Previous Next
Bağla

\"CanSat Azərbaycan 2019\" tələbə model peyk müsabiqəsinin final mərhələsi olub

29-06-2019 10:25
\"CanSat Azərbaycan 2019\" tələbə model peyk müsabiqəsinin final mərhələsi olub

Xeberler.az bildirir ki, iyun 28–də "Azərkosmos" ASC və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə tələbələr arasında “CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin final mərhələsi keçirilib.


Bu ilin yanvar ayından etibarən elan edilən “Cansat Azərbaycan 2019” müsabiqəsində ölkənin 15 universitetindən 38 komanda qeydiyyatdan keçib. Builki müsabiqədə region universitetlərindən olan Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti də iştirak edib. Komandalar əsasən mexanika və kompüter mühəndisliyi, aerodinamika, proseslərin avtomatlaşdırılması, riyaziyyat, fizika və sair texniki ixtisaslar üzrə təhsil alan tələbələrdən ibarət olub.
Final mərhələsinə müsabiqənin "İlkin Hesabat Sənədi"nin təqdim olunması, (PDR-Preliminary Design Review) və "Layihələndirmə" mərhələlərini uğurla bitirən 11 universitetdən 13 komanda vəsiqə qazanıb.


Finalçılar hazırladıqları 350 qramlıq model peykləri raketlərin daxilinə yerləşdiriblər. Hündürlüyü 120 santimetr, çəkisi 1000 qram və 100 Ns dartı qüvvəsinə malik olan daşıyıcı raketlər “Azərkosmos ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin ərazisində yerləşən start məntəqəsində 300 metr yüksəkliyə qədər qaldırılıb. Səmaya buraxılan raketlərdən ayrılan peyk modelləri vasitəsilə yerüstü stansiyaya siqnal – telemetriya ötürülüb və ərazinin hündürlüyünü, temperaturunu və təzyiqini müəyyən etmək mümkün olub.


İkigünlük final mərhələsinin növbəti günündə isə komandalar “Peyk modellərinin uçuş sonrası hesabatı”nın təqdim olunması mərhələsində yerli və beynəlxalq üzvlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Münsiflər heyətinin sədri Azərbaycan Respublikası Kosmik Məsələlər üzrə Şuranın elmi məsləhətçisi, fizika-riyaziyyat elmləri doktoru, akademik Roald Saqdeyevdir. Münsiflər heyətinin üzvləri Fransanın yüksək avionika, kibertəhlükəsizlik sahəsində xidmət göstərən “Thales” şirkətinin, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının Kosmik Texnologiyalar üzrə Araşdırma İnstitutunun (TÜBİTAK UZAY Enstitüsü), Təhsil Nazirliyinin və “Azərkosmos” ASC-nin mütəxəssisləridir.
“CanSat Azərbaycan” müsabiqəsində iştirak edən tələbələr aerodinamika, elektronika, mexanika və kosmik sferanın digər mühəndislik sahələrində əldə etdikləri bilikləri birbaşa praktiki məsələlərin həllinə tətbiq etmək bacarıqlarını əldə ediblər.


“Azərkosmos” peyklərin idarə olunması və peyk xidmətlərinin təqdim edilməsi ilə yanaşı, milli kosmik sənayedə innovasiyaların tətbiq edilməsi və ölkəmizin bu sahədə yerli kadrların hazırlanması istiqamətində işlər aparır. “CanSat Azərbaycan” müsabiqəsi də məhz bu missiyanın bir nümunəsidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin qalibləri müəyyən olub

02-07-2019

Azərbaycanda ilk dəfə raket modelçiliyi festivalı keçirilib

13-04-2019

CanSat Azərbaycan 2018 müsabiqəsi başa çatıb

01-10-2018

Bakı Ali Neft Məktəbinin komandası müsabiqəsində ikinci yeri tutub

11-07-2019

“CanSat Azərbaycan 2020” müsabiqəsinin qalibləri mükafatlandırılıb

01-02-2022

CanSat Azərbaycan 2019 müsabiqəsinə qeydiyyat başa çatıb

15-01-2019

"CanSat Azərbaycan 2020" müsabiqəsinin final mərhələsi oktyabrda keçriləcək

19-09-2020

Model peyk müsabiqəsinin final mərhələsi baş tutub

04-07-2023

Peyk müsabiqəsinin finalı keçiriləcək

12-05-2023

Ölkəmiz beynəlxalq peyk müsabiqəsində uğur qazanıb

17-06-2016

Tələbələrimiz model peyki səmaya buraxmaq hüququ qazanıb

16-06-2017

CanSat Azərbaycan 2020 tələbə model peyk müsabiqəsi başlayıb

19-12-2019

Təhsil Nazirliyi Azərkosmos ilə birgə müsabiqə elan edir

21-12-2018

"CanSat Azərbaycan 2020" peyk müsabiqəsinin "Reallaşdırma" mərhələsi başa çatıb

23-10-2020

Müsabiqə qalibi: Hazırladığımız model peyk raketi uğurla səmaya buraxıldı

05-07-2023

"CanSat Azerbaijan" müsabiqəsinin final mərhələsinin qalibləri bəlli olub

05-07-2023

"CanSat Azərbaycan 2020" müsabiqəsinin növbəti mərhələsi təxirə salınıb

13-04-2020

"CanSat Azərbaycan 2020" model peyk müsabiqəsi təxirə salınıb

28-12-2020

Azərbaycan “CanSat” müsabiqəsində birinci yerə layiq görülüb

14-07-2025

Azərkosmos yeni tədqiqatlar üçün anlaşma memorandumu imzalayıb

23-11-2015

Azərbaycan və Türkiyə kosmik tədqiqatlarda əməkdaşlıq edəcək

21-05-2015

Azərkosmos Türkiyə ilə əməkdaşlığı möhkəmləndirir

13-06-2016

“Həvəskar peyk modelləşdirilməsi’’ müsabiqəsinə qeydiyyat davam edir

08-02-2022

Müsabiqələrin finalçıları məlum olub

19-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə