Previous Next
Bağla

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları saxta investisiya layihələri ilə bağlı xəbərdar edir

23-06-2022 17:18
Elektron Təhlükəsizlik Xidməti vətəndaşları saxta investisiya layihələri ilə bağlı xəbərdar edir

Son zamanlarda vətəndaşlara qarşı həyata keçirilən “fişinq” hücumlarında intensivləşmə müşahidə olunur. Araşdırma göstərir ki, bu növ hücumların həyata keçirilməsində əsas məqsəd vətəndaşların fərdi məlumat və maliyyə vəsaitlərini ələ keçirməkdir. Kiberdələduzlar istifadəçilərin etimadını qazanmaq və onları “tələ”yə salmaq üçün müxtəlif dövlət qurumlarının, tanınmış bankların, eləcə də media qurumlarının adından istifadə etməklə saxta kampaniyalar həyata keçirir.

 

Xeberler.az bildirir ki, geniş yayılmış hücum ssenarisinin birində ARDNŞ-nin (SOCAR) investisiya layihəsi həyata keçirdiyi qeyd olunur və layihədə iştirak üçün ad, soyad, e-poçt, mobil nömrə kimi fərdi məlumatların təqdim edilməsi istənilir. Həmin məlumatları təqdim edən və uydurma kampaniyada iştirak edən vətəndaş kiberdələduzların qurbanına çevrilir.

 

Kiberdələduzlar inandırıcılığı artırmaq üçün yerli media qurumlarının adına saxta saytlar yaradır və bu kampaniyalar barədə xəbərlər paylaşırlar. Həmçinin daha çox vətəndaşın cəlb edilməsi üçün reklam çarxları hazırlanaraq sosial şəbəkələr üzərindən yayılır. Qeyd edək ki, bənzər saxta kampaniya “AzerGold” ASC adından istifadə edilməklə də həyata keçirilir.

 

Bu növ kiberhücumlardan qorunmaq üçün vətəndaşları maksimum diqqətli olmağa, cəlbedici vədlərə aldanaraq ani hərəkət etməməyə və məlumatların düzgünlüyünü rəsmi mənbədən yoxlamağa çağırırıq. Hər hansı qurum adından bu kimi investisiya layihələri, o cümlədən hədiyyə, pulsuz bonus və mükafat təklif edən kampaniyalar keçirildiyinə dair məlumat aldıqda, keçidlərə daxil olmadan, fərdi məlumatlarını təqdim etmədən öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və ya veb-brauzerdə açılan yeni səhifədə onun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olsunlar.

 

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bu kimi hücumların qarşısının alınması istiqamətində qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirir.

 

Vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.

 

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ETX saxta investisiya layihələri ilə bağlı vətəndaşları xəbərdar edir

29-07-2022

.“Bravo” Marketlər şəbəkəsi adından saxta mesajlar göndərilir

22-04-2022

Elektron Təhlükəsizlik Xidməti “fişinq” kampaniyalarının artması ilə bağlı xəbərdar edib

27-12-2021

Elektron Təhlükəsizlik Xidməti: ABB adından “fişinq” hücumlar edilir

14-03-2022

Nazirlik: “WhatsApp” üzərindən “fişinq” kampaniyaları həyata keçirilir

27-10-2020

NRYTN: “WhatsApp” istifadəçilərinə qarşı “fişinq” hücumlar həyata keçirilir

16-11-2020

“Azərpoçt” adından əhaliyə saxta məktublar göndərilir

17-02-2022

Kiberdələduzlar koronavirus mövzusundan sui-istifadə etməyə davam edir

24-11-2020

Kiberdələduzlar “Azərpoçt”un adına saxta saytlar yaradaraq insanları “tələ”yə salır

14-12-2020

Kiberdələduzlar “Azərpoçt”un rəsmi saytına oxşar saxta səhifələr yaradır

28-04-2021

Elektron Təhlükəsizlik Xidməti növbəti dəfə “fişinq” hücumları barədə xəbərdarlıq edib

20-04-2021

Kiberdələduzlar “Azərpoçt” MMC-nin rəsmi saytına oxşar saxta saytlar yaradır

19-01-2021

Nazirlik: Adımızdan saxta məktublar göndərilir

29-10-2020

Sosial şəbəkələrdə bankların adından saxta reklamlar paylaşılır - Xəbərdarlıq

08-06-2023

ETX: Heydər Əliyev Aeroportunun adından saxta kampaniyalar keçirilir

14-01-2025

“ASAN ödəniş” sistemi adından saxta veb-səhifə yaradılıb - Xəbərdarlıq

10-06-2023

“WhatsApp” üzərindən müəllim və tələbələrə “fişinq” hücumlar edilir

16-11-2020

NRYTN: Sosial şəbəkələrdə saxta elanlar yerləşdirilir

10-11-2020

Elektron Təhlükəsizlik Xidmətinə daxil olan müraciətlərin 75 faizi fişinq hücumları ilə bağlı olub

29-11-2022

NRYTN xəbərdarlıq edib: Vətəndaşlara e-poçt üzərindən saxta məktublar göndərilir

08-10-2021

“SOCAR”-ın adından istifadə edilərək vətəndaşlar aldadılır

08-11-2024

Ermənistanın elektron poçt üzərindən “fişinq” hücum cəhdləri davam edir

20-10-2020

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

22-06-2023

ETX: “Azərpoçt”un adından saxta mesajlar göndərilir

20-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə