Previous Next
Bağla

Regionlarda telekommunikasiya şəbəkəsi yenidən qurulur

23-10-2019 10:31
Regionlarda telekommunikasiya şəbəkəsi yenidən qurulur

Son zamanlar “Aztelekom” MMC və ümumilikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölkədə informasiya texnologiyalarının inkişafı istiqamətində aparılan layihələrə qarşı bir sıra mətbuat orqanlarında və sosial şəbəkələrdə həqiqəti əks etdirməyən məlumatlar yayılır. “Aztelekom” MMC respublikamızın milli operatoru olaraq respublika ictimaiyyətini həyata keçirilən layihələr barədə məlumatlandırmağı zəruri hesab edir.

Xeberler.az bildirir ki, “Aztelekom”un hazırda həyata keçirdiyi layihələrin məqsədi ölkənin telefonlaşdırılmayan, o cümlədən internet xidmətlərinin verilməsi imkanlarının hələ də mövcud olmadığı ərazilərdə şəbəkənin qurulması, əsas magistralların və paylayıcı şəbəkənin yenidən qurulması, köhnəlmiş mis kabel xətlərinin yeni fiber- optik xətlərlə, köhnəlmiş rabitə avadanlıqlarının dünya standartlarına cavab verən yeni avadanlıqlarla əvəzlənməsidir. Məqsəd relyefinə görə rabitə xətlərinin çəkilməsi çətinlik törədən və ya böyük sərmayə tələb edən ərazilərdə son nəsil simsiz rabitə texnologiyasının qurulması və bütün bunların nəticəsində əhalini dayanıqlı rabitə, yüksəksürətli internet və digər multimedia xidmətləri ilə təmin etməkdir. Bu layihələr Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş istiqamətlərdən irəli gəlir.

Məlumat üçün bildirək ki, uzun müddətdir xidməti ərazilərimizdə istifadə olunan paylayıcı şəbəkə (rabitə xətləri, avadanlıqlar və s.) kifayət qədər köhnəlmiş və müasir tələblərə cavab vermir. Hazırkı xətlər köhnəlmiş mis kabellərdir ki, bu da istər sabit rabitə xidmətlərinin verilməsində, istərsə də yüksəksürətli internet xidmətlərinin verilməsində ciddi problemlərə səbəb olur. Hazırkı şəbəkə öz başlanğıcını Elektron ATS-lərdən götürür. EATS-lərdən isə abunəçilərə məsafə uzaq olduğundan, yüksəksürətli internetin verilməsində maneələr yaranır və abunəçilərin haqlı narazılığına səbəb olur.

“Aztelekom” xidmətlərdə olan problemləri aradan qaldırmaq, onları yüksək standartlara uyğunlaşdırmaq üçün paylayıcı şəbəkəni yeniləyir, müasir avadanlıqlar quraşdırır. Bu məqsədlə artıq Gəncə və Sumqayıt şəhərlərində, habelə Abşeron və Masallı rayonlarında işlər başlanıb və uğurla davam etdirilir. Əlavə olaraq bildirək ki, hazırda köhnə şəbəkənin yenilənməsi nəticəsində NGN (Next Generation Networks) avadanlıqları (yeni nəsil avadanlıqlar) quraşdırılır ki, bu da çəkilən xərclərə qənaət etmək imkanı yaradır. Eyni zamanda əvvəlkindən bir neçə dəfə sürətli və keyfiyyətli internet, o cümlədən dayanıqlı rabitə və digər yeni xidmətləri vermək imkanı yaradır.

Yeni rabitə şəbəkəsinin qurulması üçün böyük həcmdə vəsait tələb edildiyindən,Qərbi Avropa ölkələrinin rabitə infrastrukturunda ənənəvi mis kabel xətlərindən hələ də geniş istifadə edilməkdədir. Son hesabatlara əsasən, Avropa ölkələrində internet istifadəçilərinin 61%-i xDSL (Digital Subscriber Lİne) texnologiyası üzərindən xidmət alırlar. Azərbaycan Respublikasında isə artıq rabitə şəbəkəsini yeni, müasir standartlara uyğunlaşdırmaq üçün yenidənqurma işləri başlanmış və mərhələli şəkildə aparılmaqdadır. Layihələrin həyata keçirilməsi nəticəsində region telekommunikasiya şəbəkəsində optik kabelin çəkisi 80%-ə çatdırılacaq.

Hazırda “Aztelekom” tərəfindən aparılan işlər nəticəsində yenilənəcək şəbəkə vasitəsilə əhalinin tələblərini qarşılamaq mümkün olacaq. Qeyd olunan ərazilərdə bu işlər bitdikdən sonra abunəçilər keyfiyyətli rabitə və internet xidmətləri ilə yanaşı, yeni xidmətlərlə də təmin olunacaqlar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Özəl internet provayderi Aztelekomu məhkəməyə verib

04-11-2019

“Aztelekom” 700 mininci evi telekommunikasiya xidmətləri ilə təmin edib

09-07-2020

Azərbaycanda fiber-optik internetlə təmin olunan evlərin sayı açıqlandı

01-11-2022

Nazirlik regionda yeni texnologiyalar quraşdırır

27-10-2017

Regionlarda universal telekommunikasiya xidmətləri tətbiq edilir

09-07-2008

Azərbaycan kəndlərində ilk dəfə “GPON” texnologiyası əsasında şəbəkə qurulur

17-05-2021

Azərbaycanın dövlət rabitə operatoru magistral xətt şəbəkəsini yeniləyir

09-07-2020

Google-la Huawei arasında problem Aztelekom-a təsir edəcək?

22-07-2019

Sakinlərə pulsuz avadanlıq verildi

14-12-2018

Aztelekom Zaqatalada 384 ailəni müasir avadanlıqla təmin edib

18-01-2021

“Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verib

03-12-2020

Evədək optika layihəsinin əhatə dairəsi genişləndirilir

10-09-2019

Nazirlik internetin sürəti ilə bağlı açıqlama verib

06-08-2019

Aztelekom yeni texnologiyalara əsaslanan telefon rabitəsi təqdim edir

23-08-2021

Zaqatalada 12 yeni elektron ATS quraşdırılır

12-07-2015

“Baktelecom” Hövsan qəsəbəsində optik telekommunikasiya xidmətləri təqdim edir

26-04-2021

Abşeronda telekommunikasiya infrastrukturu yenidən qurulur

22-11-2019

Xankəndidə olan yaşayış yerləri telekommunikasiya ilə təmin edilib

18-03-2025

Azərbaycanda ev təsərrüfatlarının 55 faizi optik internetlə təmin olunacaq

16-08-2023

“Aztelekom” MMC Gəncə şəhərinin 90 faizdən çox hissəsini yüksəksürətli internetlə əhatə edib

11-06-2024

AYİB "Aztelekom"a regionların sürətli internetlə təmin olunması üçün kredit ayırdı

22-12-2022

Şuşa şəhəri optik telekommunikasiya xidmətləri ilə təmin edilib

08-11-2021

Zəfərin 5 ili: “Aztelekom” Böyük Qayıdışa töhfə verməyə davam edir

06-11-2025

“Aztelekom” MMC Quba rayonunda GPON texnologiyasının tətbiqinə başlayıb  

13-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə