Avqustun 4-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) birgə təşkilatçılığı ilə “Kapital bazarlarının inkişafında korporativ idarəetmənin rolu” mövzusunda jurnalistlər üçün yarımgünlük təlim seminarı təşkil edilib.
Seminarda QKDK ilə yanaşı, Bakı Fond Birjası, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Komitəsinin (SECO) nümayəndələri iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, seminarın məqsədi maliyyə bazarlarının inkişafında korporativ idarəetmənin roluna dair keyfiyyətli və peşəkar məlumatların hazırlanması və dərc edilməsi yolu ilə ictimaiyyətin bu sahədə maarifləndirilməsini təmin etməkdi.
Tədbirin açılışında çıxış edən QKDK-nın sədri Rüfət Aslanlı, İFC-nin layihə meneceri Karolina Brayt və SECO-nun ölkəmizdəki proqram koordinatoru Nailə Səfərova korporativ idarəetmənin səhmdarların hüquqlarının qorunması, maliyyə imkanlarının genişləndirilməsi və yeni investisiya resurslarının cəlb edilməsindəki rolundan danışıblar.
QKDK-nın 2009-2011-ci illər üçün məlumatlandırma və maarifləndirmə konsepsiyası təqdim edilib, kapital bazarları və tənzimləyicilərin, maliyyə bazarlarının inkişafında korporativ idarəetmənin rolu, səhmdarların hüquqları və onların təmin edilməsi mexanizmləri, listinq qaydaları haqqında geniş məlumat verilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri