Previous Next
Bağla

Menecerlər və İT mtəxəssislər arasında anlaşmazlıq nəyə səbəb olur?

19-01-2023 11:24
Menecerlər və İT mtəxəssislər arasında anlaşmazlıq nəyə səbəb olur?

Kaspersky-nin qlobal sorğusuna* əsasən, top-menecerlərin yarıdan çoxu (62%) İT və ya informasiya təhlükəsizliyi departamenti ilə anlaşılmazlığın onların təşkilatlarında ən azı bir insidentə səbəb olduğunu etiraf edib.

Həmçinin, respondentlərin üçdə ikisi (67%) kommunikasiya problemlərinin kibertəhlükəsizlik layihələrinin həyata keçirilməsini ciddi şəkildə gecikdirdiyini təsdiqləyib. Onların təxminən üçdə biri oxşar çətinliklərlə dəfələrlə qarşılaşdıqlarını bildirib.

Kommunikasiya çatışmazlığının digər mənfi nəticələrinə büdcənin israf edilməsi, dəyərli işçinin itirilməsi və komandadaxili münasibətlərinin pisləşməsi daxildir. Respondentlərin yarıdan çoxu (61%) belə vəziyyətlərlə üzləşdiyini açıqlayıb. Ümumilikdə, İT sahəsinə aidiyyatı olmayan respondentlərin 98%-i kibertəhlükəsizlik məsələlərində anlaşılmazlıqlarla üzləşib.

Kommunikasiyadakı çətinliklər təkcə biznes göstəricilərini pisləşdirmir. Onlar həmçinin işçilərin emosional vəziyyətinə təsir göstərir (34%) və menecerləri kibertəhlükəsizlik üzrə mütəxəssislərin səriştəsinə şübhə ilə yanaşmağa məcbur edir (33%). Bundan əlavə, top-menecerlərin 28%-i anlaşılmazlıq ucbatından biznesin təhlükəsizliyinə inamını itirdiyini, 26%-i isə bu vəziyyətin onları əsəbiləşdirdiyini və iş səmərəliliyinə təsir etdiyini etiraf edir.

“Şirkət rəhbərləri ilə kibertəhlükəsizliyə cavabdeh olanlar arasında dəqiq kommunikasiya biznes təhlükəsizliyi üçün zəruri şərtdir. Əsas məsələ özünüzü başqalarının yerinə qoymaq, ciddi anlaşılmazlıqları qabaqcadan görmək və onların qarşısını almaqdır. Bu o deməkdir ki, bir tərəfdən CISO mövcud riskləri və təhlükəsizlik tədbirlərinə ehtiyacı daha yaxşı izah etmək üçün işgüzar dildə kommunikasiya qura bilməlidir. Digər tərəfdən, top menecerlər başa düşməlidirlər ki, 21-ci əsrdə informasiya təhlükəsizliyi biznesin ayrılmaz hissəsidir və informasiya təhlükəsizliyi üçün büdcə tərtib etmək şirkət aktivlərinin qorunmasına investisiyadır”, - deyə Kaspersky-nin İnformasiya Təhlükəsizliyi şöbəsinin rəhbəri Aleksey Vovk qeyd edir.

“İnformasiya təhlükəsizliyi məsələlərini müzakirə edərkən mümkün riskləri və potensial nəticələri, onların qarşısının alınması üsullarını, vaxt və investisiyaları nəzərə almaqda fayda var. Təcrübəmiz göstərir ki, təşkilat daxilində öncədən olaraq qurulmuş təhlükəsizlik ekosistemi, o cümlədən təhlükəsizlik həlləri, monitorinq sistemləri, müntəzəm kadr təlimi CEO və CISO görüşlərinin maksimum əməliyyat səmərəliliyinə həsr olunmasına öz töhfəsini verir”, - Kaspersky-in Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov öz növbəsində bildirir.

Kibertəhlükəsizlik üzrə mütəxəssislər, menecerlər və digər komandalar arasında qarşılıqlı fəaliyyəti daha şəffaflaşdırmaq üçün Kaspersky aşağıdakı prinsiplərə əməl etməyi tövsiyə edir:

  • işçilərin təliminə sərmayə qoyun: kibertəhlükəsizlik üzrə mütəxəssislərə müxtəlif biznes proseslərinin necə təşkil olunduğuna dair təlim kursları, İT-yə aidiyyatı olmayan menecerlərə isə kibertəhlükəsizlik sahəsində biliklərin artırılması üçün təlimlər təklif edin;
  • müxtəlif sahələrdən olan menecerlərin təkcə öz peşəkar məlumat “sandığına” aludə olmadığından və həm biznes, həm də informasiya təhlükəsizliyi gündəmlərindən xəbərdar olduğundan əmin olun. Bu, şirkət daxilində uğurlu ünsiyyət və anlaşmanın daha bir açarıdır;
  • kibertəhlükəsizlik büdcəsinin əsaslandırılması zamanı İT mütəxəssisləri biznes liderlərinə güclü və başa düşülən arqumentlər təqdim etməlidirlər. Risklərin mümkünlüyünü və lazımi müdafiə tədbirlərini izah etmək üçün təhdidlər və müdafiə üsulları haqqında məhz sizin sənayeniz və şirkətinizin ölçüsünə uyğun məlumatlardan istifadə edin. IT Security Calculator və ekspert müşahidələrinə əsaslanan hesabatlar kimi resurslar bu işi asanlaşdıra bilər.

Biznes rəhbərləri və kibertəhlükəsizlik üzrə mütəxəssislər arasında ünsiyyət problemlərinə dair hesabatın tam versiyasının buradan əldə edə bilərsiniz.

* Sorğu 25 ölkədən 1300-dən çox şirkət (50-dən çox işçisi olan) rəhbərinin iştirakı ilə 2022-ci ilin oktyabrında aparılıb.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbələri üçün təlim keçirilib

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbələri üçün təlim keçirilib

03-08-2023
Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

12-01-2022
Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

21-10-2021
Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

19-09-2024
Taleh Kazımov: Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Mərkəzi Bank arasında memorandum imzalanacaq

Taleh Kazımov: Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Mərkəzi Bank arasında memorandum imzalanacaq

26-10-2023
“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib

“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib

23-09-2024
 Hər beşinci müəssisədə sənaye kibertəhlükəsizliyi sahəsində mütəxəssis çatışmır

Hər beşinci müəssisədə sənaye kibertəhlükəsizliyi sahəsində mütəxəssis çatışmır

09-06-2022
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026
Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023
“İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydası” təsdiqlənib

“İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydası” təsdiqlənib

26-12-2025
Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçirilib

Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçirilib

21-10-2019
İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024
Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023
Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

19-09-2024
AMB və ETX əməkdaşlığı gücləndirir

AMB və ETX əməkdaşlığı gücləndirir

30-10-2025
ETX “AzerGold” QSC-də maarifləndirmə tədbiri təşkil edib

ETX “AzerGold” QSC-də maarifləndirmə tədbiri təşkil edib

17-01-2025
Kaspersky:ESG standartları və müvafiq mütəxəssislər yoxdur

Kaspersky:ESG standartları və müvafiq mütəxəssislər yoxdur

10-05-2022
ETX Malayziyanın Milli CERT-i ilə Anlaşma Memorandumu imzalayıb

ETX Malayziyanın Milli CERT-i ilə Anlaşma Memorandumu imzalayıb

31-10-2025
Elektron Təhlükəsizlik Xidməti və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Elektron Təhlükəsizlik Xidməti və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

03-07-2024
“Azərbaycanda kibertəhlükəsizliyə yanaşma yüksək səviyyədədir”

“Azərbaycanda kibertəhlükəsizliyə yanaşma yüksək səviyyədədir”

23-09-2023
Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

04-06-2026
Kibertəhlükəsizlik sahəsində elmi əsərlərin xülasələri toplusu çapdan çıxıb

Kibertəhlükəsizlik sahəsində elmi əsərlərin xülasələri toplusu çapdan çıxıb

14-04-2026
Bugünkü kibertəhlükəsizlik  ilə  bağlı konfrans başa çatdı

Bugünkü kibertəhlükəsizlik ilə bağlı konfrans başa çatdı

13-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə