Previous Next
Bağla

Masallıda internet problemi: xətlər köhnəlib, sakinlər və müəssisələr problemlə üzləşib

12-06-2023 12:40
Masallıda internet problemi: xətlər köhnəlib, sakinlər və müəssisələr problemlə üzləşib

Masallı rayonunun Boradigah qəsəbəsində mövcud internet xətlərində tez-tez kəsilmələr baş verir.

Bu barədə qəsəbə sakinləri məlumat verib.

Onların sözlərinə görə, buna səbəb isə xətlərin köhnəlməsidir. Sakinlər deyir ki, uzun müddətdir yenilənməyən xətlər mütəmadi olaraq qırılır və yalnız əraziyə cəlb olunmuş aidiyyəti qurumların əməkdaşlarının müdaxilələrindən sonra internet bərpa olunur.

Qəsəbə əhalisi xüsusən yağışlı və küləkli hava şəraitində internet və telefon xətlərinin fəaliyyətini dayandırdığını söyləyiblər. Onlar bildirir ki, son günlər müşahidə olunan güclü külək və yağış səbəbindən yüzlərlə abonent telefonsuz və internetsiz qalıb.

Qəsəbədə iki məktəb və bir xəstəxananın fəaliyyət göstərdiyini xatırladan sakinlər internet xətlərinin kəsildiyi zaman bu müəssisələrin ciddi problemlə üzləşdiyini vurğulayıblar.

Bundan əlavə, xeyli məktəbli və abituriyentin onlayn vasitəsilə hazırlıqlara cəlb olunduğunu söyləyən yerli əhali bildirib ki, internet kəsilən zaman onların da tədrisində yubanmalar yaranır.

Sakinlər bildirir ki, keyfiyyətli internet imkanı verən GPON sistemi qəsəbənin yaxınlığına qədər gətirilib. Amma ölkənin ən böyük yaşayış məntəqələrindən olan Boradigahda isə internet sarıdan ciddi problemlər yaşanır.

Bir qrup sakin qəsəbəyə Fiber Optik internet xidmətinin verilməsi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət ünvanlayıblar.

Nazirliyin "Aztelekom" MMC-nin Cənub Regional Filialından "Report"un yerli bürosuna bildirilib ki, Boradigah qəsəbəsi rayonda avtomat telefon stansiyalarının (ATS) qurulduğu ilk məntəqələrdəndir. Qeyd edilib ki, bu gün təkcə Boradigah qəsəbəsində 4 ATS fəaliyyət göstərir:

"Son beş ildə Masallıda rabitə xidməti ardıcıl olaraq yüksələn xətlə inkişaf edib. Rayonda telekommunikasiya sistemi tam kompüterləşdirilib. Həm şəhər, həm də kənd ATS-lərində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Lakin bu gün yeni nəsil texnologiyanın tətbiqi daha sürətli, keyfiyyətli xidmətin təmin olunması zərurətini yaradır. Bu məqsədlə ölkə ərazisində olduğu kimi Masallı rayonunda da yeni yüksək sürətli optik internet şəbəkəsinin tətbiqinə başlanılıb. Artıq şəhər ərazisində, eləcə də bir sıra kəndlərdə layihələr davam etdirilir".

Filialdan vurğulanıb ki, Boradigah qəsəbə sakinlərinin telefon və internet xidmətinin keyfiyyətindən narazı olmasının səbəbi də bu yeniliklərlə bağlıdır: "Çünki ətrafda 40-50 megabit sürətli internet xidmətini görən, ondan istifadə edən şəxs üçün artıq 1-2 megabit sürət çox zəif hesab edilir və ona görə də daha yaxşısını istəyirlər. Hazırda rayon ərazisində GPON sisteminin tətbiqi davam edir. Artıq Boradigah qəsəbəsinə yaxın Bədəlan kəndində bu işlər yekunlaşmaq üzrədir. Çox güman ki, yaxın vaxtlarda Boradigah qəsəbəsi üçün də belə bir layihə işlənəcək və abonentlərin istifadəsinə veriləcək. Ümumiyyətlə isə 2025-ci ilə qədər optik internet şəbəkəsinin bütün ölkəni əhatə edəcəyi gözlənilir". (Report)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Zirə qəsəbəsinə genişzolaqlı internet xidmətləri təqdim  edilib

Zirə qəsəbəsinə genişzolaqlı internet xidmətləri təqdim edilib

17-11-2022
Evədək optika layihəsinin əhatə dairəsi genişləndirilir

Evədək optika layihəsinin əhatə dairəsi genişləndirilir

10-09-2019
TAE-nin Azərbaycan seqmentinə artıq 52 ATS qoşulub

TAE-nin Azərbaycan seqmentinə artıq 52 ATS qoşulub

01-12-2009
Bu ərazilərdə genişzolaqlı internet xidmətinin göstərilməsinə başlanılıb

Bu ərazilərdə genişzolaqlı internet xidmətinin göstərilməsinə başlanılıb

10-12-2022
“Aztelekom” MMC Quba rayonunda GPON texnologiyasının tətbiqinə başlayıb   

“Aztelekom” MMC Quba rayonunda GPON texnologiyasının tətbiqinə başlayıb  

13-09-2022
Azərbaycanda fiber-optik internetlə təmin olunan evlərin sayı açıqlandı

Azərbaycanda fiber-optik internetlə təmin olunan evlərin sayı açıqlandı

01-11-2022
Qusarda yeni elektron ATS quraşdırılıb

Qusarda yeni elektron ATS quraşdırılıb

05-07-2019
Göygölün kəndlərində genişzolaqlı İnternet infrastrukturu qurulur

Göygölün kəndlərində genişzolaqlı İnternet infrastrukturu qurulur

12-08-2015
Sakinlərə pulsuz avadanlıq verildi

Sakinlərə pulsuz avadanlıq verildi

14-12-2018
Naxçıvanda 1 646 abonent genişzolaqlı internetlə təmin olunub

Naxçıvanda 1 646 abonent genişzolaqlı internetlə təmin olunub

06-04-2023
Naxçıvanda 1 646 abonent genişzolaqlı internetlə təmin olunub

Naxçıvanda 1 646 abonent genişzolaqlı internetlə təmin olunub

06-04-2023
“Baktelecom” Hövsan qəsəbəsində optik telekommunikasiya xidmətləri təqdim edir

“Baktelecom” Hövsan qəsəbəsində optik telekommunikasiya xidmətləri təqdim edir

26-04-2021
Abşeronda telekommunikasiya infrastrukturu yenidən qurulur

Abşeronda telekommunikasiya infrastrukturu yenidən qurulur

22-11-2019
“Baktelecom” fərdi yaşayış evlərini optik xətlərlə  təmin edir

“Baktelecom” fərdi yaşayış evlərini optik xətlərlə təmin edir

05-08-2020
Yevlax rayonunu GPON texnologiyası ilə yüksəksürətli internetlə təmin edilir

Yevlax rayonunu GPON texnologiyası ilə yüksəksürətli internetlə təmin edilir

08-12-2023
Naxçıvanda 10 mindən çox yeni telefon nömrəsi istifadəyə verilib

Naxçıvanda 10 mindən çox yeni telefon nömrəsi istifadəyə verilib

14-02-2017
Baktelecom  24 min mənzili optik şəbəkəyə keçirib

Baktelecom 24 min mənzili optik şəbəkəyə keçirib

09-07-2019
“Baktelecom” Qaradağ rayonu ərazisində əhalini genişzolaqlı internetlə təmin edir

“Baktelecom” Qaradağ rayonu ərazisində əhalini genişzolaqlı internetlə təmin edir

30-12-2023
Naxçıvanda 707 abunəçi internetlə təmin olunub

Naxçıvanda 707 abunəçi internetlə təmin olunub

09-08-2019
Göygölün kəndlərinə sürətli internet çəkilişi davam edir

Göygölün kəndlərinə sürətli internet çəkilişi davam edir

17-09-2015
Nazirlik internetin sürəti ilə bağlı açıqlama verib

Nazirlik internetin sürəti ilə bağlı açıqlama verib

06-08-2019
Regionlarda telekommunikasiya şəbəkəsi yenidən qurulur

Regionlarda telekommunikasiya şəbəkəsi yenidən qurulur

23-10-2019
Abşeronda yeni yaşayış məntəqələri kabelləşdirilir

Abşeronda yeni yaşayış məntəqələri kabelləşdirilir

02-12-2014
“Baktelecom” Binə qəsəbəsində optik şəbəkəsini istifadəyə verib

“Baktelecom” Binə qəsəbəsində optik şəbəkəsini istifadəyə verib

29-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə