Previous Next
Bağla

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016 17:30
AzScienceNet-in fəaliyyəti gücləndirilir

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AzScienceNet Elm-Kompüter Şəbəkəsinin (EKŞ) fəaliyyətinin gücləndirilməsi haqqında məsələ müzakirə edilib.

Xeberler.az-ın məlumatına görə, məsələ ilə bağlı çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bildirib ki, bir çox dövlət sənədlərində elmin informasiya təminatının gücləndirilməsi, elmi fəaliyyət sahəsində İKT-nin tətbiqi və elektron elmin formalaşdırılması kimi mühüm vəzifələr müəyyən edilib.

Bu vəzifələrə uyğun olaraq, AzScienceNet dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri qurur və AMEA-nın alim və mütəxəssislərinin dünyanın elm və təhsil şəbəkələrinin təqdim etdiyi imkanlardan yararlanmasına şərait yaradır. Alimlər öz tədqiqatlarında böyük həcmli verilənlərdən birgə istifadə edir, irimiqyaslı elmi layihələr həyata keçirir, qabaqcıl şəbəkə texnologiyası və xidmətlərindən faydalanırlar.

AMEA-nın AzScienceNet Elm-Kompüter Şəbəkəsinin Akademiyanın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli internet xidmətləri göstərməklə Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin etdiyini, elm və təhsil şəbəkələri üzrə milli operator funksiyasını yerinə yetirdiyini deyən akademik Rasim Əliquliyev sözügedən şəbəkənin infrastrukturunun genişləndirilməsi istiqamətində işlərin davam etdiyini bildirib. Alim AzScienceNet-in ölkəmizi təmsil etdiyi layihələr haqqında da məlumat verib.

Akademik R.Əliquliyev onu da diqqətə çatdırıb ki, Azərbaycan elminin informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən istifadə etməklə inkişaf etdirilməsi, dünya elminə inteqrasiyası, vahid milli elmi onlayn infrastrukturun və informasiya fəzasının yaradılması və digər bu kimi məsələlərin həll edilməsi zərurəti AzScienceNet EKŞ-in fəaliyyətinin daha da gücləndirilməsini tələb edir.

İclasda qeyd olunanları nəzərə alaraq, Rəyasət Heyyəti qərar qəbul edib.

Qərarda AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən AzScienceNet EKŞ-in fəaliyyətinin gücləndirilməsinə dair tədbirlər planının hazırlanması, şəbəkənin maddi-texniki bazasının, e-poçt xidməti fəaliyyətinin, İnternet-monitorinq və İnternet-analitikası işlərinin gücləndirilməsi və digər məsələlər öz əksini tapır. Həmçinin qərarda AzScienceNet EKŞ üzərindən Azərbaycanın regionlarında yerləşən elm və təhsil müəssisələri üçün distant tədris xidmətlərinin həyata keçirilməsi, EaPConnect layihəsi çərçivəsində Azərbaycan elminin dünya elminə inteqrasiyasını sürətləndirmək məqsədi ilə AzScienceNet EKŞ-in müvafiq beynəlxalq qurumlarla əlaqələrinin gücləndirilməsi ilə bağlı məsələlər də yer alır.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

02-06-2017
İnformasiya Texnologiyaları İnstitutu hosting xidməti göstərir

İnformasiya Texnologiyaları İnstitutu hosting xidməti göstərir

04-01-2013
İnformasiya Texnologiyaları İnstitutu Xantaro şirkəti ilə əlaqələr qurur

İnformasiya Texnologiyaları İnstitutu Xantaro şirkəti ilə əlaqələr qurur

29-03-2019
“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” müzakirə olunacaq

“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” müzakirə olunacaq

29-03-2015
AzScienceNet -in 95 faizi fiber-optik kabel əsasında qurulub

AzScienceNet -in 95 faizi fiber-optik kabel əsasında qurulub

09-07-2015
Distant tədris mərkəzlərinin fəaliyyəti  genişləndirilir

Distant tədris mərkəzlərinin fəaliyyəti genişləndirilir

06-04-2016
 Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017
AzScienceNet-in  İnternet Xidmətləri Mərkəzinin açılışı olub

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzinin açılışı olub

19-10-2016
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

24-06-2015
Elektron elmin inkişafı müzakirə olunub

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019
AzScienceNet-in imkanları genişləndirilir

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017
Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

08-10-2016
AzScienceNet-in İnternet Xidmətləri Mərkəzi açılacaq

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzi açılacaq

07-10-2016
AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

06-01-2023
“Ölkədə distant tədris mərkəzlərinin  sayı artırılacaq”

“Ölkədə distant tədris mərkəzlərinin sayı artırılacaq”

08-01-2016
E-kitabxana sistemlərinin təhlükəsizliyi müzakirə edilib

E-kitabxana sistemlərinin təhlükəsizliyi müzakirə edilib

04-04-2016
İnformasiya Texnologiyaları İnstitutunun yubileyi keçiriləcək

İnformasiya Texnologiyaları İnstitutunun yubileyi keçiriləcək

23-07-2020
AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018
Doktorluq imtahanları distant formada keçirilib

Doktorluq imtahanları distant formada keçirilib

31-01-2017
AzScienceNet-in maddi-texniki bazası gücləndirilir

AzScienceNet-in maddi-texniki bazası gücləndirilir

20-09-2015
Yeni institut AzScienceNet-ə qoşuldu

Yeni institut AzScienceNet-ə qoşuldu

08-06-2017
Bu instituta AzScienceNet-in virtual maşınlarından istifadə hüququ verildi

Bu instituta AzScienceNet-in virtual maşınlarından istifadə hüququ verildi

24-10-2017
Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

15-02-2017
AzScienceNet şəbəkəsinin Əsasnaməsi hazırlanıb

AzScienceNet şəbəkəsinin Əsasnaməsi hazırlanıb

13-07-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə