“Kinotap” resursunun Android tətbiqi istifadəyə verildi

12-02-2013 / 14:02
Azərbaycanın mobil bazarı inkişaf etdikcə, yerli servislərin, saytların mobil tətbiqləri yaranır. Belə tətbiqlərdən daha biri bu gün istifadəyə verilib.  Labrin.net komandasına məxsus Kinotap.com saytının Android əməliyyat sistemləri üçün olan versiyası Google Play Store-da öz yerini alıb. https://play.google.com/store/apps/details?id=net.labrin.kinotap

Tətbiq beta versiyasındadır. Gələcək yeniləmələrdə inkişaf elətdirilərək saytla tam eyni funksiyalarla təmin olunacaq.

İstifadəçiyə əsas lazım olacaq funksiyaları tətbiqdə tapmaq mümkündür. Hazırda kinoteatrlarda göstərilən filmlərin seans cədvəlləri, tezliklə göstəriləcək filmlərin siyahısını istifadəçilər görə biləcək. Filmlər haqqında ətraflı məlumat, aktyorlar, kino afişalar və s. kimi məlumatları da istifadəçilər tətbiqdən əldə edə biləcəklər.

Seans hissəsinə saytda olduğu kimi tətbiqdə də xüsusi diqqət yetirilib. Filmin seanslarına baxdıqda bitmiş seansları, hazırda davam edən və gələcək seansları göstərilir. Seans saatının üzərinə toxunduqda (touch) isə həmin seans barədə ətraflı məlumatı görə bilərsiniz: qiymətlər, filmin dili, bitmə vaxtı və formatı.

Kinoteatrlar barədə də tətbiqdə məlumat almaq mümkündür. Saytda olduğu kimi kinoteatrın əlaqə məlumatları, yeri, və bu kino teatrda göstərilən filmlər.

Gələcəkdə saytın digər mobil əməliyyat sistemləri üçün də tətbiqlərinin yazılması nəzərdə tutulub. Ancaq application-ı gözləmədən də saytın HTML5 mobil versiyasından istifadə etməkolar. Bunun üçün m.kinotap.com ünvanına daxil olmaq lazımdır. (mobiz.az)

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.