texnoloji dəstək verilməsi, AMEA-nın informasiya-sorğu sistemi, Milli Terminoloji İnformasiya Sistemi və "Azərbaycan Milli Elmlər Akademiyası haqqında məlumat" sisteminin qurulması, həmçinin Wiki-mərkəzin fəaliyyətinin gücləndirilməsi ilə müxtəlif təyinatlı informasiya sistemləri və resurslarının formalaşdırılmasında əməli addımlar atmaqda olduğunu deyib. Elektron elmin formalaşması və inkişafının elmi-nəzəri və praktiki problemlərinin araşdırılması, təkliflər və tövsiyyələrin işlənilməsi, E-elm və e-təhsilin inteqrasiyasının inkişaf etdirilməsi, virtual məkanda beynəlxalq elmi bazalarda müxtəlif vebometrik və elmmetrik göstəricilər üzrə Azərbaycan elminin, həmçinin AMEA-nın vəziyyətinin qiymətləndirilməsinə dair məlumatların müntəzəm olaraq monitorinqinin aparılması və müvafiq hesabatların hazırlanması, elektron elmə dair biliklərin populyarlaşdırılması və təbliğinin, o cümlədən bu sahələrdə əsası qoyulan əməkdaşlıqların elektron elm sahəsində böyük əhəmiyyət kəsb etdiyini bildirib. Eyni zamanda H.Əliyev Fondu, Akademiya, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə informatika fənni üzrə ümumrespublika olimpiadasının keçirilməsi, əməkdaşların beynəlxalq elmi bazalara çıxışının təmin edilməsi elm və təhsil ictimaiyyətinə töhfələr verəcəyini vurğulayıb.

İclasda fəaliyyət planı təsdiq edilib. Planın icrasından irəli gələn məsələlərin həll edilməsi üçün AMEA İnformasiya Texnologiyaları İnstitutuna tapşırıqlar verilib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

10-03-2015
AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

22-04-2014
AzScienceNet -in 95 faizi fiber-optik kabel əsasında qurulub

AzScienceNet -in 95 faizi fiber-optik kabel əsasında qurulub

09-07-2015
Elektron elmin formalaşması problemləri  araşdırılır

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016
AzScienceNet-in fəaliyyəti gücləndirilir

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016
Elektron elmin inkişafı müzakirə olunub

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019
AzScienceNet-in maddi-texniki bazası gücləndirilir

AzScienceNet-in maddi-texniki bazası gücləndirilir

20-09-2015
AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015
“Elmi problemlər reyestri”  informasiya sistemi yaradılır

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016
AMEA-da Elektron akademiya şöbəsinin prioritetləri təsdiqlənib

AMEA-da Elektron akademiya şöbəsinin prioritetləri təsdiqlənib

15-02-2023
AMEA-da yeni informasiya sistemləri yaradılır

AMEA-da yeni informasiya sistemləri yaradılır

19-01-2017
AMEA-nın  veb-portalının monitorinqi keçiriləcək

AMEA-nın veb-portalının monitorinqi keçiriləcək

21-09-2016
AMEA-da elektron sənəd mübadiləsi sisteminin strukturu və fəaliyyətinin təşkili ilə bağlı qərar qəbul edilib

AMEA-da elektron sənəd mübadiləsi sisteminin strukturu və fəaliyyətinin təşkili ilə bağlı qərar qəbul edilib

12-09-2023
"Rəqəmsal İnkişaf Konsepsiyası” ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

"Rəqəmsal İnkişaf Konsepsiyası” ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

11-02-2025
Yeni texnologiya və innovasiyalar nümayiş etdiriləcək

Yeni texnologiya və innovasiyalar nümayiş etdiriləcək

27-01-2016
FRTEB-in Ümumi yığıncağının onlayn iclası keçirilib

FRTEB-in Ümumi yığıncağının onlayn iclası keçirilib

26-07-2022
Elektron elmin formalaşması problemləri  müzakirə olunub

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016
Distant tədris mərkəzlərinin fəaliyyəti  genişləndirilir

Distant tədris mərkəzlərinin fəaliyyəti genişləndirilir

06-04-2016
AMEA ilin ən yaxşı veb-saytlarını açıqladı

AMEA ilin ən yaxşı veb-saytlarını açıqladı

10-03-2017
AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış

AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış

16-03-2023
AzScienceNet-in infrastrukturu yenidən qurulub

AzScienceNet-in infrastrukturu yenidən qurulub

29-04-2016
RİTN ilə AMEA arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb

RİTN ilə AMEA arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb

29-10-2009
AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

22-07-2025
Viki-Mərkəzin  fəaliyyəti genişləndirilir

Viki-Mərkəzin fəaliyyəti genişləndirilir

05-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə