Previous Next
Bağla

Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

12-08-2022 10:23
Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

Kaspersky mütəxəssisləri Şimali Koreyanın “Lazarus” qrupuna daxil olan “Andariel” kiberqrupunun yeni hücumlarını aşkar ediblər. Onlar tanınmış DTrack proqram təminatının modifikasiyalarından, eləcə də yeni fidyə proqramı “Maui”-dən istifadə edirlər. Hədəflər arasında ABŞ, Yaponiya, Hindistan, Vyetnam və Rusiyadakı böyük təşkilatlar yer alıb. “Andariel” heç bir xüsusi şirkətə diqqət yetirmir, təcavüzkarlar üçün əsas hədəf hədəf təşkilatın güclü maliyyə vəziyyətidir.

Xeberler.az bildirir ki, qrup on ildən çoxdur ki, fəaliyyət göstərir və 2022-ci ildə zərərli proqram arsenalını və hücum coğrafiyasını genişləndirməyə davam etməkdədir. ABŞ-ın Kibertəhlükəsizlik və İnfrastrukturun Mühafizəsi Agentliyinin iyul hesabatında “Andariel”-in “Maui” fidyə proqramı ilə hökumət və səhiyyə təşkilatlarına hücum etdiyi qeyd olunur.

Kaspersky Threat Attribution Engine-in məlumatına görə təcavüzkarlar həmçinin “Lazarus” qrupu tərəfindən yaradılmış DTrack casus proqramından istifadə edir. Zərərli proqram qurbanların sistemlərinə və sistemlərindən faylları yükləmək, düymə toxunuşlarını qeyd etmək və zərərli uzaqdan idarəetmə alətinə (RAT) xas olan digər hərəkətləri yerinə yetirmək üçün istifadə olunur. DTrack Windows əmrləri vasitəsilə sistem və brauzer tarixçəsi haqqında məlumatlarını toplayır. Təcavüzkarlar hücuma başlamazdan əvvəl bir neçə ay seçilmiş hədəfin şəbəkəsində qala bilərlər.

Kaspersky ekspertlərinin müşahidələrinə görə, “Maui” fidyə proqramı DTrack zərərli proqram təminatının korporativ şəbəkəyə daxil edilməsindən sonra işə salınıb və ilk növbədə ABŞ və Yaponiya şirkətlərini hədəf alan hücumlarda istifadə edilib.

“Biz illərdir ki “Andariel”-i izləyirik və görürük ki, onların hücumları daim dəyişir və mürəkkəbləşir. Qrupun bütün dünyada fidyə proqramları yaymasına diqqət yetirmək lazımdır. Bu, pulun hələ də bu qrup üçün motivasiya mənbəyi olduğunu təsdiqləyir”, - deyə Kaspersky-nin Rusiya tədqiqat mərkəzinin rəhbəri Mariya Namestnikova bildirir.

Biznesləri fidyə proqramı hücumlarından qorumaq üçün Kaspersky şirkətlərə aşağıdakı vacib tədbirləri xatırladır:

  • ictimai şəbəkələrdən uzaq iş masası xidmətlərinə (məsələn, RDP) qoşulmaların qarşısını alın, həmin xidmətlər üçün güclü şifrələrdən istifadə etmək üçün təhlükəsizlik siyasətlərini konfiqurasiya edin;
  • şirkətdə istifadə olunan kommersiya VPN həlləri üçün mövcud yamaqları onlar dərc olunan kimi quraşdırın;
  • fidyə proqramlarının zəifliklərdən istifadə edə bilməməsi üçün şirkətdə istifadə olunan bütün proqram təminatlarını mütəmadi olaraq yeniləyin;
  • mühafizə strategiyasını şəbəkədəki hərəkətlərin aşkarlanması və məlumatların internetə ötürülməsinə yönəldin; təcavüzkarların bağlantısını müəyyən etmək üçün çıxış trafikinə xüsusi diqqət yetirin;
  • məlumatların mütəmadi olaraq ehtiyat nüsxəsini yaradın və zəruri hallarda onlara tez daxil oluna biləcəyindən əmin olun;
  • bütün infrastrukturu istənilən mürəkkəblikdə olan kiberhücumlardan qorumaq üçün Kaspersky Symphony XDR kimi hərtərəfli həllərdən istifadə edin: bu platforma digər şeylərlə yanaşı, hücumları ilkin mərhələdə, təcavüzkarlar öz hədəflərinə çatmazdan əvvəl tanımağa və dayandırmağa kömək edəcək aşkarlama və reaksiya sistemlərini əhatə edir;
  • işçilərə kibertəhlükəsizlik qaydaları üzrə təlim keçin, məsələn, Kaspersky Automated Security Awareness Platform bu işdə sizə kömək edə bilər;
  • eksploytların qarşısının alınması funksiyası, davranış aşkarlanması modulu və zərərli hərəkətləri dayandırmaq imkanını özündə birləşdirən biznes üçün Kaspersky Endpoint Security kimi etibarlı təhlükəsizlik həllindən istifadə edin. Həll, həmçinin, onun təcavüzkarlar tərəfindən silinməsi ehtimalını aradan qaldırmağa imkan verən özünümüdafiə mexanizmlərinə mailkdir;
  • SOC mərkəzi mütəxəssislərinə Kaspersky-nin 25 illik fəaliyyəti ərzində toplanmış kiberhücumlar haqqında məlumatları ehtiva edən Kaspersky Threat Intelligence Portal kimi ən yeni təhlükə məlumatlarına çıxış təmin edin. Əsas funksiyalara pulsuz giriş https://opentip.kaspersky.com/ saytında mövcuddur.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Fidyə proqramlarının hücumları getdikcə daha da hiyləgərləşir

07-09-2022

Ötən il fidyə kriptoqrafları 700-dən çox şirkətə hücum edib

16-01-2023

Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

28-04-2022

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022

Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

23-12-2021

Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

23-09-2021

Kaspersky: Azərbaycanda Microsoft SQL Server-dən istifadə edilən hücumların sayı artır

23-11-2022

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022

Fidyəçilərin korporasiyalara hücumları: 2023-cü ildə nə dəyişəcək?

25-01-2023

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

Kaspersky: Microsoft Exchange Server-ə hücumlar artıb

09-09-2021

No More Ransom təşəbbüsü sayəsində $900 milyonun təcavüzkarların əlinə keçməsinin qarşısı alınıb

30-07-2021

Kriptovalyuta startapları hədəfdə: Dünya üzrə onlara qarşı hədəfli hücumlar həyata keçirilir

11-01-2023

Kaspersky bəzi cihazlarda silsilə Lazarus hücumları aşkarlayıb

30-07-2020

Kaspersky: Mürəkkəb hədəf hücumlarının sayı artıb!

03-08-2021

Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

02-02-2022

“No More Ransom” təşəbbüsü altı illik fəaliyyətinin yekunlarını təqdim edib

02-08-2022

Şirkət sistemlərinə giriş məlumatları qaranlıq şəbəkələrdə 2 min dollara satılır

05-07-2022

Kaspersky kütləvi zərərli poçt göndərişləri aşkarlayıb

04-05-2022

“PipeMagic” ilə edilən kiberhücumların coğrafiyası genişlənib

16-10-2024

Kaspersky rusdilli kiber cinayətkarlığın son beş ildə olan təkamülünü təhlil edib

29-10-2021

Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

13-09-2021

Azərbaycan zərərli hücuma məruz qalan istifadəçilərin sayına görə 7-ci yeri tutub

03-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə