Previous Next
Bağla

Mastercard kiberfırıldaqçılara qarşı süni intellekt ilə mübarizə aparacaq

29-12-2016 11:39
Mastercard kiberfırıldaqçılara qarşı süni intellekt ilə mübarizə aparacaq

Mastercard  şirkəti qlobal şəbəkəsində “Decision İntelligence” texnologiyasını təqdim edib. 

Xeberler.az-ın məlumatına görə, sözügedən texnologiya qərarvermə prosesini idarə edən və fırıldaqçılıq hallarını aşkarlayan kompleks xidmətdir. Yeni həll süni intellekt texnologiyasından istifadə etməklə maliyyə institutlarına real vaxt rejimində tranzaksiyaların həqiqiliyinin təsdiqini sürətləndirməyə və  yanlış imtinaları azaltmağa imkan yaradır.

Qeyd edək ki, bu, Mastercard-ın birbaşa olaraq öz qlobal şəbəkəsində süni intellekt texnologiyasının ilk tətbiqi hesab olunur.

Hazırda istifadə olunan qərarların qiymətləndirilməsi texnologiyaları əsasən öncədən müəyyən edilmiş qaydalar çərçivəsində risk dəyərləndirilməsini həyata keçirir.  “Decision Intelligence” həlli özü ilə birgə geniş imkanlar təklif edən yeni radikal yanaşmanı ərsəyə gətirir. O, hər bir əməliyyatın analizi, qiymətləndirilməsi və öyrənilməsini daha geniş həyata keçirməyə imkan verir. Kart emitentləri yeni texnologiya vasitəsilə əldə edilmiş nəticələri hər növbəti əməliyyatlara tətbiq edə bilirlər.

“Biz ödəniş zamanı istehlakçının üzləşdiyi əsas çətinliklərdən olan yanlış imtinalar problemini həll edirik. Qlobal şəbəkəmizdə süni intellekt texnologiyasından istifadə edərək biz maliyyə qurumlarına və digər tərəfdaşlara əməliyyatların təsdiqi göstəricilərini yaxşılaşdırmağa və müvafiq olaraq alıcı təcrübəsini inkişaf etdirməyə yardım göstəririk”, - deyə Mastercard şirkətinin Risklər və müəssisələrin təhlükəsizliyi üzrə prezidenti Acay Balla bildirib.

Bir sıra texnologiyalar əsasında yaradılmış “Decision Intelligence” sistemi mürəkkəb alqoritmlərdən istifadə edərək intellektual analiz sayəsində köhnə problemin həlli üçün yeni üsul təqdim etməklə banklara proqnozlaşdırılmış qiymət verməyə imkan yaradır. Bundan sonra banklar əldə edilmiş məlumatı fırıldaqçılıqla mübarizə sistemlərinə inteqrasiya edə bilərlər.

“Decision Intelligence” xidmətinin əsaslandığı smart-texnologiyalar hər istifadəçinin hesab üzrə alış-veriş davranışlarını uzun müddət öyrənərək normadan kənar davranışları dərhal aşkar edir. Belə ki, onlar hesabdan ödənişlər üzrə müştərilərin dəyər seqmentasiyası, risk xərcləri, lokasiya, satıcı, ödəniş qurğusunun məlumatları, zaman və alış-verişin növü barədə məlumatlardan istifadə edirlər.

Son bir neçə il ərzində ödəniş sektoru böyük səylə ödənişlərin mühafizəsinə və fırıldaqçılığa qarşı mübarizəyə fokuslanıb, buna görə də əməliyyatların həqiqiliyinin yoxlanması və fırıldaqçılıq hallarının idarə edilməsi arasında düzgün balansın qorunması böyük əhəmiyyət daşıyır.

Təkcə ABŞ-da əməliyyatlar zamanı yanlış imtinaların dəyəri kartlarla fırıldaqçılıq halları nəticəsində əmələ gələn itkilərin ümumi məbləğindən 13 dəfə çoxdur. Tranzaksiyaların qiymətləndirilməsində süni intellektdən istifadə problemlərin həlli istiqamətində yeni bir addımdır.

Mastercard şəbəkəsində əsas komponent olaraq süni intellektdən istifadə hər əməliyyatın fırıldaqçılığa məruzqalma riskini daha dəqiq qiymətləndirmək imkanı yaradır. Bu yeni imkanlar real vaxt rejimində tranzaksiyaların həqiqiliyinin təsdiqi prosesini sürətləndirəcək və yanlış imtinaları azaldacaq. Əldə edilmiş məlumat sayəsində yanacaqdoldurma məntəqələri və ya ATM-lər kimi xüsusi sahələr potensial risklərə daha çevik reaksiya verə və bununla da geri qaytarılan ödəniş kimi əməliyyat xərclərini azalda bilərlər.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mastercard yeni texnologiya təqdim edib

16-10-2017

Visa və MasterCard kiberfırıldaqçılıqla mübarizəyə başlayır

17-10-2015

Rəqəmsal fırıldaqçılığa qarşı mərkəzləşdirilmiş sistem yaradılacaq

20-11-2025

Banklara kart fırıldağı haqda xəbərdarlıq edildi

15-11-2015

Hesab.az-da Masterpass kampaniyası qazandırır

05-04-2021

Azərbaycanda elektron ticarət dövriyyəsi ümumi əməliyyatların 45 %-ni təşkil edir

16-05-2024

Mastercard Bakıda yeni kampaniyaya başlayıb

03-11-2016

Azərpoçt-dan yeni ödəniş kartı

01-02-2018

Rəqəmsal fırıldaqçılığa qarşı yeni normativ tələblər hazırlanır

20-11-2025

Hesab.az-da Masterpass kampaniyası başa çatdı

29-04-2021

Mastercard-dan Azərbaycanda yeni platforma

15-11-2017

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yeni dələduzluq üsulları aşkar edib

10-03-2023

Mastercard Azərbaycan istifadəçilərinə Disneylandə səyahət şansı

02-10-2018

Mastercard-la bir toxunuşla ödəniş edin

15-11-2019

Kaspersky Lab onlayn fırıldaqçılığın qarşısını alacaq

13-06-2018

Elektron, yoxsa nağd ödəniş daha təhlükəsizdir?

01-02-2017

Banklar üzrə rəqəmsal fırıldaqçılıq statistikası açıqlanıb

22-10-2025

Mastercard və EPUL Azərbaycanda birgə kampaniyaya start veriblər

05-12-2018

Mastercard və MyDutyFree Bakıda yeni kampaniyaya başladı

11-08-2017

Kaspersky kriptovalyuta platformasının saxta əməliyyatlara qarşı qoruyur

30-06-2020

Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılığın sayı kəskin artıb

02-03-2026

Mastercard və Cahan supermarketi Naxçıvanda birgə kampaniyaya başlayıb

30-05-2018

Uber və Mastercard Bakıda birgə aksiya keçirir

25-07-2016

Mastercardla Hepsiburada-dan 10 faiz endirim əldə edin

24-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə