Previous Next
Bağla

Elektron, yoxsa nağd ödəniş daha təhlükəsizdir?

01-02-2017 12:55
Elektron, yoxsa nağd ödəniş daha təhlükəsizdir?

Bu gün elektron ödənişlərə maraq artasa da, əksər istifadəçilər nağd ödənişə daha çox üstünlük verir. Bunun bir səbəbi ənənəvi üsula alışqanlıq olsa da, digər əsas səbəbi isə elektron formada edilən ödənişlərin təhlükəsizlik məsələsidir.

Bunları nəzərə alaraq  qlobal ödəniş texnologiyaları təchizatçısı olan Mastercard şirkəti nağdsız ödəniş həlləri ilə bağlı geniş yayılmış əsatirlərin bir neçəsini araşdırıb və məsələyə aydınlıq gətirmək üçün bu miflərə həqiqətə əsaslanan faktlarla cavab verib.

Xeberler.az Mastercard-ın məsələ ilə bağlı hazırladığı məqaləni təqdim edir:

Mif: Nağd pul ən təhlükəsiz vasitədir.

Həqiqət: Əslində isə nağd pul bütün ödəniş vasitələri arasında ən təhlükəlisidir, çünki oğurlandığı və ya itirildiyi halda başqa birisi heç bir yoxlama tələb olunmadan ondan istifadə edə bilər. Çip və Pin kodlu plastik ödəmə kartları daha təhlükəsizdirlər. Bu kartların əsaslandığı texnologiya bir neçə mühafizə qatına malikdir ki, bunun sayəsində təhlükələr aşkarlanır və qarşısı alınır. Çip və Pin kod texnologiyası davamlı təhlükəsizlik üçün mübarizə aparmağa kömək edən müdafiə qatlarının sadəcə bir nümunəsidir. Mastercard qlobal olaraq tanınır və kart sahibləri nağd pul çıxarmaq istədikdə dünyanın hər yerində öz maaş və ya kredit kartını istifadə edə bilirlər. Elektron ödənişlər nağd ödənişlərlə müqayisədə ən təhlükəsiz vasitə olaraq qalmağa davam edir.

Mif: Mastercard avro valyutasına bağlıdır və məhz bu səbəbdən ABŞ-la müqayisədə Avropada istifadəsi daha məqsədəuyğundur.

Həqiqət: Mastercard-da hesablaşmalar ABŞ dolları və avro ilə yanaşı, 16 regional valyuta ilə də aparıla bilər. Bu isə o deməkdir ki, əgər bankın həm dollar, həm də avro hesablaşmaları mövcuddursa, o zaman əlavə konvertasiyaya ehtiyac olmadan, ABŞ-dakı əməliyyatlar dollarla, Avropada yerinə yetirilmiş əməliyyatlar isə müvafiq olaraq avro ilə həyata keçiriləcək.

Mif: Plastik kartlar təhlükəsiz deyil, çünki itirildikdə və ya oğurlandıqda kartdakı pulu da itirmiş olursunuz.

Həqiqət: Mastercard qlobal olaraq “İtirilmiş və oğurlanmış kartların bildirişi” sistemi vasitəsilə bankı bir neçə dəqiqə ərzində məlumatlandırır. Eyni zamanda, Mastercard kənar şəxslərin müdaxiləsi ilə edilmiş əməliyyatlar üçün kart sahibini məsul tutmur. Kartınızı itirdikdə və ya kartınızın kopyalandığından şübhələndikdə bankınızla əlaqə saxlayıb, “Təcili kart dəyişimi” xidmətindən istifadə edərək iki iş günü ərzində olduğunuz məkanda yeni kart əldə etmək mümkündür. Bundan başqa, dünyanın hər yerində Mastercard və ya Maestro loqosuna malik 22 milyon bankomatdan istifadə edərək nağd pul çıxara bilərsiniz.

Mif: İstehlakçıları onlayn alış-verişdən çəkindirən əsas məqam hələ də təhlükəsizlikdir.

Həqiqət: İlk dəfə onlayn alış-veriş edənlər üçün bu təcrübə o qədər də asan olmaya bilər. Lakin Mastercard SecureCode kimi texnoloji həllər onlayn mağazalara yalnız alıcının bildiyi şifrəni daxil etməyi tələb edir və bununla da onlayn mağazalar daha bir mühafizə qatı əlavə etmiş olurlar.

Şirkət qeyd edir k, bu miflərin həqiqəti əks etdirən faktlarla təkzib edilməsindən sonra müasir ödəniş texnologiyalarından istifadə etməmək üçün bəhanə qalmır.

 

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mastercard-la bir toxunuşla ödəniş edin

15-11-2019

Bayram günlərində kartların təhlükəsizliyini necə qorumalı?

17-03-2017

Hesab.az-da Masterpassla bir toxunuşla ödəniş edin

19-11-2019

Hesab.az-da Masterpass kampaniyası başa çatdı

29-04-2021

Mastercard və EPUL Azərbaycanda birgə kampaniyaya start veriblər

05-12-2018

Mastercard və Starbucks-dan hədiyyə kampaniyası

14-01-2022

Mastercard-ın yeni kampaniyası müştəri vərdişlərini dəyişməyə davam edir

16-04-2020

Hesab.az-da Masterpass kampaniyası qazandırır

05-04-2021

Mastercard Bakıda yeni kampaniyaya başlayıb

03-11-2016

Mastercardla Hepsiburada-dan 10 faiz endirim əldə edin

24-09-2018

Expressbank MasterCard Concierge kartlarını təklif edir

21-10-2015

DəmirBank plastik kartlar üzrə əlavə xidmətlər təklif edir

12-10-2015

Azərpoçt-dan yeni ödəniş kartı

01-02-2018

Mastercard-dan Azərbaycanda yeni platforma

15-11-2017

Telefon nömrəsi ilə xaricə pul köçürülməsi təkmilləşdirilir

21-08-2019

Mastercard Azərbaycanda yeni xidmət tətbiq edəcək

30-11-2018

Mastercard Azərbaycan istifadəçilərinə Disneylandə səyahət şansı

02-10-2018

Mastercard: “Nağd pul ən çirkli gündəlik əşya hesab olunur”

30-11-2016

Visa və MasterCard kiberfırıldaqçılıqla mübarizəyə başlayır

17-10-2015

Mastercard-la nağdsız Azərbaycana doğru

12-12-2019

“Azərbaycanda nağd ödənişlərə hər hansısa məhdudiyyətlər qoyulmayacaq"

20-02-2023

Mastercard vaxtı bitmiş kartların müddətini uzadıb

02-04-2020

Hesab.az -da Masterpass-la ödəniş qazandıracaq!

28-11-2019

Bravoda Mastercardla ödə, yeni Lexusla get

04-08-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə