Previous Next
Bağla

“E-Qidam” mobil tətbiqi ictimaiyyətə təqdim olunub

28-12-2024 11:34
“E-Qidam” mobil tətbiqi ictimaiyyətə təqdim olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida sahəsində ictimai nəzarətin gücləndirilməsi, bu sahədə istehlakçı hüquqlarının qorunması və vətəndaş şikayətlərinin operativ şəkildə icrasının təmin edilməsi məqsədilə hazırlanan “E-Qidam” mobil tətbiqi media vasitəsilə ictimaiyyətə təqdim olunub.

Xeberler.az məlumat verir ki, təqdimat zamanı tətbiqin tanıtım videoçarxı nümayiş olunub, media subyektlərinin nümayəndələrinə mobil tətbiqin məqsədi və istifadə qaydaları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, vətəndaşlar qida sahəsində hər hansı bir neqativ halla rastlaşdıqda, bu barədə “E-Qidam” tətbiqi vasitəsilə dərhal AQTA-ya bildirə biləcəklər. Tətbiqin əsas üstünlüyü qida təhlükəsizliyinin təmin olunması prosesində vətəndaşların aktiv iştirakı ilə ictimai nəzarəti təmin etmək və baş verən hər hansı neqativ hallara qarşı təsir imkanlarını genişləndirməkdir.

Həmçinin vurğulanıb ki, vətəndaşlar tətbiqdən istifadə etmək üçün Android və iOS əməliyyat sistemli mobil telefonlar vasitəsilə “E-Qidam” mobil tətbiqini telefonlarına yükləyə bilərlər. Qeydiyyatdan keçən istifadəçilər hər hansı şikayəti göndərmək üçün “Müraciət göndər” bölməsinə keçid etməli, ardınca şikayət olunan qida məhsulunun adı və satışının həyata keçirildiyi ünvanı qeyd edib “Göndər” düyməsinə klikləməlidirlər. Şikayət Agentlik tərəfindən qəbul edilərək qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Vətəndaşlar “Müraciətlərim” bölməsinə daxil olaraq müraciətlərinin icra vəziyyəti haqqında məlumat əldə edə biləcəklər.

Bundan başqa, vətəndaşlar mobil tətbiq vasitəsilə qida təhlükəsizliyi ilə bağlı görülən işlər, tədbirlər, xəbərlər, maarifləndirici yazılar və ən son yeniliklərlə anında tanış ola biləcəklər. Həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən təklif olunan təlimlər, laborator analizlər, eləcə də vakansiyalar barədə ən son məlumatları əldə edəcəklər. Ən əsası isə sahibkarlıq subyektləri “Bildiriş” funksiyasını aktiv etməklə fəaliyyət sahəsi üzrə Agentlik tərəfindən mobil tətbiqdə paylaşılan məlumatlar haqqında bildirişlər alacaqlar.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

“E-Qidam” mobil tətbiqindən istifadə etmək üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:

IOS üçün: https://apps.apple.com/az/app/e-qi-dam/id6452725355

Android üçün:https://play.google.com/store/apps/details?id=com.aqra&pcampaignid=web_share

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AQTA-nın rəsmi saytında yeni bölmə istifadəyə verilib

AQTA-nın rəsmi saytında yeni bölmə istifadəyə verilib

09-01-2026
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib

“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib

11-02-2025
Dövlət agentliyi sahibkarların siyahısını tutacaq

Dövlət agentliyi sahibkarların siyahısını tutacaq

18-04-2019
Qida təhlükəsizliyi ilə bağlı onlayn təlim keçiriləcək

Qida təhlükəsizliyi ilə bağlı onlayn təlim keçiriləcək

03-04-2019
Qida sahəsində yeni elektron xidmətlər

Qida sahəsində yeni elektron xidmətlər

05-12-2022
“LegalAid” mobil tətbiqi vətəndaşların istifadəsinə verilib

“LegalAid” mobil tətbiqi vətəndaşların istifadəsinə verilib

10-08-2020
Poçt şöbələrinin axtarışı iOS və Android-də

Poçt şöbələrinin axtarışı iOS və Android-də

01-04-2016
Fənərbaxça ilk mobil tətbiqini istifadəyə verdi

Fənərbaxça ilk mobil tətbiqini istifadəyə verdi

05-10-2015
“Azərpoçt” yeni mobil tətbiqini istifadəyə verib

“Azərpoçt” yeni mobil tətbiqini istifadəyə verib

22-02-2022
Xəbərlər.az İKT portalına yeni imkanlar əlavə olunub

Xəbərlər.az İKT portalına yeni imkanlar əlavə olunub

30-03-2015
Heydər Əliyev Mərkəzinin mobil tətbiqi istifadəyə verilib

Heydər Əliyev Mərkəzinin mobil tətbiqi istifadəyə verilib

02-07-2015
Birinci doza peyvənd olunanlar qapalı məkanlara necə daxil olacaqlar?

Birinci doza peyvənd olunanlar qapalı məkanlara necə daxil olacaqlar?

02-09-2021
Qida məhsullarının idxalının elektronlaşmasına start verilib

Qida məhsullarının idxalının elektronlaşmasına start verilib

13-11-2019
AQTİ-nin yeni saytı istifadəyə verilib

AQTİ-nin yeni saytı istifadəyə verilib

07-06-2025
AQTA rəqəmsal transformasiyaya keçidi sürətləndirir

AQTA rəqəmsal transformasiyaya keçidi sürətləndirir

18-02-2026
E-təbib mobil tətbiqi istifadəyə verilib

E-təbib mobil tətbiqi istifadəyə verilib

20-06-2020
Portalın Android versiyası istifadəyə verildi

Portalın Android versiyası istifadəyə verildi

05-05-2016
Goal.az tətbiqi App Store-da

Goal.az tətbiqi App Store-da

25-08-2015
“Azercell” tətbiqində abunəçilərə özəl təkliflər!

“Azercell” tətbiqində abunəçilərə özəl təkliflər!

10-01-2025
COVID-19 sertifikatları artıq “myGov”da

COVID-19 sertifikatları artıq “myGov”da

13-07-2021
Telefonda videonu necə redaktə etmək olar?

Telefonda videonu necə redaktə etmək olar?

13-11-2015
AZAL reyslərində "Travel Pass" tətbiqinin sınaqdan keçirilməsi uzadılıb

AZAL reyslərində "Travel Pass" tətbiqinin sınaqdan keçirilməsi uzadılıb

16-08-2021
“Kinotap” resursunun Android tətbiqi istifadəyə verildi

“Kinotap” resursunun Android tətbiqi istifadəyə verildi

12-02-2013
Mobil tətbiqləri olan tanınmışlar

Mobil tətbiqləri olan tanınmışlar

13-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə