Previous Next
Bağla

Sənaye şirkətlərinin bəziləri kiber hücumları gizli saxlayır

22-11-2019 14:09
Sənaye şirkətlərinin bəziləri kiber hücumları gizli saxlayır

Xeberler.az bildirir ki, “Kaspersky” şirkətinin apardığı son sorğusunun nəticələrinə görə, dünya üzrə sənaye müəssisələrinin üçdə ikisi (67%) şəbəkələrində baş verən kiber hücumlar barədə tənzimləmə orqanlarına məlumat vermir. Müxtəlif norma və tələblərə uyğunluq müasir sənaye şirkətləri üçün icbaridir, hətta informasiya təhlükəsizliyinə investisiya qoyuluşunun əsas amillərindən biridir, lakin müəssisələr çox vaxt bütün qaydalara əməl etmirlər.

Sənaye şirkətləri ən çox tənzimləyicinin tətbiq etdiyi cərimələrdən və bu cür hadisələr barədə məlumatların üzə çıxmasının onların nüfuzuna xələl gətirə biləcəyindən narahatdırlar. Sorğu zamanı respondentlər kiber hadisələrin yarısından çoxunun (52%) tənzimləyicilərin tələblərinin pozulmasına səbəb olduğunu etiraf ediblər.Respondentlərin 63%-i kiber insidentlər səbəbindən müştəri etibarının itirilməsinin mümkünlüyündən çox narahat olduqlarını söyləyiblər. Kiber hücumlar haqqında tənzimləyicilərin məlumatlandırılması istisna olmaqla, sənaye şirkətləri ümumiyyətlə norma və tələblərə çox ciddi yanaşırlar. Sorğunun nəticələrinə görə, dünya üzrə müəssisələrin yalnız 21%-i tənzimləyicinin tələblərini lazımi səviyyədə yerinə yetirmədiklərini düşünür. Bundan əlavə, şirkətlərin 55%-i norma və qaydalara riayət etməyi informasiya təhlükəsizliyinə qoyulan əsas sərmayə hesab edir. Müəssisələrin yalnız 28%-i mövcud təhlükələrin mənzərəsinə əsaslanaraq kiber təhlükəsizlik üçün büdcə təyin edir.

“Sənaye sahəsində tənzimləyici orqanların norma və tələblərinə riayət etmək son dərəcə ciddi bir vəzifədir. Lakin daim dəyişən kiber təhlükələrin real mənzərəsini xatırlamaq eyni dərəcədə vacibdir. Müəssisələrin bütün tələblərə uyğun və yüksək keyfiyyətli təhlükəsizliyinin təmin olunmasına ixtisaslaşdırılmış qoruyucu həll və aydın təhlükəsizlik siyasəti ilə nail olmaq olar. Bu cür həllər qabaqcıl təhlükətanıma
texnologiyalarını, həssaslıqların qiymətləndirilməsini və insidentlərə reaksiya vasitələrini özündə cəmləməli, habelə işçilərə kiber təhlükəsizlik sahəsində bilik və bacarıqlarını artırmaq üçün yeni imkanlar təqdim etməlidir." deyə “Kaspersky Industrial CyberSecurity” istiqamətinin rəhbəri Georgiy Şebuldayev vurğulayıb.

Xüsusilə texnoloji və sənaye şəbəkələrinin qorunması üçün “Kaspersky” şirkəti “Kaspersky Industrial CyberSecurity” həlli hazırlayıb. Bu texnologiya və xidmətlər kompleksi istehsal sistemlərinin bütün səviyyələrində, o cümlədən SCADA serverləri, operator panelləri, mühəndis stansiyaları, şəbəkə bağlantıları və fərdi avadanlıqlarda kiber təhlükəsizliyi təmin edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020
Şirkətlərə qarşı məqsədli kiber hücumlar artıb

Şirkətlərə qarşı məqsədli kiber hücumlar artıb

02-02-2018
Sənaye müəssisəsi Kasperky həlli sayəsində 1.7 milyon ABŞ dollarına qənaət edib

Sənaye müəssisəsi Kasperky həlli sayəsində 1.7 milyon ABŞ dollarına qənaət edib

12-07-2021
Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

24-12-2020
Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

13-09-2021
Kaspersky “Şifrəni dəyiş” adlı podkast təqdim edib

Kaspersky “Şifrəni dəyiş” adlı podkast təqdim edib

10-06-2021
Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020
Kaspersky avtomobil sənayesi üçün kiber təhlükələrin təhlili xidmətini təqdim edib

Kaspersky avtomobil sənayesi üçün kiber təhlükələrin təhlili xidmətini təqdim edib

22-01-2021
Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

29-01-2021
Azərbaycan beynəlxalq kibertəhlükəsizlik təlimə qatılacaq

Azərbaycan beynəlxalq kibertəhlükəsizlik təlimə qatılacaq

16-12-2019
Kaspersky Lab təhlükəsizliklə bağlı yeni İT həll istifadəyə verib

Kaspersky Lab təhlükəsizliklə bağlı yeni İT həll istifadəyə verib

22-04-2016
6 ayda Azərbaycan üzrə 2 000 zərərli resurs zərərsizləşdirilib

6 ayda Azərbaycan üzrə 2 000 zərərli resurs zərərsizləşdirilib

04-06-2026
“Kasperskykorporativ kiber təhlükəsizlik üçün yeni - mərhələli yanaşmaq tətbiq edir”

“Kasperskykorporativ kiber təhlükəsizlik üçün yeni - mərhələli yanaşmaq tətbiq edir”

02-04-2021
Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

13-10-2021
Kaspersky:ESG standartları və müvafiq mütəxəssislər yoxdur

Kaspersky:ESG standartları və müvafiq mütəxəssislər yoxdur

10-05-2022
Kaspersky YARA qaydalarının yaradılması və istifadəsi üzrə onlayn təlimə başlayır

Kaspersky YARA qaydalarının yaradılması və istifadəsi üzrə onlayn təlimə başlayır

03-09-2020
Kaspersky pandemiya ilə bağlı araşdırma edib

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020
Kaspersky ev istifadəçilərini kiber təhdidlərdən effektiv şəkildə qoruyur

Kaspersky ev istifadəçilərini kiber təhdidlərdən effektiv şəkildə qoruyur

10-01-2020
Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020
 Hər beşinci müəssisədə sənaye kibertəhlükəsizliyi sahəsində mütəxəssis çatışmır

Hər beşinci müəssisədə sənaye kibertəhlükəsizliyi sahəsində mütəxəssis çatışmır

09-06-2022
Kaspersky sənaye təhlükəsizliyi haqqında oyunu VR formata keçirib

Kaspersky sənaye təhlükəsizliyi haqqında oyunu VR formata keçirib

05-07-2021
Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

12-01-2022
Kaspersky Paris Çağırışı təşəbbüsü işçi qrupun həmsədri olub

Kaspersky Paris Çağırışı təşəbbüsü işçi qrupun həmsədri olub

05-03-2021
Kaspersky və Ferrari tərəfdaşlqılarının on illiyini qeyd edir

Kaspersky və Ferrari tərəfdaşlqılarının on illiyini qeyd edir

10-08-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə