Previous Next
Bağla

Saatlıda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə başlanılıb

17-09-2025 20:30
Saatlıda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə başlanılıb

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə Saatlı rayonunda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə start verilib. 

Xeberler.az məlumat verir ki, layihənin təqdimatında gənclər, təhsil işçiləri, dövlət və özəl qurumların əməkdaşları iştirak edib. 

Tədbirdə AKTA tərəfindən proqramlaşdırma, şəbəkə texnologiyaları və təhlükəsizliyi, həmçinin kibergigiyena tələblərinə xüsusi diqqət çəkilərək, kibertəhlükəsizlik üzrə mütəxəssis hazırlığı barədə ətraflı məlumat verilib.

AKTA-nın icraçı direktoru Rauf Cabarov, quzumun eksperti Rəşad Əliyev, AKTA üzvü olan Cybersign şirkətinin direktoru Elvin Axundov və AKTA kiber diaspora üzvü Elgün Bəxtiyaroğlu iştirak edib və fərqli mövzularda çıxışlar ediblər.

Tədbirdə Saatlı rayonunda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə start verildiyi elan olunub.

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov AKTA-nın bu təşəbbüsünü təqdirəlayiq hesab edərək, layihəyə dəstək veriləcəyini bildirib.

Regionlarda başladılan layihə çərçivəsində Mərkəzi Aran regionunda Saatlı və ətraf rayonların gəncləri proqramlaşdırma, şəbəkə texnologiyaları və kibertəhlükəsizlik sahəsində CISCO Şəbəkə Akademiyası ("CISCO Network Academy") beynəlxalq təlim platformasının təqdim etdiyi müasir tədris proqramları ilə təmin ediləcəklər.

Təlimlər AKTA-nın peşəkar və beynəlxalq təlimçi statuslu ekspertləri tərəfindən təşkil olunacaqdır. Təlimlərdə beynəlxalq CISCO Şəbəkə Akademiyasının resurslarından limitsiz istifadə ediləcək.

Təlimlərin sonunda iştirakçılara AKTA və CISCO Şəbəkə Akademiyasının sertifikatları təqdim ediləcək. Eyni zamanda AKTA və CISCO Şəbəkə Akademiyası arasında mövcud razılaşmaya əsasən bu təlimləri bitirən mütəxəssislərin beynəlxalq sertifikat imtahanına müraciəti zamanı tələb olunan ödənişə 60% endirim tətbiq ediləcək.

Layihə çərçivəsində kiber maarifləndirmə tədbirləri Saatlı rayon məktəblərində davam etdiriləcək. Burada şagirdlərə və müəllimlərə kibergigiyena haqqında zəruri məlumatlar veriləcək.

Qeyd edək ki, bu təşəbbüs AKTA-nın regionlarda həyata keçirdiyi ilk pilot layihə olmaqla gələcəkdə digər rayonlarda davam etdiriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AKTA-ya icraçı direktor təyin edilib

AKTA-ya icraçı direktor təyin edilib

22-04-2025
AKTA il ərzində 8 mindədək mütəxəssisi bir araya gətirib

AKTA il ərzində 8 mindədək mütəxəssisi bir araya gətirib

18-12-2025
AKTA üç memorandum imzalayıb

AKTA üç memorandum imzalayıb

04-06-2026
AKTA-nın tərəfdaşlığı ilə “Cyber Day” tədbiri keçirilib

AKTA-nın tərəfdaşlığı ilə “Cyber Day” tədbiri keçirilib

26-11-2025
"Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası"nın sədri dəyişib

"Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası"nın sədri dəyişib

02-11-2022
AKTA “Kibertəhlükəsizlikdə qadınlar” tədbirində iştirak edib

AKTA “Kibertəhlükəsizlikdə qadınlar” tədbirində iştirak edib

25-09-2025
Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına 34 yeni üzv qoşulub

Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına 34 yeni üzv qoşulub

19-12-2024
Bu il Azərbaycanda "Milli Kibertəhlükəsizlik İndeksi" təqdim olunub

Bu il Azərbaycanda "Milli Kibertəhlükəsizlik İndeksi" təqdim olunub

19-12-2024
AKTA və "Femmes Digitales" arasında Memorandum imzalanıb

AKTA və "Femmes Digitales" arasında Memorandum imzalanıb

11-10-2025
AKTA-nın 2024-cü il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

AKTA-nın 2024-cü il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

21-12-2024
AKTA-nın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

AKTA-nın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

18-12-2025
AKTA UNEC-də seminar təşkil edib

AKTA UNEC-də seminar təşkil edib

03-03-2026
 Kiberməkanda saxta xəbərlərlə mübarizə üzrə təlimlərə start verilir

Kiberməkanda saxta xəbərlərlə mübarizə üzrə təlimlərə start verilir

14-08-2023
“Kibertəhlükəsizlikdə İdarəetmə, Risk və Uyğunluq” tədbiri keçirilib

“Kibertəhlükəsizlikdə İdarəetmə, Risk və Uyğunluq” tədbiri keçirilib

17-10-2025
Milli Kibertəhlükəsizlik İndeksi təqdim olunub

Milli Kibertəhlükəsizlik İndeksi təqdim olunub

01-11-2024
AKTA və Mingəçevir Dövlət Universiteti arasında memorandum imzalanıb

AKTA və Mingəçevir Dövlət Universiteti arasında memorandum imzalanıb

27-10-2025
“Hibrid təhdidlərə qarşı mübarizə” layihəsinin ilk tədbiri keçirilib

“Hibrid təhdidlərə qarşı mübarizə” layihəsinin ilk tədbiri keçirilib

06-11-2025
İnformatika müəllimlərinə kibertəhlükəsizlik üzrə təlim keçirilib

İnformatika müəllimlərinə kibertəhlükəsizlik üzrə təlim keçirilib

22-05-2026
“Kibertəhlükəsizlik üzrə Maarifləndirmə Ayı” üzrə tədbirlər davam edir

“Kibertəhlükəsizlik üzrə Maarifləndirmə Ayı” üzrə tədbirlər davam edir

30-10-2025
AKTA və AzTU yeni layihəyə başladı

AKTA və AzTU yeni layihəyə başladı

12-09-2022
“Kiber Təhsil Konfransı” keçirilib

“Kiber Təhsil Konfransı” keçirilib

27-08-2025
Kibertəhlükəsizlik üzrə genişmiqyaslı beynəlxalq təlimlərə start verilib

Kibertəhlükəsizlik üzrə genişmiqyaslı beynəlxalq təlimlərə start verilib

20-04-2026
“Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi” seminarı keçirilib

“Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi” seminarı keçirilib

03-11-2025
BMU tələbələri üçün kibertəhlükəsizlik sahəsi üzrə təlim keçirilib

BMU tələbələri üçün kibertəhlükəsizlik sahəsi üzrə təlim keçirilib

11-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə