Mark Zuckerberg ABŞ-ın prezidenti olmaq istəyir?-Açıqlama

26-01-2017 / 13:29

Bir müddətdir ki, xarici mediada Facebook-un qurucusu Mark Zuckerberg-in ABŞ-ın prezidenti olmaq iddiasında olduğu müzakirə edilir.

Belə ki, qeyd eilir ki, Mark Zuckerberg 2017-ci il üçün öz şəxsi çağırışlarını bəyan edib. Bu çağırışlar onun prezident olmaq ambisiyası haqqında gəzən şayiələri təsdiq edir.  

M.Zuckerberg dünyada öz kariyerası xaricində baş verənləri öyrənmək və intellektini zənginləşdirmək üçün hər il yeni çağırışlar edir.

Bildirilir ki, onun sözlərinə görə, 2017-ci ildə əsas hədəf öz həmvətənlərini daha yaxından tanımaq üçün ABŞ-ın bütün ştatlarında olmaq və sakinlərlə münasibət qurmaqdır.

"Son illər ərzində mən 365 mil məsafəni qət etdim, öz evimi idarə etmək üçün sadə süni intellekt yaratdım, 25 kitab oxudum və Çin dilini öyrəndim. 2017-ci ildə əsas hədəfim ABŞ-ın bütün ştatlarına baş çəkmək və ilin sonuna kimi hər bir ştatda yaşayan insanlarla qarşılaşmaqdan ibarətdir. Mən artıq bir çox ştatda əhəmiyyətli vaxt keçirmişəm, bu il isə məqsədimə çatmaq üçün təxminən 30 ştata getməli olacağam".

Facebook istifadəçilərinin bir çoxu şərhlərdə Zuckerberg-in ABŞ-ın növbəti prezident seçkilərində iştirak etmək və bu məqsədlə potensial seçicilərlə tanış olmaq istəyinə dair şübhələrini ifadə ediblər.

Qeyd edək ki, bir müddət öncə İnterfax agentliyi də Zuckerberg-in gələcəkdə ABŞ prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğuna dair məlumat yaymışdı. 

Nəhayət bu sual Mark Zuckerberg-ə verilib və şirkət rəhbəri iddilara  belə cavab verib:

“Xeyr, mən Facebook-dakı birliyi böyütməyə və Chan Zuckerberg Fondu  istiqamətdindəki işlərə fokuslanmışam”.

Bəzi eskpertlər isə bunu siyasi cavab olaraq qiymətləndirib.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə