Previous Next
Bağla

Kaspersky: əksər şirkətlər lazımi kibermüdafiəni təmin edə bilməməkdən ehtiyat edirlər

06-04-2022 16:41
Kaspersky: əksər şirkətlər lazımi kibermüdafiəni təmin edə bilməməkdən ehtiyat edirlər

Kaspersky-nini apardığı sorğuya* görə, şirkətlərin 53%-i mümkün kiberrisklər, həmçinin onların qarşısını almaq haqqında məlumat və anlayış çatışmazlığı ucbatından yeni layihələrin işə salınmasında çətinliklərlə üzləşiblər. Əksər hallarda müdafənin təşkilinin mümkün üsulları barədə məlumatsızlıq yeni İT həllərinin tətbiqindən (40%), planlaşdırılan biznes layihələrinin başladılmasından (38%) və korporativ siyasətdə dəyişikliklərdən (39%) imtinaya səbəb olub.

Xeberler.az bildirir ki, həmçinin, hər dörd şirkətdən üçü (74%) aralarında mövcud cihazlarla uyğunsuzluq (34%), texniki xidmət çətinliyi (34%), məhsuldarlıq problemlərinin də (35%) olduğu müxtəlif səbəblərdən dolayı uyğun müdafiə həllini tapa bilməyib. Bu cür çətinliklərin daha çox ixtisaslaşmış proqram təminatları, məsələn, sənaye və əşyaların internetində istifadə olunan proqramlara xas olduğu meydana çıxıb.

Biznesin inkişafı və ya transformasiyası zamanı kibetəhdidlərə qarşı müdafiəni genişləndirmək də vacibdir. Eyni zamanda, Accenture konsaltinq şirkətinin sorğusuna görə, şirkətlərin təxminən 80%-i innovasiyaları onların müdafiəsi üçün həllərdən daha tez tətbiq edirlər. Törəmə şirkətlərin meydana çıxması, yeni məhsulların hazırlanması, rəqəmsallaşma, uzaqdan işə keçid korporativ şəbəkələrin kibertəhlükəsizlik baxımından yenidən təşkilini tələb edir. Daha çox əlavə müdafiə alətlərinin tətbiqi, lisenziyaların sayının artırılması və korporativ təhlükəsizlik siyasətinin dəyişdirilməsinin vacibliyi ön plana çıxır.

“Kibertərhlükəsizlik, xüsusilə sənaye, nəqliyyat, əşyaların interneti kimi sahələrdə biznesin davamlı inkişafının təminatıdır. Buna görə də, istənilən yeni həllin tətbiqi zamanı şirkətlərə riskləri qiymətləndirmək və adekvat müdafiə tədbirləri müəyyən etməyi tövsiyə edirik. Özünü təhdidlərdən maksimum şəkildə qorumaq üçün, kiberimmunitetə malik sistemlərə etibar etməyi məsləhət görürük, çünki onlar hətta inkişaf mərhələsində belə rəqəmsal hücumlara qarşı təməl müqavimət imkanına sahibdirlər”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kibermüdafiənin mövcud səviyyəsini saxlamaq üçün Kaspersky şirkətlərə aşağıdakı tədbirləri görməyi tövsiyə edir:

  • İş cihazlarının müdafiəsi, təhdidlərin aşkarlanması və onlara cavab verilməsi üzrə həllər əsasında infrastrukturun hərtərəfli müdafiəsini təmin edin. XDR sinfindən olan müasir həllər, məsələn, Kaspersky Symphony XDR həlli bir-biri ilə tam sinxronlaşdırılmış məhsullar əsasında mürəkkəb təhdidlərə qarşı hərtərəfli müdafiə qurmağa, İT mütəxəssislərini kiberhücumlar haqqında dünya üzrə ən aktual xəbərlərlə təmin etməyə, o cümlədən, istənilən İT sualı haqqında bir pəncərə rejimində lazımi məlumatları əldə etməyə imkan verir.
  • Müdafiə həlli seçərkən AV-TEST, NSS Labs, SE Labs, AV-Comparatives və ICSA kimi müstəqil laboratoriyaların test nəticələrini, həmçinin, məsələn, Gartner Peer Insights kimi istifadəçi rəyləri reytinqlərini araşdırın.
  • Sənaye idarəetmə sistemləri (TP AİS) üçün zəifliklər bazasına malik təhdid analizi xidmətlərindən, məsələn, Kaspersky Threat Intelligence Portal—dan istifadə edin. Onlar zəifliklər haqqında məlumatları toplayır və əgər yamaqlar yoxdursa və ya həllin uyğunsuzluğu, yaxud hər hansı digər səbəblərdən dolayı onları quraşdırmaq mümkün deyilsə, həmin məlumatların nəticələrin aradan qaldırlması üçün dərhal istifadəsinə imkan verir.
  • Əşyaların interneti və ya avtomobil layihələrinin icrası zamanı təməldən təhlükəsiz (secure-by-design) olan sistemlərə diqqət yetirin. Məsələn, KasperskyOS əksər hücumları zərərsizləşdirən kiberimmunitet yönümlü yanaşma əsasında tətbiq edilir.

* “Biznesin informasiya təhlükəsizliyi” sorğusu Kaspersky tərəfindən 2021-ci ilin may-iyun aylarında aparılıb. Sorğuda 31 ölkədən olan 50-dən çox əməkdaşa malik şirkətləri təmsil edən 4303 mütəxəssis iştirak edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky “Kaspersky Symphony XDR”-i təqdim edir

Kaspersky “Kaspersky Symphony XDR”-i təqdim edir

13-04-2022
Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

24-12-2020
Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

23-12-2021
Kaspersky SE Labs beynəlxalq sınağında kiberhücumların 100 faizini dəf edib

Kaspersky SE Labs beynəlxalq sınağında kiberhücumların 100 faizini dəf edib

01-09-2022
Kaspersky EDR həlli ən yüksək qiymətə layiq görülüb

Kaspersky EDR həlli ən yüksək qiymətə layiq görülüb

17-01-2022
Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

28-04-2022
Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

29-01-2021
Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020
Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

21-10-2021
Kaspersky:ESG standartları və müvafiq mütəxəssislər yoxdur

Kaspersky:ESG standartları və müvafiq mütəxəssislər yoxdur

10-05-2022
Kaspersky: Microsoft Exchange Server-ə hücumlar artıb

Kaspersky: Microsoft Exchange Server-ə hücumlar artıb

09-09-2021
Kaspersky əşyaların İnternetini qorumaq üçün yeni nəsil şlüzlərini təqdim edir

Kaspersky əşyaların İnternetini qorumaq üçün yeni nəsil şlüzlərini təqdim edir

19-07-2022
Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

13-10-2021
 Hər beşinci müəssisədə sənaye kibertəhlükəsizliyi sahəsində mütəxəssis çatışmır

Hər beşinci müəssisədə sənaye kibertəhlükəsizliyi sahəsində mütəxəssis çatışmır

09-06-2022
Kaspersky pandemiya ilə bağlı araşdırma edib

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020
Kaspersky Windows dispetçer pəncərəsində eksployt aşkarlayıb

Kaspersky Windows dispetçer pəncərəsində eksployt aşkarlayıb

27-04-2021
Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

12-08-2022
Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020
Banklar kibertəhlükəsizlik siyasətinə yenidən baxır

Banklar kibertəhlükəsizlik siyasətinə yenidən baxır

02-08-2018
Kaspersky: sahibkarlar ləğv edilmiş xərcləri bərpa etməyə hazırdır

Kaspersky: sahibkarlar ləğv edilmiş xərcləri bərpa etməyə hazırdır

07-12-2021
Kaspersky həlləri müstəqil test nəticələrinə görə 57 dəfə ən yaxşı olub

Kaspersky həlləri müstəqil test nəticələrinə görə 57 dəfə ən yaxşı olub

22-04-2022
2021-ci ildə Kaspersky tərəfindən 380 min zərərli fayl aşkarlanıb

2021-ci ildə Kaspersky tərəfindən 380 min zərərli fayl aşkarlanıb

20-12-2021
Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016
Kaspersky: DDoS hücumlarının sayı karantindən öncəki səviyyəyə qayıdıb

Kaspersky: DDoS hücumlarının sayı karantindən öncəki səviyyəyə qayıdıb

25-05-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə