Previous Next
Bağla

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021 10:47
Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

2021-ci ilin ikinci rübündə Kaspersky mütəxəssisləri saxta ödənişlər, pul köçürmələri və passiv gəlir də daxil olmaqla asan qazanc mövzusundan istifadə edən skam məktub göndərişləri ilə əlaqədar fırıldaqçılıq fəaliyyətində artım qeydə alıblar. Aprel-iyun ayları ərzində iki milyondan çox bu cür məktub aşkar edilib*. Bu 2021-ci ilin birinci rübü və ya 2020 -ci ilin dördüncü rübü ilə müqayisədə təxminən üç dəfə çoxdur.

Əksər hallarda bu cür göndərişlər hədəf seçilən şəxsi guya komissiya məbləği olaraq az miqdarda pul ödəməyə məcbur etmək üçün yaradılır. Fırıldaq sxemi belədir:

istifadəçi ona asan gəlir təklif edilən bir məktub alır. Əgər o, bu məktubdakı linkə daxil olursa, skam sayta düşür və müəyyən bir mərhələdə ondan hər hansısa bir formada, məsələn, agentlik haqqı adı altında kiçik bir komissiya ödəməsi tələb olunur. Nəticədə bu "komissiya" kiber cinayətkarların cibinə gedir və məktubu alan şəxs bu “ödənişin” qarşılığında heç nə əldə etmir. Əlavə olaraq, o, şəxsi və ya ödəniş məlumatlarını belə bir sayta daxil edərsə, onların təhlükəsizliyini də riskə atmış olur.

Təcavüzkarlar məktub göndərişləri üçün müxtəlif üsullardan, o cümlədən, məşhur xidmətlərin avtomatik bildiriş funksiyalarından istifadə edə bilərlər. Hiylələr də çox fərqli ola bilər: məktubda kriptovalyutadan qazanc əldə etməklə əlaqəli və ya məşhur adamların biznes sxemlərindən nümunələrdən, bank ödənişlərindən danışıla bilər. Çox vaxt təcavüzkarlar təklifin guya məhdud olduğunu vurğulayır və ondan dərhal istifadə edilməsi üçün təkid edirlər.

"Dələduzlar pul və ya istifadəçi məlumatlarını ələ keçirmək üçün öz sxemlərində sosial mühəndislikdən fəal şəkildə istifadə edirlər. Asan qazanc, böyük uduş və ya qəfil ödəniş vəd edən bir məktub alsanız ehtiyatlı olmalısınız. İstifadəçini linkə daxil olmağa və lazımi addımları atmağa məcbur etmək üçün təcavüzkarlar tez-tez məhz bu cür əfsanələrdən istifadə edirlər. Bundan başqa, ümumiyyətlə yoxlanılmamış saytlarda ad və soyad, telefon nömrəsi, ünvan və ya bank kartı məlumatları kimi dəyərli məlumatları saxlamamalısınız”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Onlayn dələduzların tələsinə düşməmək üçün Kaspersky rəqəmsal təhlükəsizliyin müəyyən qaydalarına əməl etməyi tövsiyə edir:

1. məktub, sosial şəbəkə və messencerlərdəki şübhəli linklərə keçid etməyin;
2. şəbəkədə rastlaşdığınız olduqca səxavətli, xüsusilə asan qazanc və böyük ödənişlərdən söhbət açan istənilən təklifə son dərəcə həssas yanaşın;
3. fişinq və ya skam saytlarına keçidi önləyən etibarlı qoruma həlli, məsələn, Kaspersky Internet Security kimi bir həll quraşdırın

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

08-05-2020

“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

25-11-2021

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021

Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

28-02-2023

Kaspersky Azərbaycan istifadəçilərini hədəf alan skam sxemləri barədə xəbərdarlıq edib

14-09-2021

Azərbaycanda internetdə dələduzluq mənbələri aşkarlanıb

11-11-2020

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020

Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

04-12-2020

Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

05-08-2021

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022

Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

10-06-2022

Kaspersky 2019-cu ildə onlayn fırıldaqçılıqda fəallaşma qeydə alıb

12-12-2019

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

20-05-2022

Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

18-11-2022

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Onlayn alış-verişdə insanları necə aldadırlar?

10-11-2022

Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

13-04-2023

Kaspersky fişerlərin saxta səhifələri necə yaratması barədə danışır

11-04-2022

Kaspersky Azərbaycandakı bank kartı sahiblərini ayıq-sayıq olmağa çağırır

06-10-2021

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022

Azərbaycanda qlobal brendlərlə bağlı saxta iş elanları artır - Xəbərdarlıq

04-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə