Previous Next
Bağla

Kaspersky Azərbaycanda ən geniş yayılmış internet-dələduzluq üsullarını aşkarlayıb

17-02-2022 20:35
Kaspersky Azərbaycanda ən geniş yayılmış internet-dələduzluq üsullarını aşkarlayıb

Kaspersky azərbaycanlı internet istifadəçiləri arasında sorğu keçirib*. Araşdırma nəticəsində məlum olub ki, sorğuda iştirak edənlərin 87%-i onlayn fırıldaqçılıqla şəxsən qarşılaşıb; respondentlərin yarıdan çoxu (57%) lotereya uduşu təklifi alıb; 21%-i özünü bank işçisi kimi təqdim edən və şifrə, bank kartı nömrəsi, pin kod, CVV şifrə və ya digər maliyyə məlumatlarını təsdiq etməyi istəyən şəxslərlə ünsiyyətdə olub; sorğu iştirakçılarının 21%-i az tanınan saytlarda “çox cəlbedici endirimlərlə” alış-veriş edərək sonda əliboş qalıb.

Baş verən halların 88%-də dələduzlarkarlar şəxsi telefon nömrələrinə zəng edib və ya mesaj göndəriblər, 83% hallarda isə məktublar respondentlərin və ya onların
yaxınlarının elektron poçt ünvanına gəlib. Çox vaxt fırıldaqçılar özlərini bank/maliyyə qurumu (27%) və ya tanınmış brend (bank və ya mağaza deyil) (27%) kimi təqdim edirdilər. 65% hallarda respondentlə şəxsən əlaqə saxlamayıb və məlumatlarını qeyd etməyiblər.

Dələduzlar daha çox uduşlar (34%), investisiya təklifləri (25%) və ya “asan qazanc” viktorinalarında iştirak (14%) haqqında mesajlarla insanların diqqətini cəlb etməyə çalışıblar. Dələduzlar öz müraciətlərində SMS-dəki şifrə və ya kart məlumatını təqdim etməyi (36%), kartdan karta pul köçürməyi (21%) və şəxsi və/və ya ödəniş
məlumatlarını (21%) göndərməyi xahiş ediblər.

“Araşdırmamızın nəticələri göstərdi ki, pandemiya və ümumi özünütəcrid dövrü dələduzluğun inkişafı üçün münbit zəmin yaradıb. Bu gün dünyada sosial mühəndisliyin köməyi ilə istifadəçiləri aldatmaq üçün artıq bütöv bir sənaye mövcuddur. Bu təhlükə Azərbaycan xalqı üçün də getdikcə daha geniş vüsət alır. Bununla bütün bazar iştirakçıları ilə birlikdə mübarizə aparmaq, o cümlədən, istifadəçilərin maliyyə savadını artırmaq lazımdır”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

AccessBank-ın Ödəniş kartları Departamentinin rəhbəri Sevinc Əliyevanın fikrincə, dələduzluq hallarının sayının artması ilk növbədə ümumilikdə elektron ticarətin inkişafı ilə bağlıdır.

“Dələduzluq yolu ilə pul vəsaitlərinin mənimsənilməsi ödəniş kartına dair məxfi məlumatların və kart istifadəçisi tərəfindən SMS bildiriş formasında əldə olunan birdəfəlik şifrənin ələ keçirilməsi ilə baş verir. Bundan əlavə, son vaxtlar fırıldaqçıların bank adından kart istifadəçiləri ilə əlaqə saxlaması və ödəniş kartına aid müəyyən məlumatların açıqlanmasına dair tələblər irəli sürməsi ilə bağlı hallara da daha çox rast gəlinir. Belə bir şəraitdə banklar fırıldaqçılıqla daim mübarizə aparır və müştərilərin məxfi məlumatlarının üçüncü şəxslərə açıqlanmamasının vacibliyi barədə məlumatlılığının artırılması bu mübarizənin tərkib hissəsidir. Maarifləndirmə kampaniyaları vaxtaşırı SMS bildirişlər, məlumatların bankın rəsmi internet və sosial şəbəkə səhifələrində yerləşdirilməsi yolu ilə təşkil edilir”, - deyə S.Əliyeva qeyd edib.

Kaspersky telefon və internet dələduzluğuna qarşı əsas təhlükəsizlik qaydalarını xatırladır:

1. tanımadığınız şəxslər tərəfindən nəsə təklif etmək və ya məlumat almaq məqsədilə edilən zənglərə qarşı diqqətli olun;

2. SMS, elektron məktub və ya messencer mesajlarındakı şübhəli linklərə keçid etməyin;

3. CVV və SMS-də gələn birdəfəlik şifrələri və ya “push” bildirişləri heç vaxt və heç kimlə paylaşmayın;

4. guya bankdan zəng gələrsə, dəstəyi asın və kartın arxasında göstərilən nömrə ilə banka birbaşa özünüz zəng edin;

5. fərdi istifadəçilərə fişinq mesajlarını və saytlarını tanıya bilən Kaspersky Internet Security müdafiə həllini yükləmək, şirkətlərə isə Kaspersky Automated Security Awareness Platform-un köməyilə öz əməkdaşlarının rəqəmsal savadlılığını artırmaq tövsiyə olunur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky azərbaycanlı sosial şəbəkə istifadəçilərini ayıq-sayıq olmağa çağırır

Kaspersky azərbaycanlı sosial şəbəkə istifadəçilərini ayıq-sayıq olmağa çağırır

01-07-2021
Kaspersky Azərbaycandakı bank kartı sahiblərini ayıq-sayıq olmağa çağırır

Kaspersky Azərbaycandakı bank kartı sahiblərini ayıq-sayıq olmağa çağırır

06-10-2021
Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

09-02-2022
Kaspersky: Azərbaycanda dələduzların qurbanı daha çox kişilər olur

Kaspersky: Azərbaycanda dələduzların qurbanı daha çox kişilər olur

18-06-2022
Kaspersky: Azərbaycanda təcavüzkarların ən aktiv dövrü bazar ertəsindən cümə axşamına kimidir

Kaspersky: Azərbaycanda təcavüzkarların ən aktiv dövrü bazar ertəsindən cümə axşamına kimidir

08-04-2022
Kaspersky: Azərbaycanda sakinlərin 87 faizi telefon və ya internet dələduzları ilə qarşılaşıb

Kaspersky: Azərbaycanda sakinlərin 87 faizi telefon və ya internet dələduzları ilə qarşılaşıb

13-12-2021
Son dövrlərdə baş verən fırıldaqçılıq hallarına dair Azərbaycan Banklar Assosiasiyasının məlumatı

Son dövrlərdə baş verən fırıldaqçılıq hallarına dair Azərbaycan Banklar Assosiasiyasının məlumatı

15-08-2022
Azərbaycanda internetdə dələduzluq mənbələri aşkarlanıb

Azərbaycanda internetdə dələduzluq mənbələri aşkarlanıb

11-11-2020
DİN: Bank kartlarına müdaxilə varsa, dərhal 102-yə məlumat verin

DİN: Bank kartlarına müdaxilə varsa, dərhal 102-yə məlumat verin

06-10-2025
Kaspersky: Kiberdələduzlarınn 27 faizi maliyyə təşkilatının əməkdaşı kimi təqdim olunur

Kaspersky: Kiberdələduzlarınn 27 faizi maliyyə təşkilatının əməkdaşı kimi təqdim olunur

13-12-2021
DİN: Bayram günlərində kiberdələduzluq halları artıb

DİN: Bayram günlərində kiberdələduzluq halları artıb

02-01-2026
Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

20-05-2022
Kaspersky azərbaycanlı təqaüdçüləri ayıq-sayıq olmağa çağırır

Kaspersky azərbaycanlı təqaüdçüləri ayıq-sayıq olmağa çağırır

28-12-2019
Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021
Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020
DİN: Bank kartlarına kibermüdaxilə halları var

DİN: Bank kartlarına kibermüdaxilə halları var

03-10-2025
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yeni dələduzluq üsulları aşkar edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yeni dələduzluq üsulları aşkar edib

10-03-2023
 Azercell-dən abunəçilərinə xəbərdarlıq

Azercell-dən abunəçilərinə xəbərdarlıq

17-08-2022
Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

05-08-2021
DİN-dən çağırış: Pulunuz oğurlana bilər

DİN-dən çağırış: Pulunuz oğurlana bilər

28-02-2026
Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021
DİN: Ötən gün bank kartlarından 10 min 300 manata yaxın pul oğurlanıb

DİN: Ötən gün bank kartlarından 10 min 300 manata yaxın pul oğurlanıb

04-06-2025
DİN: Kiberdələduzluq ilə üzləşməmək üçün ehtiyatlı olmaq lazımdır

DİN: Kiberdələduzluq ilə üzləşməmək üçün ehtiyatlı olmaq lazımdır

11-06-2025
DİN-dən çağırış: Şübhələndiyiniz ilk anda zəngi sonlandırın

DİN-dən çağırış: Şübhələndiyiniz ilk anda zəngi sonlandırın

25-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə