Previous Next
Bağla

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

29-01-2021 12:17
Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

Kaspersky tərəfindən aparılan sorğu* nəticəsində məlum olub ki, 2021-ci ildə şirkətlər təcrübəli mütəxəssis çatışmazlığını aradan qaldırmağı və İT və kiber təhlükəsizlik funksiyalarını xarici mənbələrə verərək büdcəyə qənaət etməyi planlaşdırırlar.

Xeberler.az bildirir ki, mütəxəssislərin gördükləri daha bir neçə tendensiya bunlardır:

1. uzaqdan iş formatına kütləvi keçidlə əlaqədar olaraq ənənəvi iş mühitinin qorunması artıq kifayət etmir, ev ofislərini də nəzərə almaq vacibdir. İş sahəsinin təhlükəsizlik səviyyəsini skan etmək üçün alətlərdən istifadə etmək lazımdır - proqram boşluqlarını axtarmaqdan tutmuş qorunmayan Wi-Fi nöqtəsinə qoşulmağa qədər. Həmçinin, daha geniş yayılmış VPN, imtiyazlı giriş nəzarəti, çox faktorlu identifikasiya sistemləri, daha sərt monitorinqin tətbiqi və kiber hadisələrə cavab vermək üçün mövcud planların yenilənməsi tələb olunur;

2. xidmət modelləri daha az investisiya ilə lazımi kiber təhlükəsizlik səviyyəsini təmin etməyə imkan verir. Kaspersky-yə görə dünyada böyük şirkətlərin 69%-i MSP və ya MSSP modeli əsasında fəaliyyət göstərməyi planlaşdırır. Bu investisiyaları minimuma endirməyə və xərcləri kapitaldan əməliyyatlara köçürməyə imkan verəcək.

3. daxili İT mütəxəssisləri üçün təlimlərə idarəetmə bacarıqları təhsili də daxil edilməlidir. Kiber təhlükəsizlik sahəsində tez-tez dar ixtisaslaşdırılmış mütəxəssislər tələb olunur ki, onları tapmaq müəssisələrə olduqca baha başa gəlir. Bu vəziyyətdə autsorsinq (outsourcing) kömək edə bilər. Bununla birlikdə əsas kiber təhlükəsizlik komponentlərini xarici şirkətlərə təhvil verən şirkətlər bu funksiyaları tənzimləyə bilmək üçün daxili komandaların idarəetmə bacarıqlarını da inkişaf etdirməlidir;

4. bulud xidmətlərinə tələb artmaqdadır və buna görə də onların qorunmasına ehtiyac var. Kaspersky-nin apardığı sorğuya görə, dünyadakı təşkilatların böyük əksəriyyətində (böyük şirkətlərin 89% -i və kiçik şirkətlərin 92% -i) işçilər tərəfindən sosial şəbəkələr, messencerlər və ya digər tətbiqetmələr kimi qeyri- korporativ proqramlar və bulud xidmətləri istifadə olunur. Korporativ məlumatların təhlükəsizliyini qorumaq üçün bulud xidmətlərinə keçidin necə baş verdiyini daha
dəqiq izləməlisiniz. Kiber təhlükəsizlik qrupu üzvləri bu prosesləri həll etməli və buludu idarə etmə və təmin etmə bacarıqlarını inkişaf etdirməlidirlər.

“Bu gün biznes təmsilçiləri əmindirlər ki, korporativ təhlükəsizlik yüksək keyfiyyətli
olmalıdır və bu əvəzolunmaz və məcburi şərt kimi qəbul edilir. Üstəlik, getdikcə daha çox müştərinin fərqli korporativ təhlükəsizlik komponentlərini eyni tədarükçüdən tətbiq etməyi planlaşdırdığını görürük. Əvvəllər, bir çoxları maksimum qorumanın yalnız fərqli satıcıların ixtisaslaşdırılmış həllərinin birləşdirilməsi ilə əldə edilə biləcəyinə inanırdılar.

Ancaq indi şirkətlər eyni markanın fərqli təhlükəsizlik texnologiyaları arasında vahid bir yanaşma və mümkün olan ən yüksək inteqrasiya üçün çalışır,” deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020

Kaspersky yeni təlim proqramına start verir

21-05-2020

Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

12-01-2022

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020

Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

13-10-2021

Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

21-10-2021

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020

Azərbaycanda kiber hücumların sayı artıb

16-12-2020

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

24-12-2020

Sənaye şirkətlərinin bəziləri kiber hücumları gizli saxlayır

22-11-2019

“Kasperskykorporativ kiber təhlükəsizlik üçün yeni - mərhələli yanaşmaq tətbiq edir”

02-04-2021

Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

03-11-2021

«Kaspersky» təşkilatlara məsafədən iş rejiminə keçidlə bağlı xəbərdarlıq edir

19-03-2020

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020

Kaspersky Paris Çağırışı təşəbbüsü işçi qrupun həmsədri olub

05-03-2021

Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

15-05-2020

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

16-05-2022

Kaspersky: yeni texnologiyaların tətbiqi və maaş artımı sahibkarlar üçün prioritetdir

04-10-2021

Kaspersky: əksər şirkətlər lazımi kibermüdafiəni təmin edə bilməməkdən ehtiyat edirlər

06-04-2022

Kaspersky Windows dispetçer pəncərəsində eksployt aşkarlayıb

27-04-2021

Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

26-02-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə