Previous Next
Bağla

Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

01-07-2016 15:45
Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

Kaspersky Lab şirkəti Siemens SIPROTEC 4 rele müdafiəsi terminalında boşluq aşkar edib.

Bu qurğu energetikanın bütün sahələrində şəbəkəni qısa qapanmalar və kritik yüklənmədən qorumaq üçün istifadə olunur.

Xeberler.az-ın məlumatına görə, müvafiq məlumat Kaspersky Lab tərəfindən istehsalçıya təqdim edilib və boşluq artıq aradan qaldırılıb.

Sözügedən boşluq Kaspersky Lab-ın əlavələr təhlükəsizliyi üzrə aparıcı mütəxəssisi Pavel Toporkov tərəfindən kritik infrastruktur obyektlərinin birinin müdafiəsinin təhlili zamanı aşkar edilib. Avadanlığın şəbəkə modulunda yerləşən boşluq yaddaşın bir hissəsini oxumağa imkan yaradır və bununla da gələcək hücumlar üçün mühüm məlumatı toplayır.

Siemens şirkəti CVE-2016-4785 boşluğunun nəticələrini necə azaltmalı və yenilənmələrin necə quraşdırılmalı haqda təlimat kitabçasını dərc edib. Kaspersky Lab bu cür avadanlıq istifadə olunan təşkilatlarda çalışan təhlükəsizlik üzrə mütəxəssislərə bu sənədə diqqət yetirmələrini israrla məsləhət görür.

“Oxşar boşluqların axtarışı bizim əsas məqsədlərimizdən biri deyil, lakin şirkət İT-infrastrukturun müdafiəsinin təhlilini apardığı zaman, demək olar ki, daim bu və ya digər təhlükəsizlik problemini aşkar edir. Boşluğu olan məhsulların son istifadəçisi adətən bu zəifliklərdən xəbərsiz olur və baxmayaraq ki, İT-infrastrukturun qalan hissələri keyfiyyətli qurulmuş olur və müdafiə olunur, istifadəçi hücum riskinə məruz qalır. Bu səbəbdən aşkarladığımız hər bir boşluq barədə xəbər verməyi mühüm hesab edirik. “CS-CERT sənaye sistemlərinin kibertəhlükələrinə çevik reaksiya mərkəzi və Siemens şirkətinə problemi tez və əlaqəli şəkildə aradan qaldırdıqları üçün minnətdarıq”, - deyə Kaspersky Lab-ın tədqiqat və işləmə üzrə direktor müavini Sergey Qordeyçik qeyd edib.

Son 12 ay ərzində Kaspersky Lab-ın mütəxəssisləri məişət cihazlarından sənaye idarə sistemləri və avtomobil və dəmiryol nəqliyyatı idarəsi sistemlərinədək müxtəlif aparat və proqram məhsullarında 20-dən çox boşluq aşkar edib və aradan qaldırmağa kömək göstərib.

Kaspersky Lab-ın qanunsuz girişin mümkünlüyünü yoxlamaq üçün sınaq və əlavələrin müdafiəsinin təhlili xidmətləri İT-sistemlər və sənaye infrastrukturunda mümkün hücum ssenarilərin praktiki nümayişi vasitəsi ilə ən zəif məqamları aşkar etməyə kömək edir. Qeyd olunan xidmətlər Kaspersky Security Intelligence servisləri yığımının bir hissəsidir və şirkətlərə real təhlükələr barədə ən yeni məlumatları və kibertəhlükəsizliyin təmin olunması üçün əlavə bilik və alətlər təqdim edir. Kaspersky Lab-ın servisləri haqda əlavə məlumat buradan əldə edə bilərsiniz.

Məltəm Talıbzadə 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019
Kaspersky Lab Bakıda tədbir keçirəcək

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017
Kasperski Lab  top 100-lüyə daxil olub

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009
Kaspersky Lab məhsullarında  boşluq tapan 50 min dollar qazanacaq

Kaspersky Lab məhsullarında boşluq tapan 50 min dollar qazanacaq

03-08-2016
Rusiya İT şirkəti ABŞ-ı məhkəməyə verdi

Rusiya İT şirkəti ABŞ-ı məhkəməyə verdi

19-12-2017
Ən çox bu sahələrə kiber hücum olur-Araşdırma

Ən çox bu sahələrə kiber hücum olur-Araşdırma

30-03-2018
Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016
Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

11-07-2019
Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

19-05-2016
İlham Əliyev Kaspersky Lab şirkətinin icraçı direktoru ilə görüşüb

İlham Əliyev Kaspersky Lab şirkətinin icraçı direktoru ilə görüşüb

13-02-2016
Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019
Şirkətlərə qarşı məqsədli kiber hücumlar artıb

Şirkətlərə qarşı məqsədli kiber hücumlar artıb

02-02-2018
Sənaye sistemlərinin 92 faizi  tez-tez kibertəhlükələrə məruz qalır

Sənaye sistemlərinin 92 faizi tez-tez kibertəhlükələrə məruz qalır

26-07-2016
Ölkədə 12 mindən çox istifadəçi kiberhücuma  məruz qalıb

Ölkədə 12 mindən çox istifadəçi kiberhücuma məruz qalıb

20-02-2018
Daha bir ölkə Kaspersky məhsullarını qadağan etdi

Daha bir ölkə Kaspersky məhsullarını qadağan etdi

22-12-2017
Bank troyanları 430 min istifadəçiyə hücum edib

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019
Android-də 12 ciddi boşluq aradan qaldırılıb

Android-də 12 ciddi boşluq aradan qaldırılıb

10-08-2017
Kaspersky Lab enerji sektorunun üzləşdiyi təhlükələri araşdırıb

Kaspersky Lab enerji sektorunun üzləşdiyi təhlükələri araşdırıb

11-10-2019
ABŞ-da Kaspersky-dən istifadə qadağan edildi

ABŞ-da Kaspersky-dən istifadə qadağan edildi

13-12-2017
Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019
Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

12-05-2016
ETX: "Splunk Enterprise" və "Splunk Cloud"da boşluq aşkar edilib

ETX: "Splunk Enterprise" və "Splunk Cloud"da boşluq aşkar edilib

10-10-2025
Hakerlər Telegram-dakı problemdən necə faydalanıb?-Araşdırma

Hakerlər Telegram-dakı problemdən necə faydalanıb?-Araşdırma

15-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə