Previous Next
Bağla

Sosial medianın problemləri ilə bağlı konfrans keçiriləcək

12-10-2016 15:31
Sosial medianın problemləri ilə bağlı  konfrans keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Mətbuat Şurası və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə  dekabr ayında  “Sosial medianın multidissiplinar problemləri” I respublika elmi-praktiki konfransı keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Rasim Mahmudov məlumat verib.

Qeyd edilib ki, konfarns  informasiya cəmiyyəti kontekstində sosial medianın çoxaspektli problemlərinin elmi ictimaiyyətə çatdırılması və onların həlli üçün alim və mütəxəssislərin birgə əməkdaşlığa cəlb edilməsi məqsədlərinə xidmət edir.

Bildirib ki, tədbirdə ölkənin müvafiq dövlət qurumlarının rəhbərləri, AMEA-nın elmi-tədqiqat institutlarının alim və mütəxəssisləri, ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, biznes sektoru və kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də sosial media fəallarının iştirakı nəzərdə tutulur.

R.Mahmudov sosial medianın müxtəlif aspektlərinə həsr olunmuş konfransa hazırlıqla bağlı görülən işləri də diqqətə çatdırıb. Sosial medianın elmi-nəzəri, analitik, texnoloji, hüquqi, iqtisadi, sosial-psixoloji, linqvistik, kulturoloji və s. problemlərinə dair araşdırmaların təqdim olunacağını qeyd edib.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək AMEA Rəyasət Heyətinin qərarı ilə keçiriləcək tədbirin sosial medianın multidissiplinar xarakter daşıyan problemlərinə həsr olunmuş ilk konfrans olduğunu vurğulayıb.

O bildirib ki, tədbir sosial medianın cəmiyyətə təsir imkanlarının araşdırılması, elmi yanaşmalar və tövsiyələrin formalaşdırılması, bu sahədə peşəkar kadr hazırlığı və sosial medianın müxtəlif problemlərinin müzakirəsi üçün müvafiq sahələr üzrə aparıcı mütəxəssislərin bir araya toplaşması baxımından böyük əhəmiyyət kəsb edir.

 

 

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elmi Şuranın 6-cı iclası keçiriləcək

10-09-2015

“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

19-02-2016

“İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək

08-01-2015

Informasiya təhlükəsizliyinə dair V respublika konfransı keçiriləcək

12-11-2019

Bakıda e-tibbin problemləri ilə bağlı konfrans keçirilib

24-05-2016

İnformasiya təhlükəsizliyi ilə bağlı konfrans olacaq

26-03-2015

İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

13-05-2015

Sosial media problemləri müzakirə olunub

05-05-2016

İnformasiya təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunacaq

13-01-2015

İnformasiya Texnologiyaları İnstitutunda “İnternetşünaslıq problemləri” elmi sektoru yaradılıb

17-07-2013

Audiovizual texnologiya və e-tullantı problemləri araşdırılacaq

23-01-2017

Big Data konfransı başa çatdı

25-02-2016

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016

“Kütləvi informasiya vasitələrinin dili” mövzusunda elmi konfrans keçiriləcək

24-06-2010

“İKT-nin problemlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir”

14-10-2016

İKT problemləri ilə bağlı respublika elmi-praktiki konfrans keçiriləcək

01-02-2023

Virtual mühitdə folklor : ənənə və kommunikasiya kitabı çapdan çıxıb

27-02-2019

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016

““Əşyaların İnterneti” inqilabi dəyişikliklərə səbəb olur”

28-09-2016

Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş konfrans başa çatıb

11-11-2024

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016

Beynəlxalq Ana dili Gününə həsr olunan respublika konfransı keçirilir

21-02-2023

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01-11-2013

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə