Previous Next
Bağla

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yeni dələduzluq üsulları aşkar edib

10-03-2023 09:07
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yeni dələduzluq üsulları aşkar edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi yeni dələduzluq üsulları ilə bağlı xəbərdarlıq edib.

Bu barədə Xeberler.az-a qurumdan bildirilib.

Məlumatda deyilir ki, son araşdırmalara əsasən fırıldaqçılar tərəfindən kart istifadəçilərinin pul vəsaitlərinin yeni sxem əsasında ələ keçirilməsi müşahidə edilir.

“Belə ki, SMS məlumatlandırma və sosial şəbəkələrdə olan hesablar üzərindən kart istifadəçilərindən iş yeri ilə təmin edilmə və ya virtual satışdan əlavə gəlir mənbəyinin formalaşdırılması məqsədilə ilk növbədə müvafiq internet səhifədə (www.mercadorss.com və s.) qeydiyyatdan keçmək istənilir.

Qeydiyyatdan keçən kart istifadəçilərinə məbləğə görə faiz gəliri təqdim edən müxtəlif xidmət paketlərinin əldə edilməsi təklif edilir. Bu məqsədlə, kart istifadəçiləri mövcud balanslarının artırılması üçün pul vəsaitini (10 – 10000 AZN məbləği intervalında) fırıldaqçılar tərəfindən təqdim edilən ödəniş kartına köçürməlidir. Fırıldaqçılar istifadə etdikləri ödəniş kartlarını mütəmadi qaydada dəyişdirmək üçün fərqli yanaşmadan istifadə edirlər. Belə ki, kart istifadəçiləri “WhatsApp” və “Telegram” üzərindən “işə cəlbetmə” adı altında bu yeni fırıldaqçılıq sxemində iştiraka dəvət edilirlər. Bu şəxslərdən isə fırıldaqçılıq sxemində vasitəçi olaraq ödəniş kartlarına toplanacaq pul vəsaitlərinin sonradan fırıldaqçılar tərəfindən göstərilən ödəniş kartlarına köçürülməsi və “Binance” tətbiqində və s. qeydiyyatdan keçərək əlavə hesab açılması tələb edilir.

Bu hesablar isə fırıldaqçılar tərəfindən idarə edilir. Bu fırıldaqçılıq sxemində kart istifadəçiləri iştirakçı olaraq ödədikləri pul vəsaitləri müqabilində sonradan hər hansı bir xidmət əldə edə bilmirlər. Bir qrup kart istifadəçiləri isə bu fırıldaqçılıq sxeminin realizasiyasında birbaşa vasitəçi və ya "transit" olaraq iştirak etmiş olurlar".

Mərkəz istifadəçilərə tövsiyyə edir ki, fərdi məlumatları qorusunlar: “Sizin fərdi məlumatlarınız hər hansı cinayətləri sizin adınızdan həyata keçirmək üçün, hətta balansında pul olmayan təhlükəsizdir deyə düşündüyünüz və hər kəslə bölüşdüyünüz bank kartınız isə hansısa dələduzluq məqsədi ilə istifadə olunan bank köçürmələrində "transit" hesab kimi istifadə oluna bilər.

Səbəb fırıldaqçıların tədqiqat zamanı öz izini gizlətmək istəməsi və araşdırmaların hədəfi kimi sizi göstərməsidir.

Fərdi məlumatlarınız sizin üçün bəzən dəyərli görsənməsə də əslində ondan istifadə etməyi bacaranlar üçün çox dəyərlidir”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılığın sayı kəskin artıb

Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılığın sayı kəskin artıb

02-03-2026
 Banklara kart fırıldağı haqda xəbərdarlıq edildi

Banklara kart fırıldağı haqda xəbərdarlıq edildi

15-11-2015
Kaspersky Azərbaycanda ən geniş yayılmış internet-dələduzluq üsullarını aşkarlayıb

Kaspersky Azərbaycanda ən geniş yayılmış internet-dələduzluq üsullarını aşkarlayıb

17-02-2022
“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

08-05-2020
Dünyada bankomat fırıldaqçılığı artıb

Dünyada bankomat fırıldaqçılığı artıb

17-10-2015
DİN: Bank kartlarına müdaxilə varsa, dərhal 102-yə məlumat verin

DİN: Bank kartlarına müdaxilə varsa, dərhal 102-yə məlumat verin

06-10-2025
Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

04-12-2020
Hər saat təhlükəsizlik şifrəsini dəyişən bank kartı hazırlanıb

Hər saat təhlükəsizlik şifrəsini dəyişən bank kartı hazırlanıb

11-10-2016
Ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı kəskin artıb

Ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı kəskin artıb

09-05-2026
2,5 milyon avro oğurlayan nigeriyalı hakerlər həbs edilib

2,5 milyon avro oğurlayan nigeriyalı hakerlər həbs edilib

29-04-2015
Son dövrlərdə baş verən fırıldaqçılıq hallarına dair Azərbaycan Banklar Assosiasiyasının məlumatı

Son dövrlərdə baş verən fırıldaqçılıq hallarına dair Azərbaycan Banklar Assosiasiyasının məlumatı

15-08-2022
Azərbaycanda qlobal brendlərlə bağlı saxta iş elanları artır - Xəbərdarlıq

Azərbaycanda qlobal brendlərlə bağlı saxta iş elanları artır - Xəbərdarlıq

04-08-2023
Şöbə rəisi: Kart fırıldaqçılığı hallarının tam məhdudlaşdırılması mümkün deyil

Şöbə rəisi: Kart fırıldaqçılığı hallarının tam məhdudlaşdırılması mümkün deyil

06-09-2023
Xalqbank-ın plastik kartları Hesab.az-da

Xalqbank-ın plastik kartları Hesab.az-da

14-09-2015
Azərbaycanda elektron ticarət dövriyyəsi ümumi əməliyyatların 45 %-ni təşkil edir

Azərbaycanda elektron ticarət dövriyyəsi ümumi əməliyyatların 45 %-ni təşkil edir

16-05-2024
Kartla ödənişdə biometrik üsuldan istifadə olunacaq

Kartla ödənişdə biometrik üsuldan istifadə olunacaq

16-09-2015
Azərbaycanda internetdə dələduzluq mənbələri aşkarlanıb

Azərbaycanda internetdə dələduzluq mənbələri aşkarlanıb

11-11-2020
Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

09-02-2022
WhatsApp-da pul oğurluğu-Xəbərdarlıq

WhatsApp-da pul oğurluğu-Xəbərdarlıq

03-08-2017
MilliKart-dan yenilik

MilliKart-dan yenilik

25-06-2015
Apple qurcusunun Bitcoin-ləri oğurlandı

Apple qurcusunun Bitcoin-ləri oğurlandı

01-03-2018
Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

13-04-2023
Microsoft təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb

Microsoft təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb

18-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə