Previous Next
Bağla

Kaspersky azərbaycanlı təqaüdçüləri ayıq-sayıq olmağa çağırır

28-12-2019 14:56
Kaspersky azərbaycanlı təqaüdçüləri ayıq-sayıq olmağa çağırır

Xeberler.az bildirir ki, təqaüdçülər internet fırıldaqçıları tərəfindən hədəfə alınan əhalinin ən həssas təbəqələrindən biridir. Yaşlı insanlar ümumiyyətlə şəbəkədə üzləşə biləcəkləri təhlükələr və məlumatların qorunmasının vacibliyi haqqında zəif məlumatlıdırlar. Azərbaycancan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  təqaüdçülərə zəng edən və guya əlavələrin köçürülüməsi üçün təqaüd kartlarının məlumatlarını tələb edən fırıldaqçıların peydə olduğunu açıqlayıb. Nazirlik təqaüdçüləri ayıq-sayıq olmağa çağırır. Bu tələyə düşməməyin yollarını öyrənmək üçün “Kaspersky” şirkətinə müraciət etdik.

“Kaspersky” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədovla müsahibə.

- Problemi həll etmək üçün hansı tədbirlər görülür və onun qarşısını necə  almaq olar? 

- Ilk növbədə qeyd etmək istəyirəm ki, hazırda cinayətkarlar əhalinin yeni texnologiyalara zəif bələd olan hissəsindən dələduzluq yolu ilə pul əldə etməyə yönəliblər. Ancaq bu o demək deyil ki, gənclər də belə hallarla qarşılaşmırlar. Məsələn, Rusiyada cinayətkarlar müxtəlif ssenarilərdən istifadə edirlər. Bunlardan biri bank müştərisinə zəngdir. Adətən, zəng edən şəxs özünü nüfuzlu bir təşkilatın (bank, tənzimləyici, təqaüd fondu və s.) əməkdaşı kimi təqdim edir və xoşagəlməz hadisənin (şübhəli əməliyyatın, hesaba qeyri-qanuni giriş cəhdinin) qarşısını almaq istədiyini və ya əksinə böyük qazanc vəd etdiyini izah edir. Cinayətkarlar tez-tez danışır, insanın dəstəyi asmaması üçün hər şey edir, istifadəçidən verilən tapşırıqları mümkün qədər tez icra etməsini tələb edir. Bu halda telefon nömrəsinin dəyişdirilməsi texnologiyası istifadə olunduğundan, ekranda bankın rəsmi əlaqə nömrəsi göstərilir. 

İstifadəçidən birdəfəlik şifrə və hesabdakı vəsaitin təxmini qalığını qeyd etmək və ya məlumatı başqa bir şəkildə (məsələn, ton rejimində daxil etmək) vermək tələb olunur. Lazımi məlumatları öyrəndikdən sonra cinayətkarlar hesab məlumatlarına sahiblənirlər. Bəzən isə zəng edən şəxs şübhəli bir əməliyyatın qarşısının alınması barədə məlumat verir, lakin kart məlumatlarını soruşmur, əvəzində cihazda qorunma həllərinin tətbiq edilməsini tövsiyə edir. Qorunma həlləri proqramını SMS-lə gələn linkdən yükləməyi xahiş edir. İstifadəçi bu "tövsiyələrə" əməl edərsə, cihaza ya zərərli, ya da uzaqdan idarə olunan proqram (məsələn, şifrəni açmaq üçün pul və ya bank troyanı) yüklənəcək. Başqa bir ssenari, istifadəçidən "uzaqdan kömək" sorğusu ilə axtarışda olan müvafiq proqram təminatını yükləmək tələb olunur. Çox güman ki, bu da cihazın uzaqdan idarə olunması üçün bir proqram olacaq. Bəzən zəng edən şəxs "dəstək" və ya buna yaxın mənada olan sözlərlə axtarışda olan proqramı tətbiq etməyi xahiş edir. Axtarış nəticələrinin başında istifadəçilərin sayıqlığını itirməsinə səbəb olan ligitim tətbiqlər durur. Quraşdırıldıqdan sonra  cinayətkar bank tətbiqini işə salmağı və telefonu təhlükəsiz hesaba pul köçürülməsi üçün üzü üstə qoymağı xahiş edir. Əslində isə pul cinayətkarların hesablarına keçir.

Başqa bir üsul isə bank müştərisinə göstərilən nömrəni geri yığmağı tələb edən SMS mesajdır. Məsələn, "Kartınız bloklandı, girişi bərpa etmək üçün bankın təhlükəsizlik xidmətinə - XXX XXXXXXX nömrəsinə zəng etməlisiniz" və ya "Kartınızda şübhəli əməliyyat qeydə alındı. XXX XXXXXXX nömrəsinə zəng edin ”. İnsanları inandırmaq üçün mətndə onun adı və atasının adı, bankın adı, kart nömrəsindən bir neçə rəqəm ola bilər. Zəng edərək istifadəçi yuxarıda təsvir olunan ssenarilərdən biri ilə qarşılaşacaq.

Buna görə də ilk növbədə insanların kiber biliklərini artırmaq son dərəcə vacibdir. Maliyyə qurumları da müştərilərini qoruya bilər. Bunun üçün fırıldaqçılığa qarşı sistemlər (anti-fraud) quraşdırılmalıdır. Bu cür texnologiyalar, istifadəçinin internet bankçılığa girdiyi cihazın dəyişib-dəyişmədiyini təhlil etməyə, davranışını qiymətləndirməyə və müqayisə etməyə, internet bankçılığın uzaqdan daxil olmaq üçün proqramla eyni vaxtda baş tutduğunu müəyyən etməyə imkan verir. Anomaliyalar aşkar olunduqda, bu cür sistemlər banka bildiriş göndərir.

- Təqaüd kartlarının sahibləri fırıldaqçılıqdan daha çox qorunmağa ehtiyac duyur. Bu kartlarının kiber təhlükəsizlik problemi necə həll olunur? 

 -  Təqaüdçülərə ilk növbədə yaxınları qayğı göstərməlidir. Doğmalarınıza bu cür sxemlərin mövcudluğu barədə məlumat verin və hər bir şübhəli təkliflərə qətiyyətlə “yox” deməyi öyrədin. Özünüzü və yaxınlarınızı fırıldaqçıların hiylələrindən qorumaq üçün kənar şəxslərin çağırışlarına şübhə ilə yanaşmaq lazımdır. Unutmayın ki, rəsmi qurumların işçiləri heç vaxt psixoloji təsir göstərməyəcəklər - tələsməyi və dəstəyi asmamağı tələb etməyəcəklər.

Əməliyyatların təsdiq şifrəsini, şifrə sözünü və ya hər hansı şəxsi məlumatı heç kimə verməyin. Əgər olunan zənglə bağlı şübhəniz yaranarsa, dəstəyi asın və təşkilatın və ya bankın kartında qeyd olunan rəsmi nömrəsinə geri zəng edin. Heç bir halda tanımadığınız insanların xahişi ilə cihazınıza proqram quraşdırmayın. Etibarlı istehsalçıların qoruyucu həllərini bütün сihazlarıınıza quraşdırın, fırıldaqçılıqdan şübhələnirsinizsə, polis və ya banka müraciət edin. SMS və ya elektron məktubla gələn şübhəli linklərə heç vaxt daxil olmayın, telefonunuzun SİM kartına PİN kod quraşdırın. Telefonunuz itirildiyi təqdirdə, fırıldaqçılar əməliyyatları təsdiqləmək üçün alınan SMS-ə müdaxilə edə bilməyəcəklər.

- “Kaspersky” bu problemin həllinə dəstək vermək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyi planlaşdırırmı?

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi artıq xəbərdarlıq edib. Bu da çox vacibdir. Ancaq bu problemi həll etmək yalnız insanların rəqəmsal savadlılığını  artırmaqla mümkündür. Bir daha qeyd etmək istəyirəm ki, ABŞ, Avropa, Rusiya və digər ölkələrdə yaşanan tendensiyalara görə, pensiya yığımlarının əlavə olunması kiber cinayətkarların icad etdiyi əfsanələrdən yalnız biridir. Növbəti dəfə bu qazanma vədi, müştərinin hesabı ilə saxta əməliyyatlar barədə mesaj, qazanclı bir investisiya imkanı barədə hekayə və s.  ola bilər.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky azərbaycanlı sosial şəbəkə istifadəçilərini ayıq-sayıq olmağa çağırır

01-07-2021

Kaspersky Azərbaycandakı bank kartı sahiblərini ayıq-sayıq olmağa çağırır

06-10-2021

DİN: Bank kartlarına müdaxilə varsa, dərhal 102-yə məlumat verin

06-10-2025

Kaspersky Azərbaycanda ən geniş yayılmış internet-dələduzluq üsullarını aşkarlayıb

17-02-2022

DİN: Bank kartlarına kibermüdaxilə halları var

03-10-2025

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021

Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

09-02-2022

Kaspersky: Danışığınız qeydə alına bilər

18-04-2022

Kaspersky: Azərbaycanda dələduzların qurbanı daha çox kişilər olur

18-06-2022

Kasperdky: Cinayətkarlar tanışlıq xidmətlərinin adlarından istifadə edir

27-02-2020

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

20-05-2022

Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

30-01-2020

Kaspersky Lab saxta hədiyyə kartlı fırıldaqçı sxem aşkar edib

25-07-2018

Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

05-08-2021

Kaspersky: Azərbaycanda təcavüzkarların ən aktiv dövrü bazar ertəsindən cümə axşamına kimidir

08-04-2022

Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

18-11-2022

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020

DİN-dən çağırış: Pulunuz oğurlana bilər

28-02-2026

Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

10-06-2022

Cinayətkarlar spamları şirkətlərin saytları vasitəsilə yayır

15-08-2019

Dələduzlardan qorunmağın 12 yolu

09-04-2025

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Elektron Təhlükəsizlik Xidməti növbəti dəfə “fişinq” hücumları barədə xəbərdarlıq edib

20-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə