Previous Next
Bağla

Hər beşinci müəssisədə sənaye kibertəhlükəsizliyi sahəsində mütəxəssis çatışmır

09-06-2022 11:23
 Hər beşinci müəssisədə sənaye kibertəhlükəsizliyi sahəsində mütəxəssis çatışmır

Kaspersky-nin hesabatına görə, dünya üzrə sənaye təşkilatlarının əksəriyyəti (66%) TP AİS** üzrə kibermüdafiə sahəsində kadr problemi ilə üzləşir. Belə ki, respondentlərin 19%-i müvafiq mütəxəssis çatışmazlığı, 46%-i həddən artıq yüklənmiş işçilər və 30%-i isə kadr dövriyyəsi barədə məlumat verib. Sorğu iştirakçılarının yalnız 4%-i belə problemlərlə üzləşmədiyini qeyd edib.

Xeberler.az bildirir ki, ixtisaslı işçilərin işə götürülməsində tələb və təklif arasındakı uçurumun mümkün səbəblərindən biri kimi hesabat müəllifləri məhdud büdcə amilini qeyd edir. Hər ikinci təşkilatda (55%) əməkdaş heyəti kibertəhlükəsizliyinin ən az maliyyələşdirilən istiqamətidir. Respondentlərin daha 35%-i TP AİS üzrə kibertəhlükəsizlik mütəxəssisləri üçün kifayət qədər yüksək məvacib və kompensasiya ayrılmadığını bildirib.

Sənaye kibertəhlükəsizliyi müəssisələrin yalnız 43%-i üçün ayrıca bir sahə kimi göstərilir. Müvafiq mütəxəssislərin işə götürülməsinin çətinliyini nəzərə alaraq, bir çox təşkilatlar informasiya təhlükəsizliyi funksiyalarını kənar resurslar hesabına təmin edir (outsourcing), pandemiya zamanı müəssisələrin 58%-i daha çox şirkətdən kənar AİS kibertəhlükəsizlik xidməti təminatçılarına etibar etməyə başlayıb.

“Bəzi təşkilatlar digər məsələlərlə yanaşı, ixtisaslı kadrların təmin edilməsini də əhatə edən hərtərəfli həll üçün peşəkar AİS kibertəhlükəsizlik xidməti təminatçılarına müraciət edirlər. Ancaq müəssisə sahibi özünün ayrıca informasiya təhlükəsizliyi mütəxəssisləri komandasına sahib olmaq istəyirsə, onlara müvafiq bacarıqları öyrədə bilər. Bunun üçün AİS-də kompüter insidentlərinə cavab verən qrupların mütəxəssislərini, məsələn, Kaspersky ICS CERT-dən ekspertləri cəlb etmək olar. Həmçinin, bütün personalın müəssisədə həyata keçirilən kibertəhlükəsizlik tədbirləri, mövcud kibertəhlükələr və mümkün nəticələr barədə məlumatlı olmasını təmin etmək də vacibdir. Bu həyati vacib infrastruktur obyektlərindən qanuni əsasda tələb olunur. Bu cür tapşırıqlar müəssisələrə rahat formatda həyata keçirilə bilən xüsusi təlim proqramlarını tətbiq etməyə kömək edir”, - deyə Kaspersky ICS CERT-in sənaye sistemlərinin təhlükəsizlik xidmətləri qrupunun rəhbəri Dmitri Petroviçev bildirib.

“Azərbaycanın sənaye inkişafı qarşısında zavodların istehsal gücünün yenilənməsi, perspektivli sənaye sahələri üçün artım imkanlarının təmin edilməsi, istehsal fəaliyyətinin sabit tempinin saxlanılması kimi bir sıra iddialı vəzifələr durur. Bu məqsədlərə nail olmaq üçün əsas element bütün proseslərin informasiya təhlükəsizliyi şəraitində baş verməsidir. Bu baxımdan hər bir zavodda müvafiq mütəxəssislərin olması zərurəti artır. Peşəkarları cəlb etmək və ya onları mövcud işçilərdən yetişdirmək müəssisə rəhbərləri üçün son dərəcə vacib vəzifədir”, deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov əlavə edib.

 

Kaspersky həmçinin tövsiyə edir:

  • insan səhvləri nəticəsində yaranan hücum riskini minimuma endirmək üçün AİS kompüterləri ilə qarşılıqlı əlaqədə olan bütün işçilər arasında rəqəmsal savadlılıq səviyyəsini artırıın (məsələn, sənaye kompüterlərini şəxsi istifadəyə cəlb etməmək və onlara icazəsiz proqram təminatı quraşdırmamaq üçün insanları maarifləndirmək);
  • İT və OT mütəxəssisləri üçün əlavə təlimlər keçmək, məsələn, Kaspersky ICS CERT Kaspersky Automated Security Awareness platformasında onlayn modul, həmçinin rəqəmsal məhkəmə ekspertizası və TP AİS-lə bağlı insidentlərə reaksiya üzrə təkmil kurslar təklif edir.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020

Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

13-09-2021

Ən çox bu sahələrə kiber hücum olur-Araşdırma

30-03-2018

Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

24-12-2020

Neft və qaz şirkətlərinə və bina avtomatlaşdırma sistemlərinə hücumlar artıb

16-09-2020

Kaspersky:ESG standartları və müvafiq mütəxəssislər yoxdur

10-05-2022

Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

13-10-2021

Sənaye şirkətlərinin bəziləri kiber hücumları gizli saxlayır

22-11-2019

Kaspersky: əksər şirkətlər lazımi kibermüdafiəni təmin edə bilməməkdən ehtiyat edirlər

06-04-2022

Kaspersky Lab təhlükəsizliklə bağlı yeni İT həll istifadəyə verib

22-04-2016

Sənaye sistemlərinin 92 faizi tez-tez kibertəhlükələrə məruz qalır

26-07-2016

Şirkətlərə qarşı məqsədli kiber hücumlar artıb

02-02-2018

Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

01-07-2016

Menecerlər və İT mtəxəssislər arasında anlaşmazlıq nəyə səbəb olur?

19-01-2023

Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

16-05-2022

Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

12-01-2022

Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

21-10-2021

Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

03-11-2021

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025

Şirkətlər kibertəhlükələrə qarşı necə mübarizə aparmalı?

10-11-2017

Kaspersky Lab enerji sektorunun üzləşdiyi təhlükələri araşdırıb

11-10-2019

Azərbaycanda kibertəhlükəsizlik məsələləri müzakirə edilib- Fotolar

18-04-2016

Sənaye müəssisələri gələn il hansı kibertəhdidlərlə qarşılaşa bilər?

01-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə