Facebook-un qurucusu Mark Zuckerberg və onun həyat yoldaşı Priscilla Chan-ın rəsmi Facebook səhifələrini əngəlləmək olmur.
Yəni, hər bir hesabda mövcud olan “Əngəllə” funksiyası bu hesablar üçün keçərli deyil.
Qeyd edək ki,Zuckerberg nəhəng sosial media platformasında çox sayda izləyiciyə malikdir. Belə ki, 2 milyarddan çox istifadəçisi olan Facebook-da Mark-ın 95 milyondan çox izləyicisi var. Onu bloklamaq istəsəniz, bu, mümkün deyil.
İlk baxışdan elə görünür ki, Mark bunu qəsdən edib. Bəziləri iddia edir ki, o, şirkətin sahibi olduğu üçün özü və həyat yoldaşının hesabında ayrı-seçkilik edib.
Lakin məsələ elə deyil.
Xeberler.az-ın məlumatına görə, The Guardian-a danışan Facebook-un sözçüsü məsələyə aydınlıq gətirib.
O bildirib ki, bu problem bütün Facebook hesabları üçün keçərlidir. Belə ki, eyniylə dostları əlavə etmək məsələsində olduğu kimi, bir profilin blok edilməsi üçün də limit var. Beləliklə, bir profil çox sayda insan tərəfindən bloklanırsa, profilin bloklanması funksiyası bir müddətdən sonra deaktiv olur.
Yəni, Mark və həyat yoldaşının Facebook hesabına çox sayda bloklanma istəyi ilə bağlı müraciət edilib. Ona görə də, çütlüyün hesabında “Əngəllə” funksiyası deaktiv edilib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri