Previous Next
Bağla

Kaspersky azərbaycanlı sosial şəbəkə istifadəçilərini ayıq-sayıq olmağa çağırır

01-07-2021 18:50
Kaspersky azərbaycanlı sosial şəbəkə istifadəçilərini ayıq-sayıq olmağa çağırır

Bu günlərdə, Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə dələduzluq faktları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Nazirliyin məlumatına görə, son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslərin sosial media və elan saytları üzərindən ticarət edən vətəndaşların satışa çıxardığı məhsulları guya almaq məqsədilə özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini bildirib bank kartı məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.

Xeberler.az bildirir ki, “Telefon fırıldaqçıları qurban haqqında lazımi məlumatları öncədən toplayır və sosial mühəndislik metodlarından aktiv şəkildə istifadə edirlər. Məsələn, zəng zamanı onlar zəng etdikləri şəxsin adını, soyadını və atasının adını tam düzgün şəkildə söyləyirlər. Təcavüzkarlar kredit təklifi ilə “əfsanələrdən” istifadə edərək, qurbanlardan şifrə, bank kartınının nömrəsi, pin kod, CVV kod kimi məlumatların təsdiqlənməsini istəyə və ya sadəcə guya kartınızın bloklanması barədə məlumat verə bilərlər.

Xatırlatmaq istərdik ki, yad nömrələrdən, xüsusilə özünü bank əməkdaşı kimi təqdim edən insanlardan gələn zənglərlə ehtiyatlı davranmaq çox vacibdir. Həmişə yadda saxlamaq lazımdır ki, gerçək bank əməkdaşı heç bir halda kod və şifrəni bildirməyi xahiş etmir. Fəal olmaqdan çəkinməyin və fırıldaq şübhəsi hiss etdiyiniz anda cəsarətlə dəstəyi asın. Kartın əks tərəfində göstərilən nömrəyə hər zaman şəxsən zəng edə və zəngin doğrudan da bankdan gəlib-gəlmədiyini yenidən yoxlaya bilərsiniz”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kaspersky telefon fırıldaqçıları ilə mübarizəyə imkan verən əsas təhlükəsizlik qaydalarını xatırladır:

1. özünü bank əməkdaşı kimi təqdim edən istənilən şəxsdən gələn zənglə ehtiyatlı davranın;
2. SMS və messencer mesajlarındakı şübhəli linklərə keçid etməyin;
3. heç bir halda CVV və SMS-dəki və ya təkan (push) bildirişlərdəki birdəfəlik şifrələri açıqlamayın;
4. hər hansı bir şübhə halında dəstəyi asın və bankın kartın əks tərəfində göstərilmiş nömrəsinə şəxsən zəng edin;
5. ev istifadəçilərinə fişinq mesajlarını və saytlarını tanıya bilən Kaspersky Internet

Security kimi qoruyucu həllər quraşdırmaq, şirkətlərə isə əməkdaşlarının, məsələn, Kaspersky Automated Security Awareness Platform platformasını köməyilə öz əməkdaşlarının rəqəmsal savadlılığını artırmaq tövsiyə olunur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky Azərbaycandakı bank kartı sahiblərini ayıq-sayıq olmağa çağırır

06-10-2021

Kaspersky Azərbaycanda ən geniş yayılmış internet-dələduzluq üsullarını aşkarlayıb

17-02-2022

Kaspersky: Azərbaycanda təcavüzkarların ən aktiv dövrü bazar ertəsindən cümə axşamına kimidir

08-04-2022

Kaspersky: Azərbaycanda dələduzların qurbanı daha çox kişilər olur

18-06-2022

Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

09-02-2022

Kaspersky: Azərbaycanda sakinlərin 87 faizi telefon və ya internet dələduzları ilə qarşılaşıb

13-12-2021

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021

Kaspersky azərbaycanlı təqaüdçüləri ayıq-sayıq olmağa çağırır

28-12-2019

DİN: Ötən gün bank kartlarından 24 min manatdan çox pul oğurlanıb

20-06-2025

DİN: Ötən gün bank kartlarından 9600 manata yaxın pul oğurlanıb

05-06-2025

DİN: Həftəsonu bank kartlarından 33 min manata yaxın vəsait oğurlanıb

23-06-2025

DİN: Ötən gün bank kartlarından 14 minə yaxın vəsait oğurlanıb

18-06-2025

Kaspersky: Danışığınız qeydə alına bilər

18-04-2022

Həftəsonu bank kartlarından 5 min manatdan çox pul oğurlanıb

16-06-2025

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021

DİN-dən çağırış: Pulunuz oğurlana bilər

28-02-2026

DİN: Kart məlumatlarınızı naməlum şəxslərə verməyin

06-06-2025

DİN: Bank kartlarına müdaxilə varsa, dərhal 102-yə məlumat verin

06-10-2025

DİN: Kiberdələduzluq ilə üzləşməmək üçün ehtiyatlı olmaq lazımdır

11-06-2025

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

20-05-2022

Elektron Təhlükəsizlik Xidməti növbəti dəfə “fişinq” hücumları barədə xəbərdarlıq edib

20-04-2021

DİN: Ötən gün bank kartlarından 5 min manatdan çox pul oğurlanıb

17-06-2025

Azərbaycanda internetdə dələduzluq mənbələri aşkarlanıb

11-11-2020

Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

10-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə