Previous Next
Bağla

Azərbaycanda internetdə dələduzluq mənbələri aşkarlanıb

11-11-2020 10:07
Azərbaycanda internetdə dələduzluq mənbələri aşkarlanıb

2020-ci ilin yanvar-oktyabr ayları arasında Kaspersky mütəxəssisləri internetin Azərbaycan seqmentində dələduzlar (scammer) tərəfindən istifadəçilərin pullarını ələ keçirmək üçün yaradılmış 2845 mənbə aşkar edib. Kaspersky həlləri azərbaycanlı istifadəçilərin bu cür saytlara girmə üçün etdiyi təxminən 84 346 cəhdi bloklayıb.

Dələduzluq (scam) istifadəçilərə adətən bir sorğunu tamamladıqları və ya bir aksiyada iştirak etdikləri üçün böyük pul mükafatı vəd edən mesajlardır. Həmin mükafatı əldə etmək üçün kiçik bir "komissiya" ödəmək və ya "fiks ödəmə" etmək lazımdır. Ancaq istifadəçi bunun qarşılığında heç bir ödəniş əldə etmir və "komissiya" dələduzların cibinə gedir. Bundan əlavə, kart sahibi, müvafiq məlumatları daxil etdikdə ödəmə məlumatlarının təhlükəsizliyini riskə atır.

“2020-ci ildə dələduzluq (scam halları) dünya üzrə bütün istifadəçilər üçün daha aktual bir təhlükəyə çevrilir. Bizim ekspertlərin proqnozlarına görə bu cür mənbələrin sayı artacaq. Hazırki epidemioloji vəziyyət insanları daha çox internetdə vaxt keçirməyə məcbur edir və dələduzlar bundan istifadə edirlər.Onlar öz hiylələrini cari xəbərlər və tendensiyalara uyğunlaşdırıb, fırıldaq yolu ilə istifadəçiləri könüllü şəkildə pul köçürmələri həyata keçirməyə vadar edirlər. Son zamanlar dələduzlar (skamerlər) insanların lotereyalara olan marağını əsas tutaraq öz hiylələrini qururlar. Pulu almadan öncə hər hansı bir ödəniş tələb edən təkliflərdən mümkün qədər çəkinməyinizi tövsiyə edirik,” deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov deyib.

Kaspersky əsas onlayn təhlükəsizlik qaydalarını xatırladır:

1. poçt, sosial şəbəkələr və messencerlərdəki şübhəli linklərə keçid etməyin;
2. böyük bir uduş və ya ödəmə barədə məlumatlara şübhə ilə yanaşın;
3. Kaspersky Internet Security kimi aktual fişinq saytları və spam məlumat bazalarına malik etibarlı bir təhlükəsizlik həllini quraşdırın

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

08-05-2020

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021

Kaspersky 2019-cu ildə onlayn fırıldaqçılıqda fəallaşma qeydə alıb

12-12-2019

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020

Kaspersky Azərbaycan istifadəçilərini hədəf alan skam sxemləri barədə xəbərdarlıq edib

14-09-2021

Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

04-12-2020

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Kaspersky Azərbaycanda ən geniş yayılmış internet-dələduzluq üsullarını aşkarlayıb

17-02-2022

Kaspersky: Azərbaycanda sakinlərin 87 faizi telefon və ya internet dələduzları ilə qarşılaşıb

13-12-2021

“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

25-11-2021

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

26-02-2021

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020

Kaspersky Azərbaycandakı bank kartı sahiblərini ayıq-sayıq olmağa çağırır

06-10-2021

Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

09-02-2022

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

20-05-2022

Kaspersky fişerlərin saxta səhifələri necə yaratması barədə danışır

11-04-2022

Kaspersky azərbaycanlı sosial şəbəkə istifadəçilərini ayıq-sayıq olmağa çağırır

01-07-2021

Kaspersky: Azərbaycanda təcavüzkarların ən aktiv dövrü bazar ertəsindən cümə axşamına kimidir

08-04-2022

Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

28-02-2023

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə