Previous Next
Bağla

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020 10:50
Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

“Kaspersky” şirkətinin məlumatına görə, 2019-cu ildə Azərbaycanda hər iki istifadəçidən biri lokal təhdidlərlə üzləşib (yəni kompüterlərdə və ya daşıyıcılarda aşkarlanan). O cümlədən, təhdidlərə 52% ev istifadəçiləri və 38% korporativ istifadəçilər məruz qalıb.

Xeberler.az bildirir ki, internetdən yoluxma riski ilə isə ev istifadəçilərinin 21%, korporativ istifadəçilərin isə 13% qarşılaşlb. Mobil təhlükələrdən ən təhlükəlisi maynerlərdir, bu tip zərərli proqramların hücumuna məruz qalan istifadəçilərin payı 4% təşkil edib. Bundan əlavə, 2019-cu ildə “Kaspersky” həlləri təxminən 600 min fişinq saytlarına keçid cəhdinin qarşısını alıb.

"Məlumatlarımızdan göründüyü kimi, internetə qoşulmayan qurğular heç də zərərli proqramlardan avtomatik qorunmuş olmurlar. 2019-cu ildə Azərbaycanda bu cür təhdidlərin böyük payı korporativ sektorda aşkar edilmişdir. Çox vaxt bu kimi hallar, işçilərin əsas təhlükəsizlik qaydalarını bilməmələri nəticəsində baş verir. Bu risklərin qarşısını almaq həm mövcud, həm də yeni təhlükələri tanıyan güclü texnoloji imkanlara malik etibarlı qoruyucu həll vasitəsilə mümkündür. Bundan başqa, təşkilatlar işçiləri rəqəmsal gigiyena qaydaları haqqında məlumatlandırmaq üçün vəsait ayırmalıdırlar”, - bunu “Kaspersky” şirkətinin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov deyib.

Kiber təhdidlərdən qorunmaq üçün «Kaspersky» aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir:

• şübhəli mənbələrdən gələn məktublar, mesajlar və ya SMS-lərdəki linklərə keçməyin;

• əməliyyat sistemi və tətbiqləri üçün mütəmadi olaraq yeniləmələri quraşdırın;

• tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin;

• hesablar üçün mürəkkəb və fərqli şifrələrdən istifadə edin;

• vacib məlumatları müntəzəm olaraq cihazınızdan bulud, USB və ya sabit disklərə kopyalayın;

• Tətbiqlərin yalnız lazım olan funksiyalara girişinə icazə verin;

• “Kaspersky Internet Security” kimi etibarlı qoruyucu həll quraşdırın.

Bundan əlavə, şirkətlərə işçilərin kiber savadlılığını artıran təlimlər keçirmək tövsiyə olunur. Məsələn, «Kaspersky ASAP» avtomatlaşdırılmış platforması təhlükəsiz davranış bacarıqlarını inkişaf etdirməyə və davamlı vərdişlər yaratmağa kömək edir. Bu həll, işçinin kibertəhlükəsizlik sahəsindəki cari biliklərini qiymətləndirməyə, iş vəzifələrinə və risk profilindən asılı olaraq ehtiyac duyduğu bacarıqlar toplusunu müəyyən etmək üçün qrafik təyin etməyə imkan verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

26-02-2021

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020

Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

03-10-2019

İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

28-10-2019

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019

Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

10-07-2020

Cinayətkarlar Coker, 1917, İrlandiyalı filmlərini zərərli proqramlarda istifadə edirlər

13-02-2020

“PipeMagic” ilə edilən kiberhücumların coğrafiyası genişlənib

16-10-2024

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

20-06-2019

«Kaspersky» təşkilatlara məsafədən iş rejiminə keçidlə bağlı xəbərdarlıq edir

19-03-2020

FinSpy messencerlərdəki yazışmaları oxuyur

25-07-2019

Azərbaycanda şifrələnmə hücumlarının sayı artır

29-08-2019

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020

Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb

01-11-2018

Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

30-01-2020

Kriptovalyuta hansı riskləri özü ilə gətirir?-ARAŞDIRMA

30-01-2023

Kaspersky ev istifadəçilərini kiber təhdidlərdən effektiv şəkildə qoruyur

10-01-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə