Previous Next
Bağla

Liviya “ASAN xidmət” modelinin tətbiqində maraqlıdır

28-11-2025 16:05
Liviya “ASAN xidmət” modelinin tətbiqində maraqlıdır

Liviya Dövlətinin Baş nazirinin müşaviri Mohamed Abdusalamın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” təcrübəsini öyrənmək məqsədilə ölkəmizə səfər edib.

Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri, həmçinin dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə ətraflı məlumat verib. Təqdimat zamanı hazırda Azərbaycanın bu intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.

Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı, dataəsaslı qərar qəbuletmə mexanizmləri, xidmətlərə nəzarət və qiymətləndirilmə, insan resurslarının idarə edilməsi, könüllülük fəaliyyəti sahələrində geniş təqdimatlar edilib və müvafiq istiqamətlər üzrə müzakirələr aparılıb.

Regionlarda əhaliyə göstərilən xidmətlərlə tanışlıq məqsədilə nümayəndə heyətinin Şamaxı “ASAN Həyat” kompleksinə səfəri də təşkil olunub.

Həmçinin qonaqlar Bakı şəhərində yerləşən bir sıra “ASAN xidmət” mərkəzləri, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi, Səyyar ASAN xidmət, “108” Çağrı Mərkəzi və ASAN TV/Radio ilə də yaxından tanış olublar.

Liviyalı rəsmilər “ASAN xidmət” modelinin onlarda yüksək təəssürat yaratdığını bildirib və ölkəmizin müvafiq təcrübəsinin yaxın müddətdə Liviyada tətbiqində maraqlı olduqlarını qeyd ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Liviyanın səfiri "ASAN xidmət"də olub

02-09-2025

Cibuti nümayəndə heyəti “ASAN xidmət”də olublar

09-09-2025

ASAN AI Hub üzrə beynəlxalq tərəfdaşlıq genişlənir

03-12-2025

Sudanlı nazir müavini “ASAN xidmət”də olub

13-01-2026

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

Somali “ASAN xidmət” təcrübəsini öyrənir

09-07-2025

Tacikistan səfiri "ASAN xidmət"də olub

23-01-2026

Türkiyənin media nümayəndələri “ASAN xidmət”də olublar

30-07-2025

“ASAN xidmət” İslam İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirir

08-10-2025

Türkiyənin Ali Məhkəməsinin sədr müavini "ASAN xidmət"də olub

10-07-2025

Seneqallı nazir “ASAN xidmət”də olub

28-11-2025

Uqandalı nazir “ASAN xidmət”də olub

27-08-2025

“ASAN xidmət” təcrübəsi Qazaxıstanla paylaşılır

26-02-2025

Pakistan Milli Assambleyasının sədri “ASAN xidmət”də olub

08-07-2025

Qırğızıstanın və Kolumbiyanın səfirləri “ASAN xidmət”də olublar

26-09-2025

Ruandanın və Zimbabvenin rəsmiləri "ASAN xidmət"də olublar

21-11-2025

WUF13-ün iştirakçıları “ASAN xidmət”də olublar

18-05-2026

“Amazon”un sabiq vitse-prezidenti “ASAN xidmət”də

04-12-2023

Çilidən olan parlamentarilər “ASAN xidmət”də olublar

29-09-2025

Qırğız nümayəndə heyəti “ASAN xidmət”də olublar

05-09-2025

Qvineya-Bisaunun naziri “ASAN xidmət”də olub

03-12-2024

İraqın rabitə naziri "ASAN xidmət"in fəaliyyəti ilə tanış olub

04-12-2025

Nepalın nümayəndə heyəti “ASAN xidmət”də olublar

28-02-2020

Seneqal nümayəndələri "ASAN xidmət" təcrübəsini yerində öyrənirlər

04-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə