Previous Next
Bağla

Kaspersky: Microsoft Exchange Server-ə hücumlar artıb

09-09-2021 16:53
Kaspersky: Microsoft Exchange Server-ə hücumlar artıb

2021-ci ilin avqustunda Kaspersky Microsoft Exchange serverlərinin istifadəçilərinə qarşı 19,839 hücumun qarşısını alıb. İyul ayı ilə müqayisədə bu tip insidentlərin sayı 170% artıb. Mütəxəssislərin fikrincə artım bu il proqram məhsulundakı zəifliklərnəticəsində çox sayda eksploytun meydana çıxması və onun quraşdırıldığı  cihazların sahiblərinin yamaqlar (patch) buraxıldıqdan dərhal sonra onu yeniləməməsi ilə əlaqədardır. Təkcə son yarım il ərzində Kaspersky məhsullarının dünya üzrə 74 mindən çox istifadəçisi Microsoft Exchange Server üçün eksploytlarla qarşılaşıb.

"Yayın son həftəsində MDB ölkələrində ProxyShell eksploytlarından istifadə ilə həyata keçirilən 4,271 hücum qeydə almışıq. Yeniləmələri yayımlanan boşluqlar məlum olmayan boşluqlardan daha təhlükəli ola bilər, çünki onlar haqqında məlumatlar ictimaiyyətə açıq olduğu üçün daha çox təcavüzkarın onlardan istifadə edə biləcəyi mümkündür. Məhz buna görə də, yamaq buraxılışlarını izləmək və proqram təminatını dərhal yeniləmək çox vacibdir", - deyə Kaspersky-nin kibertəhlükəsizlik mütəxəssisi Yevgeni Lopatin bildirib.

Kaspersky məhsulları boşluqlardan istifadə edən ProxyShell hücumlarından qoruyur və aşağıdakı təhdidləri müəyyən edir: PDM:Exploit.Win32.Generic, HEUR:Exploit.Win32.ProxyShell.* və HEUR:Exploit.*.CVE-2021-26855.*

Bu cür hücumlardan qorunmaq üçün Kaspersky tövsiyə edir:

1. Microsoft Exchange Server proqram məhsulunu mümkün olduqca tez yeniləyin;
2. zərərli bağlantıları vaxtında müəyyən etmək üçün çıxış trafikini dərindən izləyin; vacib məlumatların müntəzəm olaraq ehtiyat nüsxəsini yaradın ki, lazımi anda onlar tez əlinizin altında olsun;
3. Kaspersky Endpoint Detection and Response və Kaspersky Managed Detection and Response kimi hücumları ilkin mərhələdə, təcavüzkarlar öz məqsədlərinə çatmadan müəyyən edən və dayandıran həllərdən istifadə edin;
4. Biznes üçün Kaspersky Security kimi eksploytlardan müdafiə funksiyasına və davranış analizi texnologiyalarına malik etibarlı həllər quraşdırın.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

02-02-2022
 Kaspersky: Azərbaycanda Microsoft SQL Server-dən istifadə edilən hücumların sayı artır

Kaspersky: Azərbaycanda Microsoft SQL Server-dən istifadə edilən hücumların sayı artır

23-11-2022
Kaspersky Windows dispetçer pəncərəsində eksployt aşkarlayıb

Kaspersky Windows dispetçer pəncərəsində eksployt aşkarlayıb

27-04-2021
Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022
Kaspersky: Mürəkkəb hədəf hücumlarının sayı artıb!

Kaspersky: Mürəkkəb hədəf hücumlarının sayı artıb!

03-08-2021
“Exchange Server” üçün çoxsaylı təhlükəsizlik yenilənmələri təqdim edilib

“Exchange Server” üçün çoxsaylı təhlükəsizlik yenilənmələri təqdim edilib

10-03-2021
Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

23-09-2021
Fidyə proqramlarının hücumları getdikcə daha da hiyləgərləşir

Fidyə proqramlarının hücumları getdikcə daha da hiyləgərləşir

07-09-2022
Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021
Kaspersky: Kiber cinayətkarlar Cring kriptoqraf proqramı vasitəsilə hücumlar edir

Kaspersky: Kiber cinayətkarlar Cring kriptoqraf proqramı vasitəsilə hücumlar edir

14-04-2021
Kaspersky və İnterpol kiberqarətin qarşısını alıb

Kaspersky və İnterpol kiberqarətin qarşısını alıb

16-02-2022
Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022
Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

22-06-2022
Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020
“Kaspersky Security” həllinin yeni versiyası yarım il pulsuz olacaq

“Kaspersky Security” həllinin yeni versiyası yarım il pulsuz olacaq

02-04-2020
Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

12-08-2022
 Kaspersky  təhlükəsizliklə bağlı yeni mükafat qazanıb

Kaspersky təhlükəsizliklə bağlı yeni mükafat qazanıb

17-11-2022
Kaspersky Gartner Peer InsightsTM reytinqində ən yüksək qiymətə layiq görülüb

Kaspersky Gartner Peer InsightsTM reytinqində ən yüksək qiymətə layiq görülüb

22-02-2022
Covid-19 vaksini hazırlayan şirkətlərə qarşı kiber hücumlar edilib

Covid-19 vaksini hazırlayan şirkətlərə qarşı kiber hücumlar edilib

29-12-2020
Kaspersky: WhatsApp-la Triada troyanı yayılır

Kaspersky: WhatsApp-la Triada troyanı yayılır

25-08-2021
Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

23-12-2021
“Microsoft Exchange Server” məhsullarında təhlükəsizlik boşluqları var

“Microsoft Exchange Server” məhsullarında təhlükəsizlik boşluqları var

12-03-2021
Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

28-04-2022
Kaspersky Security OneDrive buludunu da qoruyacaq

Kaspersky Security OneDrive buludunu da qoruyacaq

06-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə