Previous Next
Bağla

Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

09-02-2022 17:05
Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

Kaspersky-nin apardığı sorğuya görə, Azərbaycandakı respondentlərin 87%-in dələduzluqla şəxsən qarşılaşıb.

Dələduzluq variantları kimi sorğu iştirakçılarının 57%-i lotereya uduşu təkliflərini qeyd edib, 21%-i özünü bank əməkdaşı kimi təqdim edən şəxslərlə qarşılaşıb, hansı ki, şifrəni təsdiqləməyi, bank kartı nömrəsini, pin kodu, CVV şifrəni və digər kart/hesab məlumatlarını istəyib, 21%-i naməlum/yeni saytlarda "çox cəlbedici endirimlərlə" alış-veriş edərək nəticədə heç bir mal/xidmət əldə etməyib.

Qeyd olunan halların 88%-də fırıldaqçılar şəxsi nömrəyə zəng edib və ya mesaj yazıb, 83%-də isə məktub ya sorğu iştirakçısının, ya da onun yaxınlarının elektron poçtuna göndərilib.

Fırıldaqçılar daima öz sxmlərini təkmilləşdirir və yenilərini icad edirlər, buna görə də real həyatda olduğu kimi internetdə də ayıq-sayıq olmaq lazımdır.

Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov əsas təhlükəsizlik qaydalarını xatırladır:

1. ‌​elektron poçt, messencer mesajları və SMS-lərdəki şübhəli linklərə keçid etməyin, hətta onları tanışlarınız göndərsə belə;

2. ‌özlərini bank əməkdaşı və ya dövlət müəssisəsi işçisi kimi təqdim etsələr belə üçüncü şəxslərə gizli məlumatlarınız, o cümlədən SMS və push bildirişlərdəki birdəfəlik şifrələri bildirməyin;

3. ‌dələduzluq və spam nömrələrini müəyyən edə bilən həllər quraşdırın; ‌unutmayın, əgər telefondakı və ya internetdəki təklif doğru olmaq üçün çox aldadıcı səslənirsə, çox güman ki, saxtadır;

4. ‌yüklənmiş tətbiqləri və əməliyyat sistemini müntəzəm olaraq yoxlayın; ‌sosial şəbəkələr və tanınmış platformalardakı məxfilik quraşdırmalarına diqqət edin.

5. ‌bütün hesablarınız üçün unikal etibarlı və fərqli şifrələrdən istifadə edin (müxtəlif ölçülü hərflər və xüsusi işarələrdən ibarət ən az 12 simvol);

6. ‌ikifaktorlu avtorizasiyaya icazə verən xidmətlərdə bu funksiyadan istifadə edin; ‌tətbiqləri yalnız rəsmi mağazalardan yükləyin və cihaza hansı proqramların yükləndiyini müntəzəm olaraq yoxlayın;

7. şəxsi və ya ödəniş məlumatlarınızı daxil etməzdən əvvəl saytın adını ünvan zolağında diqqətlə yoxlayın;

8. ‌mobil cihazlar daxil olmaqla, cihazlarınıza etibarlı müdafiə həlləri yükləyin: onunla fişinq linklərinə keçidi və zərərli proqramlar yüklənməsini önləyə bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

29-01-2022

Kaspersky Azərbaycanda ən geniş yayılmış internet-dələduzluq üsullarını aşkarlayıb

17-02-2022

Kaspersky azərbaycanlı sosial şəbəkə istifadəçilərini ayıq-sayıq olmağa çağırır

01-07-2021

Kaspersky Azərbaycandakı bank kartı sahiblərini ayıq-sayıq olmağa çağırır

06-10-2021

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

20-05-2022

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021

Kaspersky Azərbaycan istifadəçilərini hədəf alan skam sxemləri barədə xəbərdarlıq edib

14-09-2021

DİN: Bank kartlarına müdaxilə varsa, dərhal 102-yə məlumat verin

06-10-2025

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022

Kaspersky: Azərbaycanda dələduzların qurbanı daha çox kişilər olur

18-06-2022

Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

05-08-2021

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Kaspersky məlumatların qara bazardakı qiymətini təhlil edib

21-12-2020

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020

Kaspersky: Azərbaycanda təcavüzkarların ən aktiv dövrü bazar ertəsindən cümə axşamına kimidir

08-04-2022

Microsoft təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb

18-12-2018

Kaspersky: Azərbaycanda sakinlərin 87 faizi telefon və ya internet dələduzları ilə qarşılaşıb

13-12-2021

Azərbaycanda qlobal brendlərlə bağlı saxta iş elanları artır - Xəbərdarlıq

04-08-2023

Onlayn alış-verişdə insanları necə aldadırlar?

10-11-2022

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Kaspersky fişinqdən qorunmağın 6 üsulunu açıqlayıb

11-12-2021

Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

04-12-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə