Previous Next
Bağla

Kaspersky:ESG standartları və müvafiq mütəxəssislər yoxdur

10-05-2022 16:21
Kaspersky:ESG standartları və müvafiq mütəxəssislər yoxdur

Kaspersky-nin keçirdiyi sorğunun* nəticələrinə görə dünya üzrə sənaye müəssisələrinin üçdə birindən çoxunun (38%) ətraf mühitin mühafizəsi, sağlamlıq və təhlükəsizlik məsələləri üzrə məsul mütəxəssis çatışmır. Təşkilatların 36%-də həmçinin xüsusi ESG siyasətləri və standartları yoxdur**. Onlar müxtəlif səbəblərdən, o cümlədən, kiberhücumlar nəticəsində işçilərin sağlamlığı və təbii ehtiyatların tükənməsi ilə bağlı ortaya çıxan riskləri azaltmaq üçün lazımdır. Belə ki, hər onuncu müəssisə işçilərin xəsarət alması və ya ölümü ilə nəticələnən (13%), ətraf mühitə ziyan vuran (13%) və ya milli təhlükəsizliyə təsir göstərən (13%) kiberinsidentlərlə üzləşir.

 

Xeberler.az bildirir ki, bu riskləri idarə etmək üçün sənaye müəssisələrinin 61%-i kibermüdafiə tədbirlərini işin gedişatında yaranmış nasazlıqların işçilərə və ya ətraf mühitə zərər verə biləcəyi infrastruktur hissələrinə tətbiq etmir. Sorğuda iştirak edən təşkilatların təxminən üçdə ikisi (59%) artıq ətraf mühit aspektlərini risklərin qiymətləndirilməsi proqramlarına daxil edib və şirkətlərin 56%-nin isə kibertəhlükəsizlik sahəsində bütün ixtisaslaşmış layihələri təsdiqləyən ESG direktoru var. ESG prinsiplərinin sənaye müəssisələri üçün əsas prioritetlər sırasına daxil edilməsi vacibdir. 2015-ci ildə BMT Baş Assambleyası 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM) müəyyən edib ki, bunlardan biri sənaye, innovasiya və infrastruktura aiddir.

 

“Kibertəhdidlərdən müdafiə təkcə biznesin davamlılığı üçün deyil, həm də ətraf mühitin və insan sağlamlığının qorunması üçün vacibdir. Kiberhücumların işçilərə, ekosistemə və cəmiyyətə təsir riskini minimuma endirmək üçün ESG proqramlarına informasiya təhlükəsizliyi aspektləri daxil edilməlidir. Etibarlı müdafiə vasitələri və ixtisaslaşdırılmış həllər sənaye mühitinin ən vacib hissələrini əhatə etməlidir, İT və sənaye təhlükəsizliyi şöbələri isə istənilən mümkün hücumların nəticələrini yumşaltmaq üçün tədbirlər hazırlamalıdır”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

* Sorğu 2022-ci ilin yanvar-fevral aylarında 17 ölkənin sənaye müəssisələrinin operatorlarında təhlükəsizlik məsələləri ilə bağlı qərar qəbul edən şəxslər arasında keçirilib.

 

** ESG — ekoloji, sosial və korporativ idarəetmə (ing. Environmental, Social, and Corporate Governance).

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"ESG üzrə vahid rəqəmsal platforma” konsepsiyasının təqdimatı keçirilib

20-09-2024

ESG üzrə vahid rəqəmsal platforma konsepsiyasının təqdimatı keçiriləcək

16-09-2024

Sənaye şirkətlərinin bəziləri kiber hücumları gizli saxlayır

22-11-2019

Hər beşinci müəssisədə sənaye kibertəhlükəsizliyi sahəsində mütəxəssis çatışmır

09-06-2022

Şirkətlərə qarşı məqsədli kiber hücumlar artıb

02-02-2018

Azercell “İşçi Rifahı 2024” mükafatına layiq görülüb

09-01-2025

Azercell-in növbəti ESG tədbiri baş tutdu

11-06-2024

COP29-da iştirak etmək üçün 3 minə yaxın jurnalist qeydiyyatdan keçib

21-10-2024

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020

Kaspersky: əksər şirkətlər lazımi kibermüdafiəni təmin edə bilməməkdən ehtiyat edirlər

06-04-2022

Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

13-10-2021

Dövlət Əmək Müfəttişliyi Xidməti mükafata layiq görülüb

29-12-2024

İRİA “Green Future Award” nominasiyası üzrə qalib olub

20-12-2024

Kaspersky Gartner Peer InsightsTM reytinqində ən yüksək qiymətə layiq görülüb

22-02-2022

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016

Azercell “Etik Satınalma və Təchizat” sertifikatına layiq görülüb

19-11-2025

Azercell “GSMA M360 2024” konfransı çərçivəsində ilk ESG hesabatını təqdim etdi

16-05-2024

ESG üzrə vahid platformanın təqdimatı düzgün planlaşdırmanın göstəricisidir

06-11-2024

Azercell-in sponsorluğu ilə "I Bakı Korporativ Sosial Məsuliyyət və Dayanıqlı İnkişaf Konfransı" baş tutub

10-03-2023

Menecerlər və İT mtəxəssislər arasında anlaşmazlıq nəyə səbəb olur?

19-01-2023

Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

08-05-2024

ESG üzrə vahid platformanın təqdimatı ilə bağlı konfrans keçirilir

06-11-2024

Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

24-12-2020

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

29-01-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə