Macarıstan baş naziri Viktor Orban internet trafiki üçün verginin tətbiqini nəzərdə tutan qanun layihəsini geri götürüb.
“Vergi qanun layihəsinə yenidən
baxılmalıdır. O, hazırkı şəkildə qəbul edilə bilməz”, - Viktor Orban “MR1”
radiostansiyasının efirində deyib.
Xeberler.az bildirir ki, oktyabrın
26-da Macarıstanın paytaxtı Budapeştdə hökumətin internetə vergi tətbiq
edilməsi ilə bağlı hazırladığı qanun layihəsinə qarşı kütləvi etiraz aksiyaları
keçirilib.
On minlərlə insan Facebook sosial şəbəkəsi vasitəsilə təşkil olunmuş aksiyaya
qoşulub. Əllərindəki mobil telefonlarla meydanı işıqlandıran aksiyaçılar
Macarıstanın hakim “Fides – Macarıstan Vətəndaş Birliyi” partiyasının qərargahını
köhnə kompüter detalları ilə bombardman ediblər.
Aksiya iştirakçıları 1 GB
internet üçün 45 qəpik məbləğin ödənilməsini nəzərdə tutan qanun layihəsinin
geri çağırılması üçün hökumətə 48 saat vaxt veriblər. Tələblər qəbul olunmasa,
aksiyanın oktyabrın 28-də təkrarlanacağı gözlənilir.
Avropa ölkələrində internet trafiki üçün vergi nəzərdə tutulmayıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri