Previous Next
Bağla

Kaspersky: Azərbaycanda dələduzların qurbanı daha çox kişilər olur

18-06-2022 10:09
Kaspersky: Azərbaycanda dələduzların qurbanı daha çox kişilər olur

Kaspersky-nin Azərbaycanda apardığı araşdırmaya görə, kişilər daha çox fırıldaqçıların qurbanına çevrilirlər (68%). Qadınların fırıldaqçıların qurbanı olma ehtimalının daha az olmasının səbəbləri arasında onların naməlum nömrələrdən gələn zənglərə daha az cavab verməsi, naməlum alıcılardan gələn SMS və ya e-poçtları oxumağa meylli olmaması göstərilir.

Xeberler.az bildirir ki, respondentlərin əksəriyyəti - həm kişilər, həm də qadınlar - hər altı ayda bir neçə dəfə dələduzluqla qarşılaşırlar. Fırıldaqçılıq sxemlərində mətn mesajları - SMS və WhatsApp mesajları (55%) üstünlük təşkil edir. Əksər hallarda təcavüzkarlar özlərini bank və ya maliyyə təşkilatlarının (27%), eləcə də tanınmış brendlərin (27%) nümayəndələri kimi təqdim edirlər. Eyni zamanda, telefon fırıldaqçılığı qurbanlarının 62%-i buna qarşı heç ehtiyat tədbiri görmür və onların 71%-i kişilərdir. Üstəlik, pulunu itirənlərin əksəriyyəti nə banka (73%), nə də hüquq-mühafizə orqanlarına (78%) müraciət ediblər.

“Araşdırmanın nəticəsinə görə, qadınların fırıldaqçılar tərəfindən aldadılma ehtimalının daha az olması onların ümumiyyətlə daha ehtiyatlı olmaları ilə bağlı ola bilər. Qadınlar nəinki fırıldaqçılar, hətta tanış olmaq və ya sadəcə olaraq yaramazlıq etmək üçün zəng edən hər cür “zarafatçıllar”-la qarşılaşmaq istəmirlər. Amma ümumilikdə insanların yarıdan çoxunun saxtakarlığa qarşı tədbir görməyə meylli olmaması üzücüdür. Axı hücum edənlər daim yeni aldadıcı sxemlər tapır və sosial mühəndislik metodlarını təkmilləşdirirlər, ona görə də hər bir müasir insana hələ də rəqəmsal savadlılıq səviyyəsini artırmaq tövsiyə olunur”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kaspersky telefon və internet fırıldaqçılarına müqavimət göstərməyə kömək edəcək əsas təhlükəsizlik qaydalarını xatırladır:

  • hər hansı bir təkliflə çıxış edən və ya məlumat almağa çalışan yad şəxslərin istənilən zənginə qarşı ehtiyatlı olun;
  • SMS-lərdə, elektron məktub və ya messencer mesajlarında gələn şübhəli linklərə keçid etməyin;
  • heç vaxt CVV və SMS-dən gələn birdəfəlik kodları və ya push bildirişləri heç kimlə paylaşmayın;
  • guya bankdan zəng gələrsə, dəstəyi asın və kartın arxasında göstərilən nömrə vasitəsilə banka özünüz zəng edin.
  • fərdi istifadəçilərə fişinq mesajlarını və vebsaytları tanıya bilən Kaspersky Internet Security təhlükəsizlik həllini quraşdırmaq, şirkətlər isə, məsələn, Kaspersky Automated Security Awareness Platform-dan istifadə etməklə işçilərin rəqəmsal savadlılığını təkmilləşdirmək tövsiyə olunur.

                                                                                                                           

*Araşdırma ERA Marketinq Mərkəzi tərəfindən 2021-ci ilin payızında aparılıb. Üzbəüz müsahibə üsulu ilə kiberfırıldaqçılıqla üzləşmiş Bakı, Gəncə və Sumqayıt sakinlərinin fikirləri öyrənilib. Sorğuda yaşı 18-dən yuxarı olan ümumilikdə 500 nəfər iştirak edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky: Azərbaycanda təcavüzkarların ən aktiv dövrü bazar ertəsindən cümə axşamına kimidir

Kaspersky: Azərbaycanda təcavüzkarların ən aktiv dövrü bazar ertəsindən cümə axşamına kimidir

08-04-2022
Kaspersky azərbaycanlı sosial şəbəkə istifadəçilərini ayıq-sayıq olmağa çağırır

Kaspersky azərbaycanlı sosial şəbəkə istifadəçilərini ayıq-sayıq olmağa çağırır

01-07-2021
Kaspersky Azərbaycanda ən geniş yayılmış internet-dələduzluq üsullarını aşkarlayıb

Kaspersky Azərbaycanda ən geniş yayılmış internet-dələduzluq üsullarını aşkarlayıb

17-02-2022
Kaspersky Azərbaycandakı bank kartı sahiblərini ayıq-sayıq olmağa çağırır

Kaspersky Azərbaycandakı bank kartı sahiblərini ayıq-sayıq olmağa çağırır

06-10-2021
Kaspersky: Azərbaycanda sakinlərin 87 faizi telefon və ya internet dələduzları ilə qarşılaşıb

Kaspersky: Azərbaycanda sakinlərin 87 faizi telefon və ya internet dələduzları ilə qarşılaşıb

13-12-2021
Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

09-02-2022
Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021
Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

20-05-2022
Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

04-12-2020
Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

05-08-2021
“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

08-05-2020
Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020
Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022
Kaspersky fişinqin 5 tanınmış növü və onlardan qorunmaq barədə danışır

Kaspersky fişinqin 5 tanınmış növü və onlardan qorunmaq barədə danışır

30-06-2022
Onlayn alış-verişdə insanları necə aldadırlar?

Onlayn alış-verişdə insanları necə aldadırlar?

10-11-2022
Azərbaycanda qlobal brendlərlə bağlı saxta iş elanları artır - Xəbərdarlıq

Azərbaycanda qlobal brendlərlə bağlı saxta iş elanları artır - Xəbərdarlıq

04-08-2023
Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

13-04-2023
Kaspersky: insanların yalnız 42 faizi peyvənd olunan və ya antitellərə malik şəxslərlə görüşməyə hazırdır

Kaspersky: insanların yalnız 42 faizi peyvənd olunan və ya antitellərə malik şəxslərlə görüşməyə hazırdır

07-07-2021
Azərbaycanda internetdə dələduzluq mənbələri aşkarlanıb

Azərbaycanda internetdə dələduzluq mənbələri aşkarlanıb

11-11-2020
 "Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022
Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir

Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir

08-10-2021
Korporativ poçtlara edilən hücumların sayı açıqlanıb

Korporativ poçtlara edilən hücumların sayı açıqlanıb

27-08-2021
Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021
Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə