Previous Next
Bağla

AKTA-nın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

18-12-2025 20:52
AKTA-nın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

Dekabrın 18-də Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) 2025-ci il üzrə illik fəaliyyətinə həsr olunmuş hesabat tədbiri keçirilib.

Xeberler.az məlumat verir ki, tədbirdə AKTA-nın Ümumi Yığıncağının üzvləri və ekspertləri ilə yanaşı, tərəfdaş qurum və təşkilatlarının, o cümlədən ali təhsil müəssisələri və özəl sektor təmsilçilərinin rəhbər və nümayəndələri iştirak ediblər.

Tədbiri açan AKTA İdarə Heyətinin sədri Pənah Musayev 2025-ci il ərzində Assosiasiya tərəfindən həyata keçirilən fəaliyyətin yekunlarına dair ətraflı hesabat təqdim edib. O bildirib ki, hesabat dövründə AKTA-ya üzvlük üçün daxil olmuş 80 müraciətə baxılıb, onlardan 8 hüquqi və 27 fiziki şəxs olmaqla ümumilikdə 34 yeni üzv Assosiasiyanın üzvlüyünə qəbul edilib. Bununla da, AKTA üzvlərinin ümumi sayı 168 nəfərə çatıb.

Sədr qeyd edib ki, 2025-ci il ərzində AKTA tərəfindən forum, konfrans, seminar, vebinar, yarış və təlimlər daxil olmaqla ümumilikdə 79 müxtəlif tədbir təşkil edilib və bu tədbirlərə 8000-dən artıq iştirakçı cəlb olunub. Bu göstəricilərin əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artdığı xüsusi vurğulanıb.

Kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edən Pənah Musayev vurğulayıb ki, 60-dan çox yerli və xarici qurum, təşkilat və şirkətlə görüşlər keçirilib və müzakirələr aparılıb. Eyni zamanda, beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə AKTA nümayəndə heyətinin Türkiyə, Qazaxıstan, Moldova, Estoniya və Fransaya işgüzar səfərlərinin təşkil edildiyi bildirilib.

Maarifləndirmə və kadr potensialının gücləndirilməsi istiqamətində də mühüm nəticələrin əldə olunduğu qeyd edilib. Belə ki, il ərzində 20 seminar və vebinar, 30 təlim təşkil olunub və bu tədbirlər 4000-dən çox iştirakçını əhatə edib. Bununla yanaşı, təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirildiyi, 20 ali təhsil müəssisəsində kiberklubların yaradılmasına və fəaliyyətinin dəstəklənməsinə töhfə verildiyi vurğulanıb.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov çıxış edərək ölkədə formalaşan kibertəhlükəsizlik ekosistemi, bu ekosistemdə dövlət–özəl sektor əməkdaşlığının rolu, AKTA-nın müvafiq sahədə gördüyü işlər və ekosistemin inkişafına verdiyi töhfələr barədə danışıb. O, həmçinin qlobal miqyasda artan kibertəhdidlər, informasiya infrastrukturunun qorunmasının əhəmiyyəti və bu təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Rəsmi hissənin sonunda AKTA-nın icraçı direktoru Rauf Cabarov AKTA-nın 2025-ci ildə həyata keçirdiyi layihələr barədə danışıb. İcraçı direktor AKTA tərəfindən tədqiqat və inkişaf sahəsində görülən işlərə toxunaraq, hesabat dövründə AKTA tərəfindən beş müxtəlif layihənin uğurla icra edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Assosiasiyanın 2026-cı il üzrə Tədbirlər Planının layihəsini təqdim edib. Bildirib ki, növbəti il ərzində AKTA-nın əsas fəaliyyət istiqamətləri üzrə mütəmadi tədbirlərlə yanaşı, bir sıra yeni və xüsusi formatlı təşəbbüslərin və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Tədbirin yekununda Ümumi Yığıncağın üzvləri, eləcə də tərəfdaş qurum və təşkilatların nümayəndələri çıxış edərək AKTA-nın 2025-ci il üzrə fəaliyyətini yüksək qiymətləndiriblər. Eyni zamanda, 2026-cı il üçün planlaşdırılan fəaliyyətlərə dair müxtəlif rəy və təkliflər səsləndirilib, yeni təşəbbüslər irəli sürülüb.

Tədbirdə 2025-ci il üzrə fəaliyyət hesabatı iştirakçıların diqqətinə çatdırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AKTA-nın 2024-cü il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

21-12-2024

AKTA-ya icraçı direktor təyin edilib

22-04-2025

Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına 34 yeni üzv qoşulub

19-12-2024

AKTA il ərzində 8 mindədək mütəxəssisi bir araya gətirib

18-12-2025

"Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası"nın sədri dəyişib

02-11-2022

Saatlıda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə başlanılıb

17-09-2025

AKTA və "Femmes Digitales" arasında Memorandum imzalanıb

11-10-2025

AKTA-nın tərəfdaşlığı ilə “Cyber Day” tədbiri keçirilib

26-11-2025

Bu il Azərbaycanda "Milli Kibertəhlükəsizlik İndeksi" təqdim olunub

19-12-2024

AKTA və Mingəçevir Dövlət Universiteti arasında memorandum imzalanıb

27-10-2025

Milli Kibertəhlükəsizlik İndeksi təqdim olunub

01-11-2024

AKTA UNEC-də seminar təşkil edib

03-03-2026

AKTA: 2024-2025-ci illərdə 22 milyon manatlıq maliyyə oğurluğu baş verib

09-10-2025

AKTA və AzTU yeni layihəyə başladı

12-09-2022

“Hibrid təhdidlərə qarşı mübarizə” layihəsinin ilk tədbiri keçirilib

06-11-2025

AKTA və Yaponiyanın milli "CERT"i birgə əməkdaşlığı müzakirə edib

06-03-2026

“Kibertəhlükəsizlikdə İdarəetmə, Risk və Uyğunluq” tədbiri keçirilib

17-10-2025

“Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi” seminarı keçirilib

03-11-2025

AKTA “Kibertəhlükəsizlikdə qadınlar” tədbirində iştirak edib

25-09-2025

“Kiber Yay Məktəbi 2025”in rəsmi açılış mərasimi keçirilib

22-07-2025

II Beynəlxalq “Caspian Innovation Forum”u keçirilib

04-12-2025

Azərbaycan TDT ölkələri ilə kibertəhlükəsizliyin gücləndirilməsinə dair müzakirələrdə iştirak edib

13-09-2024

"Kiber İnsidentlərə Müdaxilə" tədbiri keçirilib

13-04-2026

AKTA üzvü olan şirkətlər ilə görüş keçirilib

30-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə