Previous Next
Bağla

Mastercard Azərbaycan banklarını mükafatlandırıb-Foto

26-05-2017 12:40
Mastercard Azərbaycan banklarını mükafatlandırıb-Foto

Bakıda Mastercard beynəlxalq ödəniş texnolgiyaları şirkətinin regional ofisinin nümayəndələrinin Azərbaycandakı tərəfdaşları ilə görüşü keçirilib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, artıq ikinci ildir ki, keçirilən tədbir zamanı innovasiyalar və rəqəmsal texnologiyaların inkişafı mövzuları müzakirə edilmiş və Azərbaycandaki tərəfdaşlar üçün mükafatlandırma mərasimi təşkil edilib.

Tədbirdə Mastercard-ın Azərbaycan üzrə meneceri Alper Meriç sürətlə inkişaf edən Azərbaycan bazarının şirkət üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb və Mastercard-ın bu bazarda uzunmüddətli öhdəliyinə sadiq qalacağını qeyd edib.

Daha sonra Mastercard-ın HGEM-də (High Growth Emerging Markets) biznesin inkişafı və məhsulların satışı üzrə baş vitse-prezidenti Onur Kurşun "2017-ci ildə bankçılıq və ödəniş trendləri" mövzusunda təqdimatla çıxış edərək dünyada müxtəlif startapların təqdim etdikləri innovativ ödəniş xidmətləri haqqında məlumat verib və bankları istehlakçılar üçün daha rahat və yenilikçi rəqəmsal həllər təklif etməyə çağırıb.

Elm və texnologiyalar üzrə araşdırmalarına görə Türkiyənin tanınmış jurnalisti və yazıçısı Serdar Kuzuloğlu isə müasir texnoloji yeniliklərin həyatımıza təsiri və bankların rəqəmsal innovasiyalar sahəsindəki cərəyanlara proaktiv yanaşmasının əhəmiyyətini vurğulayıb.

Tədbir çərçivəsində Samsung şirkəti tərəfindən təqdim olunan innovativ məhsul olan Samsung Gear VR virtual reallıq eynəklərini də təcrübədən keçirmək imkanı yaradılıb ki, bu da iştirakçılar tərəfində xüsusi maraqla qarşılanıb.

Görüş bankların müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi ilə davam edib.

Belə ki, Platinum, Black Edition və World Elite kartlarının sayını ən çox artıran bank – Expressbank, Gold və Standard kartlarının sayını ən çox artıran bank – Unibank, Debit Mastercard kartlarının sayını ən çox artıran bank – Yapı Kredi Bank, Debit Mastercard kartlarının sayını nisbət olaraq ən çox artıran bank – Rabitəbank, ən kreativ və innovativ Mastercard məhsulunu və ya xidmətini təklif edən bank isə – Unibank olub. Digər banklar da müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Mastercard və Cahan supermarketi Naxçıvanda birgə kampaniyaya başlayıb

Mastercard və Cahan supermarketi Naxçıvanda birgə kampaniyaya başlayıb

30-05-2018
Expressbank MasterCard Concierge kartlarını təklif edir

Expressbank MasterCard Concierge kartlarını təklif edir

21-10-2015
Azərpoçt-dan yeni ödəniş kartı

Azərpoçt-dan yeni ödəniş kartı

01-02-2018
"Mastercard" “Sandbox as a Service” hakatonunun qaliblərini elan edib

"Mastercard" “Sandbox as a Service” hakatonunun qaliblərini elan edib

22-11-2024
Mastercard və Starbucks-dan hədiyyə kampaniyası

Mastercard və Starbucks-dan hədiyyə kampaniyası

14-01-2022
Azərpoçt mükafatlandırılıb

Azərpoçt mükafatlandırılıb

12-12-2019
Mastercard Azərbaycan üzrə yeni menecer təyin edib

Mastercard Azərbaycan üzrə yeni menecer təyin edib

25-05-2018
Mastercard Naxçıvanda növbəti kampaniyaya başlayıb

Mastercard Naxçıvanda növbəti kampaniyaya başlayıb

08-11-2018
Mastercard Azərbaycanda yeni xidmət tətbiq edəcək

Mastercard Azərbaycanda yeni xidmət tətbiq edəcək

30-11-2018
ABB Mastercard-la birgə dayanıqlılıq mövzusunda hakatona start verir!

ABB Mastercard-la birgə dayanıqlılıq mövzusunda hakatona start verir!

01-11-2024
Azərpoçt MMC bank nominasiyasının qalibi olub

Azərpoçt MMC bank nominasiyasının qalibi olub

18-10-2018
Yelo Bank “Mastercard: Customer Tech Conference”ə ev sahibliyi edib

Yelo Bank “Mastercard: Customer Tech Conference”ə ev sahibliyi edib

23-01-2025
İran MasterCard beynəlxalq ödəniş sisteminə qoşulub

İran MasterCard beynəlxalq ödəniş sisteminə qoşulub

15-08-2016
ABB Mastercard-ın 2 mükafatını qazandı

ABB Mastercard-ın 2 mükafatını qazandı

06-05-2024
MasterCard Aİ-nin tələblərini pozub

MasterCard Aİ-nin tələblərini pozub

10-07-2015
Mastercard-la nağdsız Azərbaycana doğru

Mastercard-la nağdsız Azərbaycana doğru

12-12-2019
Mastercard Bakıda yeni kampaniyaya başlayıb

Mastercard Bakıda yeni kampaniyaya başlayıb

03-11-2016
“Azərpoçt” IX Beynəlxalq Bankçılıq Forumu 2025-də təmsil olunub

“Azərpoçt” IX Beynəlxalq Bankçılıq Forumu 2025-də təmsil olunub

20-11-2025
Mastercard-dan endirim kampaniyası

Mastercard-dan endirim kampaniyası

28-11-2017
Mastercard-dan Azərbaycanda yeni platforma

Mastercard-dan Azərbaycanda yeni platforma

15-11-2017
Mərkəzi Bank və Mastercard Rəqəmsal Ölkə Tərəfdaşlığına başladığını elan edib

Mərkəzi Bank və Mastercard Rəqəmsal Ölkə Tərəfdaşlığına başladığını elan edib

28-04-2021
 “Nağdsız ödənişlər barədə orqanlar qarşısında vəzifələr qoyulub”

“Nağdsız ödənişlər barədə orqanlar qarşısında vəzifələr qoyulub”

23-01-2018
Mastercard Azərbaycan hotelləri ilə yeni kampaniyaya başlayıb

Mastercard Azərbaycan hotelləri ilə yeni kampaniyaya başlayıb

19-01-2017
Mastercard-ın Azərbaycan və Türkiyə üzrə yeni Baş Direktoru təyin olunub

Mastercard-ın Azərbaycan və Türkiyə üzrə yeni Baş Direktoru təyin olunub

02-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə