Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun və Mətbuat Şurasının birgə təşəbbüsü ilə “Kütləvi informasiya vasitələrinin dili” mövzusunda respublika elmi konfransı keçiriləcək. Tədbir iyunun 25-də, saat 11.00-da AMEA Rəyasət Heyətinin iclas zalında baş tutacaq.
Konfransda Azərbaycanda qəzet adları, mətbuat və dil xüsusiyyətləri, mediada söz yaradıcılığının inkişaf xüsusiyyətləri, kütləvi informasiya vasitələrində alınma sözlərin işlənmə məqamları, idman leksikası və digər məsələlərlə bağlı məruzələr səslənəcək, mövzular ətrafında fikir mübadilələri aparılacaq.
Toplantıda ölkədə KİV sahəsində fəaliyyət göstərən tanınmış alim və mütəxəssislərin, nüfuzlu media qurumlarının rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı nəzərdə tutulur.
mənbə:APA.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri