Previous Next
Bağla

Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

28-04-2022 09:31
Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

Kaspersky mütəxəssisləri Yanluowang zərərli proqramı tərəfindən şifrələnən fayllara girişi bərpa etməyə imkan verən yeni alət hazırlayıblar. İstifadəsi pulsuz olan alət artıq bu saytda (https://noransom.kaspersky.com/ru/) mövcuddur.

Xeberler.az məlumat verir ki, 2021-ci ilin oktyabrında aşkar edilən zərərli proqram ABŞ, Türkiyə və Braziliya da daxil olmaqla bir neçə ölkədəki şirkətlərə qarşı hücumlarda istifadə edilib. Hücum zamanı təcavüzkarlar faylların şifrələnməsi prosesinə əl ilə başlayırlar və proses zamanı fayl uzantıları .yanlouwang* olaraq dəyişdirilir. Daha sonra qurbanın polisə müraciət etməsi halında yoluxmuş cihazdakı bütün faylların silinəcəyi, şirkətin DDoS hücumuna məruz qalacağı və faylların silinməsi hücumunun bir neçə həftədən sonra yenidən təkrarlanacağı barədə hədələyən fayl yerləşdirilir. Kaspersky mütəxəssisləri zərərli proqramı təhlil edərək yoluxmuş kompüterdə faylları deşifrə etməyə imkan verən boşluq aşkar ediblər.

“Hazırda Yanluowang hələ çox geniş yayılmayıb, lakin onu görməzdən gəlmək olmaz. Kriptoqraflar bütün dünyada əsas kibertəhlükələrdən biri olaraq qalmaqda davam edir, ona görə də onlarla mübarizə aparmaq üçün kibertəhlükəsizlik mütəxəssislərinin səylərini birləşdirmək vacibdir. Əminik ki, bizim hazırladığımız alət Yanluowang tərəfindən hücuma məruz qalan şirkətlərə kömək edəcək” - deyə Kaspersky-nin kibertəhlükəsizlik üzrə mütəxəssisi Yanis Zinçenko qeyd edib.

Fidyə proqramlarının bzinesə hücumunun qarşısını almaq üçün, Kaspersky şirkətlərə tövsiyə edir:

  • ciddi zərurət olmadığı halda işçilərin ictimai şəbəkələrdən uzaq iş masası xidmətlərinə (məsələn, RDP) qoşulmasına icazə verməmək və prosesi onların bu xidmətlərdən istifadə üçün güclü parollardan istifadə edə biləcəyi şəkildə quraşdırmaq;
  • uzaqdan iş rejimində çalışan işçilər üçün bağlantı təmin edən və korporativ şəbəkədə şlüz rolunu oynayan kommersiya VPN həlləri üçün yeniləmələri operativ şəkildə quraşdırmaq;
  • zəifliklərdən istismarın qarşısını almaq üçün istifadə olunan bütün cihazlarda proqram təminatını dərhal yeniləmək;
  • təhlükəsizlik strategiyasını şəbəkədəki yerdəyişmələrin aşkarlanması və məlumatların internetə ötürülməsinə yönəltmək; təcavüzkarların ünsiyyətini aşkar etmək üçün çıxış trafikinə xüsusi diqqət yetirmək;
  • məlumatların müntəzəm olaraq ehtiyat nüsxəsini çıxarmaq və fövqəladə hallarda onlara tez giriş imkanına malik olmaq;
  • cari landşaftdan xəbərdar olmaq üçün aktual analitik məlumatlardan istifadə etmək;
  • məsələn, Kaspersky Automated Security Awareness Platform-un köməyi ilə işçilərə kibertəhlükəsizlik qaydaları haqqında təlim keçmək;
  • özündə iş yerlərinin etibarlı mühafizəsini təmin etmək, istənilən mürəkkəblikdə olan hücumları ilkin mərhələdə aşkar etmək və dayandırmaq, dünya üzrə kiberhücumlar haqqında ən müasir məlumatların toplamaq və işçilərə əsas rəqəmsal savadlılıq bacarıqları üzrə təlim keçmək imkanlarını birləşdirən çevik və effektiv sistem qurmağa imkan verən hərtərəfli müdafiə həlləri tətbiq etmək. İstənilən ölçüdə şirkətin ehtiyacları üçün bu cür həllərin kombinasiyası biznesin mühafizəsi üçün Kaspersky Symphony məhsullarının yeni çeşidlərində yer alır.

* Kriptqrafın adı Çin tanrısı, ölülər dünyasındakı hakim Yanluo Wang-ın adından götürülüb.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 Ötən il fidyə kriptoqrafları 700-dən çox şirkətə hücum edib

Ötən il fidyə kriptoqrafları 700-dən çox şirkətə hücum edib

16-01-2023
Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

12-08-2022
Fidyə proqramlarının hücumları getdikcə daha da hiyləgərləşir

Fidyə proqramlarının hücumları getdikcə daha da hiyləgərləşir

07-09-2022
Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

23-12-2021
Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022
Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022
Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

23-09-2021
 Kaspersky: Azərbaycanda Microsoft SQL Server-dən istifadə edilən hücumların sayı artır

Kaspersky: Azərbaycanda Microsoft SQL Server-dən istifadə edilən hücumların sayı artır

23-11-2022
Kaspersky: Microsoft Exchange Server-ə hücumlar artıb

Kaspersky: Microsoft Exchange Server-ə hücumlar artıb

09-09-2021
Kriptovalyuta startapları hədəfdə: Dünya üzrə onlara qarşı hədəfli hücumlar həyata keçirilir

Kriptovalyuta startapları hədəfdə: Dünya üzrə onlara qarşı hədəfli hücumlar həyata keçirilir

11-01-2023
Kaspersky Windows dispetçer pəncərəsində eksployt aşkarlayıb

Kaspersky Windows dispetçer pəncərəsində eksployt aşkarlayıb

27-04-2021
Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

02-02-2022
Kaspersky fişerlərin saxta səhifələri necə yaratması barədə danışır

Kaspersky fişerlərin saxta səhifələri necə yaratması barədə danışır

11-04-2022
Kaspersky kütləvi zərərli poçt göndərişləri aşkarlayıb

Kaspersky kütləvi zərərli poçt göndərişləri aşkarlayıb

04-05-2022
“No More Ransom” təşəbbüsü altı illik fəaliyyətinin yekunlarını təqdim edib

“No More Ransom” təşəbbüsü altı illik fəaliyyətinin yekunlarını təqdim edib

02-08-2022
Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

16-05-2022
Azərbaycan zərərli hücuma məruz qalan istifadəçilərin sayına görə 7-ci yeri tutub

Azərbaycan zərərli hücuma məruz qalan istifadəçilərin sayına görə 7-ci yeri tutub

03-06-2022
Şirkət sistemlərinə giriş məlumatları qaranlıq şəbəkələrdə 2 min dollara satılır

Şirkət sistemlərinə giriş məlumatları qaranlıq şəbəkələrdə 2 min dollara satılır

05-07-2022
Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020
Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021
“PipeMagic” ilə edilən kiberhücumların coğrafiyası genişlənib

“PipeMagic” ilə edilən kiberhücumların coğrafiyası genişlənib

16-10-2024
Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

01-07-2016
Kaspersky, 2020-ci ildə qeydə alınan hücumların təfərrüatını açıqlayıb

Kaspersky, 2020-ci ildə qeydə alınan hücumların təfərrüatını açıqlayıb

04-06-2020
Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

15-05-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə