Previous Next
Bağla

Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

13-10-2021 14:07
Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

Kaspersky-nin məlumatına görə* 2021-ci ildə dünya üzrə böyük şirkətlər daha çox kənar tədarükçülərlə məlumat mübadiləsi ilə bağlı insidentlər nəticəsində pul itiriblər. Bu cür məlumat sızması ilə şirkətlərin 32%-i üzləşib. Zərərin orta məbləği 1.4 milyon ABŞ dolları olub. Bununla belə, 2020-ci ildə bu tip məlumat sızmaları vurduğu böyük zərərlər baxımından heç ilk beşliyə daxil olmayıblar.

Bu gün təcavüzkarlar tərəfindən hədəfə çatmaq üçün şirkətlərin podratçılarının istifadə edildiyi hücumlar ümumi hala çevrilib, ona görə də, biznes dünyasının bu
kibertəhlükəsizlik riskini nəzərə alması vacibdir.

Şirkətlər başqa növ kiber insidentlər nəticəsində də pul itiriblər. Ən zərərlilər siyahısına korporativ cihazların fiziki itkisi, kripto mədənçi hücumları, əməkdaşlar tərəfindən İT resurslarının qanunsuz istifadəsi və mobil cihazlar vasitəsilə qeyri-qanuni məlumat mübadiləsi daxildir. Qeyd olunan hər bir insidentin səbəb olduğu zərərin məbləği 1.3 milyon ABŞ dollarını ötüb.

“İnformasiya təhlükəsizliyi sahəsində strategiya qurarkən şirkətlər podratçılarla məlumat mübadiləsi ilə bağlı risklərə diqqət yetirməlidirlər. Məlumatlara girişin hər bir konkret podratçı üçün nə dərəcədə açıq olacağını dəqiq müəyyən etmək lazımdır. Bu, lazımi qorunma tədbirlərini görməyə kömək edəcək. Üçüncü tərəflə məlumat mübadiləsi aparmazdan əvvəl kibertəhlükəsizlik tələblərini ətraflı müzakirə etmək lazımdır. Gizli məlumat ötürülməsi zamanı tədarükçülərdən onların lazımi qorunma səviyyəsini təqdim etməyə hazır olduqlarını təsdiq edəcək sertifikat tələb edilməlidir. Xüsusi vacib hallarda müqavilə imzalamazdan öncə ilkin audit aparmağı tövsiyə edirik”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kiber hücum və məlumat sızması riskini minimuma endirmək üçün Kaspersky mütəxəssisləri şirkətlərə ənənəvi müdafiə vasitələrindən yan keçən təhdidləri aşkarlayan alətlərlə birgə son cihazların təhlükəsizliyini təmin edən qoruma həllərindən istifadəni tövsiyə edirlər. Bu cür birləşmələr, məsələn, Kaspersky-nin kibertəhlükəsizliyə üç səviyyəli yanaşmasında mövcüddur. Ən qabaqcəl səviyyə Kaspersky Expert Security-dir. O, korporasiyalar və sənaye müəssisələri üçün nəzərdə tutulub. Onun tərkibində Kaspersky Anti Targeted Attack and Kaspersky EDR şəbəkəsi səviyyəsində qabaqcıl təhdidləri aşkar etmək üçün bir platforma var. Kaspersky EDR informasiya təhlükəsizliyi mütəxəssislərinə iş yerləri və serverlərin infrastrukturunda baş verən hadisələrin tam mənzərəsini təqdim edən və onların mürəkkəb təhdidlərə və APT hücumlara qarşı təsirli qorunmasını təmin edən güclü bir sistemdir. Bundan əlavə, bu səviyyədə Kaspersky Threat Intelligence portalının analitik məlumatlarına və İT mütəxəssisləri üçün təlimlərə giriş təklif edilir.

Biznes dünyasının 2021-ci ildəki kibertəhlükəsizlik xərcləri barədə ətraflı məlumatı buradan öyərənə bilərsiniz: https://calculator.kaspersky.com/ru

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Kasperskykorporativ kiber təhlükəsizlik üçün yeni - mərhələli yanaşmaq tətbiq edir”

02-04-2021

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020

Kaspersky Windows dispetçer pəncərəsində eksployt aşkarlayıb

27-04-2021

Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

02-02-2022

Biznes üçün Kaspersky EDR analitik və praktiki tövsiyələrlə gücləndirilib

30-09-2022

Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

12-01-2022

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

29-01-2021

Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

23-09-2021

Sənaye müəssisəsi Kasperky həlli sayəsində 1.7 milyon ABŞ dollarına qənaət edib

12-07-2021

Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

21-10-2021

Kaspersky: Mürəkkəb hədəf hücumlarının sayı artıb!

03-08-2021

“PipeMagic” ilə edilən kiberhücumların coğrafiyası genişlənib

16-10-2024

Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

15-05-2020

2021-ci ildə Kaspersky tərəfindən 380 min zərərli fayl aşkarlanıb

20-12-2021

Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

22-06-2022

Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

24-12-2020

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Covid-19 vaksini hazırlayan şirkətlərə qarşı kiber hücumlar edilib

29-12-2020

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016

Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

13-09-2021

Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

03-11-2021

Kaspersky: Azərbaycanda Microsoft SQL Server-dən istifadə edilən hücumların sayı artır

23-11-2022

Kaspersky tanınmış oyunlarda zərərli proqram aşkarlayıb

28-09-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə