Previous Next
Bağla

Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

23-09-2021 17:54
Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

Kaspersky-nin məlumatına görə, 2021-ci ilin ilk altı ayı ərzində kriptoqraf troyanlar MDB ölkələrində 10 746 korporativ istifadəçiyə hücum edib. Hücumlar Azərbaycanda da qeydə alınıb. Hazırda bu regionda ən çox yayılmış kriptoqraflar hücumları uzaqdan giriş protokolu (RDP) üzərindən həyata keçirib. Bu halda təcavüzkarlar istifadəçi məlumatlarını toplayır, cihaza uzaqdan qoşulur və zərərli proqramları mexaniki şəkildə işə salırlar. Bu tip troyanların əksəriyyəti “fidyə proqramı bir xidmət kimi” (RaaS, ransomware as a service) sxemi əsasında çalışır.

“Fidyə ilə bağlı insidentlərin sayı 2020-ci ildə nəzərə çarpacaq dərəcədə artıb, 2021-ci ildə isə bu trend öz artım tempini saxlayıb. Müntəzəm olaraq yeni kriptoqraf ailələri meydana çıxır, məsələn, təkcə 2021-ci ilin ikinci rübündə bu cür zərərli proqramların 14 yeni ailəsini aşkarlamışıq. Kaspersky Threat Intelligence-in məlumatına görə, təcavüzkarlar müxtəlif ölçülü və gəlir səviyyəli şirkətlərə hücum edirlər, kiçik və orta biznes daxil olmaqla, istənilən təşkilat qurbana çevrilə bilər”, - deyə Kaspersky-nin mürəkkəb təhdidlərin araşdırılması şöbəsinin rəhbəri Vladimir Kuskov bildirib.

Bu cür hücumlardan qorunmaq üçün mütəxəssislər şirkətlərə tövsiyə edir:

1. müntəzəm olaraq əməkdaşlara domen istifadəçi hesabları üçün dayanıqlı şifrələr yaratmaq və onları vaxtaşırı dəyişmək barədə xatırlatmalar etmək; çoxfaktorlu identifikasiyadan və identifikasiya və girişin idarəsi üçün alətlərdən istifadə etmək;

2. yenilənmə haqqında istehsalçılardan gələn məlumatları daim izləmək və yamaqları (patch) vaxtında yükləmək;

3. dəyərli və gizli məlumatların mütləq şəkildə ehtiyat nüsxəsini yaratmaq;

4. RDP üzrə girişi internetdən açmamaq, korporativ şəbəkəyə qoşulmaq üçün isə VPN RDP-dən istifadə etmək; korporativ şəbəkəni ayrı-ayrı alt şəbəkələrə bölərək seqmentləşdirmək;

5.təcavüzkarların istifadə etdiyi aktual fənd və texnikalardan xəbərdar olmaq üçün Threat Intelligence-in aktual məlumatlarından istifadə etmək;

6. EDR həllinin tətbiqini təcavüzkarlar əhəmiyyətli ziyan vurmadan hücumları tanıya və dayandıra bilən Kaspersky Managed Detection and Response kimi xidmətlərlə birgə planlaşdırmaq;

7. son cihazların qorunması üçün istifadə etdiyiniz standart vasitələrə əlavə olaraq mürəkkəb hücumlarla mübarizə üçün nəzərdə tutulan Kaspersky Anti Targeted Attack -dan istifadə etmək;

8. rəqəmsal savadlılığı artırmaq məqsədi ilə əməkdaşlar üçün, məsələn, Kaspersky Automated Security Awareness Platform platformasında treninqlər keçmək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

23-12-2021

Kaspersky: Microsoft Exchange Server-ə hücumlar artıb

09-09-2021

Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

12-08-2022

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022

Ötən il fidyə kriptoqrafları 700-dən çox şirkətə hücum edib

16-01-2023

Kaspersky: Azərbaycanda Microsoft SQL Server-dən istifadə edilən hücumların sayı artır

23-11-2022

Fidyəçilərin korporasiyalara hücumları: 2023-cü ildə nə dəyişəcək?

25-01-2023

Fidyə proqramlarının hücumları getdikcə daha da hiyləgərləşir

07-09-2022

Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

28-04-2022

Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

02-02-2022

Kaspersky: Mürəkkəb hədəf hücumlarının sayı artıb!

03-08-2021

Azərbaycanda kiber hücumların sayı artıb

16-12-2020

Kaspersky bəzi cihazlarda silsilə Lazarus hücumları aşkarlayıb

30-07-2020

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022

Korporativ poçtlara edilən hücumların sayı açıqlanıb

27-08-2021

Kaspersky: Azərbaycanda hər onuncu cihazda zərərli internet proqram bloklanıb

04-06-2021

Kaspersky: DDoS hücumlarının sayı karantindən öncəki səviyyəyə qayıdıb

25-05-2021

2021-ci ildə Kaspersky tərəfindən 380 min zərərli fayl aşkarlanıb

20-12-2021

Kaspersky rusdilli kiber cinayətkarlığın son beş ildə olan təkamülünü təhlil edib

29-10-2021

Kaspersky: Kiber cinayətkarlar Cring kriptoqraf proqramı vasitəsilə hücumlar edir

14-04-2021

No More Ransom təşəbbüsü sayəsində $900 milyonun təcavüzkarların əlinə keçməsinin qarşısı alınıb

30-07-2021

Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

13-09-2021

Kaspersky kütləvi zərərli poçt göndərişləri aşkarlayıb

04-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə