Previous Next
Bağla

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün son 5 gün!

06-05-2026 12:05
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün son 5 gün!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin "Technion" Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərin yeni dalğası üçün qeydiyyata son 5 gün qalıb.

Bu tədris dalğasında da Mərkəz xüsusi imkan təqdim edir. Belə ki, təlim proqramı uğurla başa vuranlar arasında ən yüksək nəticə göstərən 5 məzun ölkə xaricində fəaliyyət göstərən qabaqcıl şirkətlərdə 1 aylıq təcrübə proqramına iştirak şansı qazanaraq öz bacarıqlarını real iş mühitində sınayacaq.

Təlimlərdən yararlanmaq üçün 17 yaşdan yuxarı, ingilis dili bilikləri və baza İKT bacarıqlarına malik olan Azərbaycan vətəndaşları müraciət edə bilərlər.

Qeydiyyatdan keçmiş namizədlər növbəti mərhələdə ardıcıl olaraq imtahan və müsahibə proseslərinə cəlb olunacaqlar. Xarici mütəxəssislərin keçirəcəyi imtahanda namizədlərin məntiqi və analitik düşüncə qabiliyyəti, İKT üzrə bilik və bacarıqları, ingilis dili səviyyəsi yoxlanılacaq. Daha sonra müsahibəyə cəlb olunaraq bu mərhələni uğurla keçən 60 nəfər təlimlərdə tam təqaüdlü formada iştirak hüququ əldə edəcək. Hər bir mərhələ üzrə yalnız ən yüksək göstəricilərə sahib şəxslər sonrakı mərhələdə iştirak hüququ qazanacaqlar.

Proqrama qəbul olanlara dərslər "Technion" Texnologiya İnstitutunun akademik heyəti tərəfindən onların tədris metodologiyasına əsasən keçiləcək, nəzəri və praktiki biliklər öyrədiləcək. Təlimlər 6 ay müddətində saat 09:00-dan 16:00-a qədər dərslər,16:00-dan 21:00-dək praktiki məşğələlər şəklində davam edəcək.

Proqram çərçivəsində "Red Team" (hücum) və "Blue Team" (müdafiə) olmaqla 2 qrup mütəxəssisin hazırlanması planlaşdırılır. Komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Proqramı uğurla bitirənlərə "Technion" Texnologiya İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.

Təlimlərdə iştirak etmək istəyən namizədlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://bit.ly/4scOlOB

Qeydiyyat üçün son tarix 10 may 2026-cı ildir.

Qeyd edək ki, bu günə qədər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin həyata keçirdiyi təlim proqramlarından 480 nəfər məzun olub, hazırda isə 60 nəfər bu sahədə təhsilini davam etdirir. Mərkəz tərəfindən eyni zamanda məzunların məşğulluq imkanlarının artırılması ilə bağlı da təşəbbüslər həyata keçirilir. Mərkəz məzunlarının işlə təmin olma göstəricisi 86%-dir. Mərkəzdə ixtisaslaşmış kadr hazırlığı ilə yanaşı, ali təhsil müəssisələrində tədrisin həyata keçirilməsi, kibermaarifləndirmə, kibertəhlükəsizlik mütəxəssisləri üçün ixtisasartırma təlimləri, kibertəhlükəsizlik üzrə tədqiqat və araşdırma,yerli kibertəhlükəsizlik məhsullarının hazırlanmasına dəstəyin göstərilməsi istiqamətində də tədbirlər həyata keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayıb

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayıb

03-11-2025
Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün 3 gün qalıb

Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün 3 gün qalıb

28-11-2025
Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

22-04-2025
Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

07-04-2025
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

08-10-2024
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə tələbə qəbulu başlayıb

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə tələbə qəbulu başlayıb

02-05-2023
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat başlanıb

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat başlanıb

18-08-2022
Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat müddəti uzadılıb

Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat müddəti uzadılıb

20-09-2022
İsrailli deputatlar Bakıda Kibertəhlükəsizlik Mərkəzində olublar

İsrailli deputatlar Bakıda Kibertəhlükəsizlik Mərkəzində olublar

05-06-2023
Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaradıldı-FOTO

Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaradıldı-FOTO

28-03-2023
Daha 100 nəfər Kibertəhlükəsizlik Mərkəzinin məzunu olub

Daha 100 nəfər Kibertəhlükəsizlik Mərkəzinin məzunu olub

10-02-2026
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində ilk Məzun Günü keçirilib

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində ilk Məzun Günü keçirilib

24-07-2023
Kibertəhlükəsizlik Mərkəzinin dördüncü “Məzun Günü” keçirilib

Kibertəhlükəsizlik Mərkəzinin dördüncü “Məzun Günü” keçirilib

30-01-2025
İsrailli mütəxəssis: "Gələcəkdə Kibertəhlükəsizlik Mərkəzində yerli mütəxəssislər dərs deyəcək”

İsrailli mütəxəssis: "Gələcəkdə Kibertəhlükəsizlik Mərkəzində yerli mütəxəssislər dərs deyəcək”

05-04-2023
Kibertəhlükəsizlik mütəxəssisləri üçün  “Purple team” təlimlərinə start verilib

Kibertəhlükəsizlik mütəxəssisləri üçün “Purple team” təlimlərinə start verilib

01-10-2024
RİNN İsrailin “Technion” Universiteti ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini yaradır   

RİNN İsrailin “Technion” Universiteti ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini yaradır  

30-06-2022
RİNN və AZCON-un tabeli qurumlarının məsul şəxsləri AKM tələbələri ilə görüşüb

RİNN və AZCON-un tabeli qurumlarının məsul şəxsləri AKM tələbələri ilə görüşüb

07-10-2025
Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 76 faizi işlə təmin olunublar

Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 76 faizi işlə təmin olunublar

30-01-2025
İRİA ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi əməkdaşlığa başlayır

İRİA ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi əməkdaşlığa başlayır

04-03-2025
“Technest” Təqaüd Proqramına yeni qeydiyyat başlayıb

“Technest” Təqaüd Proqramına yeni qeydiyyat başlayıb

31-10-2023
Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına  start verilib

Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına start verilib

05-08-2022
“WorldSkills Şanxay 2026” yarışının milli komanda seçimləri başlayıb

“WorldSkills Şanxay 2026” yarışının milli komanda seçimləri başlayıb

24-09-2025
“İKT LAB” kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə start verir

“İKT LAB” kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə start verir

03-11-2020
İRİA: Kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər keçirilir

İRİA: Kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər keçirilir

30-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə