Previous Next
Bağla

Şirkət sistemlərinə giriş məlumatları qaranlıq şəbəkələrdə 2 min dollara satılır

05-07-2022 09:12
Şirkət sistemlərinə giriş məlumatları qaranlıq şəbəkələrdə 2 min dollara satılır

Kaspersky mütəxəssisləri şirkətlərin infrastrukturuna ilkin giriş üçün lazım olan məlumatları satan 200-ə yaxın qara bazar elanını təhlil ediblər. Məlum olub ki, bu cür məlumatların qiyməti orta hesabla 2-4 min dollar arasında dəyişir*. Təcavüzkarlar üçün boşluqları axtarmağa vaxt sərf etməkdənsə, hazır giriş üçün ödəniş etmək daha sərfəlidir, ona görə də bu cür təkliflər, xüsusən də fidyə proqramı operatorları üçün çox cəlbedicidir. Məlumatlar çox vaxt elə nəşr olunduğu gün satılır.

Xeberler.az bildirir ki, araşdırmaya cəlb edilən reklamların 75%-də RDP-yə (uzaqdan qoşulma protokolu) giriş məlumatları, yəni şirkətin infrastrukturuna hazır giriş satılıb. Qiymətlər təşkilatın fəaliyyət göstərdiyi sənaye və regiondan, həmçinin gəlirinin ölçüsündən və təcavüzkarların qanuni hesabə əldə edərək nə qədər "qazana biləcəklərindən" asılıdır. Elanların birində, məsələn, 465 milyon dollar mənfəəti olan bir şirkətin şəbəkəsinə qanuni giriş imkanı üçün 50 min dollar qiymət qoyulub.

“Biz qaranlıq şəbəkə resurslarını, oradakı meylləri və təcavüzkarların yeni taktikalarını davamlı olaraq izləyirik. Bu gün fidyə proqramı qrupları satış üçün geniş çeşiddə məhsul və xidmətlər təklif edir və kiberhücumların təşkili üçün lazım olan məlumatların böyüyən bazarı mövcuddur. Buna görə də, kibertəhlükə kəşfiyyatı imkanlarını genişləndirmək istəyən şirkətlər qaranlıq internetdə paylaşılan elanlara diqqət yetirməlidirlər. Planlaşdırılan hücumlar, aşkar edilmiş zəifliklər və sızdırılmış məlumatların vaxtında alınması mümkün hücumların qarşısını almağa və ya artıq baş vermiş insidentlərin nəticələrini minimuma endirməyə kömək edir”, - deyə Kaspersky-nin kibertəhlükəsizlik üzrə eksperti Sergey Şerbel qeyd edir.

Kaspersky Threat Intelligence portalında qaranlıq internetdə axtarış etmək imkanı mövcuddur. Bu, sizə dünya üzrə təsdiqlənmiş mənbələrdən məlumat əldə etməyə imkan verir ki, siz kiberhücumların təsirini azalda və potensial təhlükələri insidentə çevrilməzdən əvvəl tanıya bilərsiniz.

Hesabatın tam versiyasını buradan oxuya bilərsiniz: https://securelist.ru/initial-access-data-price-on-the-dark-web/105499/.

* Mətndə söhbət ABŞ dollarından gedir

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Fidyə proqramlarının hücumları getdikcə daha da hiyləgərləşir

07-09-2022

Fidyəçilərin korporasiyalara hücumları: 2023-cü ildə nə dəyişəcək?

25-01-2023

Ötən il fidyə kriptoqrafları 700-dən çox şirkətə hücum edib

16-01-2023

Mətbuatda şantaj və saxta sızmalara qarşı necə mübarizə aparmalı?

14-12-2022

Kaspersky: Azərbaycanda Microsoft SQL Server-dən istifadə edilən hücumların sayı artır

23-11-2022

Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

15-05-2020

Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

12-08-2022

Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

23-09-2021

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022

Kaspersky və İnterpol kiberqarətin qarşısını alıb

16-02-2022

Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

28-04-2022

Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

23-12-2021

Hakerlər hansı login və şifrə kombinasiyasından istifadə edir?

19-12-2022

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022

“No More Ransom” təşəbbüsü altı illik fəaliyyətinin yekunlarını təqdim edib

02-08-2022

Kaspersky fişerlərin saxta səhifələri necə yaratması barədə danışır

11-04-2022

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022

Kaspersky: Zərərli bank proqramları dünyadakı istifadəçilərə hücum edir

16-07-2020

Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

13-10-2021

Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

21-10-2021

Kaspersky tanınmış oyunlarda zərərli proqram aşkarlayıb

28-09-2021

Kaspersky: 2021-ci ildə sənaye müəssisələrinə hansı kiberhücumlar edilə bilər?

09-12-2020

Kaspersky, 2020-ci ildə qeydə alınan hücumların təfərrüatını açıqlayıb

04-06-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə