Previous Next
Bağla

Kaspersky kriptovalyuta platformasının saxta əməliyyatlara qarşı qoruyur

30-06-2020 11:14
Kaspersky kriptovalyuta platformasının saxta əməliyyatlara qarşı qoruyur

170-dən çox ölkədə bank kartları ilə dərhal kriptovalyuta satın alınmasını təmin edən Indacoin, öz təhlükəsizlik sistemini çoxsəviyyəli tranzaksiya qorunması həlli olan Kaspersky Fraud Prevention-a inteqrasiya etdirib. Onun köməyilə Indacoin, yüksək hədəfli saxta sxemləri, habelə müştəri cihazına uzaqdan girişlə həyata keçirilən əməliyyatları aşkar edə bilib.

Indacoin şirkəti bazara 2014-cü ildə addım atıb və səlahiyyətli fiat-kripto (qızıl və digər qiymətli metallarla təmin olunmayan valyuta) mübadiləsi sahəsindəki pionerlərdən biri hesab olunur. Bu gün bu platformada 100-dən çox kriptovalyuta qeydiyyata alınıb və xidmətin gündəlik dövriyyəsi 310,000 min ABŞ dollarına çatır.

Indacoin vasitəsilə əməliyyat icra edən iştirakçılar üçün məcburi prosedurlardan biri kimliyin yoxlanılmasıdır, buna görə də fərdi məlumatların təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Bundan əlavə, Indacoin təhlükəsizlik mexanizmləri ən yüksək beynəlxalq standartlara və 170-dən çox ölkənin gizlilik siyasətinə uyğun olmalıdır və eyni zamanda əməliyyat emalının sürətinə mane olmamalıdır. Bütün bu təqdimatı nəzərə alaraq, şirkət fırıldaq əməliyyatlarının qarşısının alınması üçün əsas komponenti Kaspersky Fraud Prevention olan kompleks bir sistem yaradıb. O, istifadə edilən cihazın növündən asılı olmayaraq, tranzaksiyanın bütün mərhələlərində onlayn ödənişlərin çoxsəviyyəli qorunmasını təmin edir. Platformaya ödəniş emalı zamanı boz sxemləri tanımaq üçün server həlləri, öz müdafiə mexanizmlərini yaratmaq üçün alətlər, həmçinin təşkilatlar üçün anomaliyaları izləmək və onlara nəzarət etmək vasitələri daxildir ki, onlar vasitəsilə şübhəli fəaliyyətlərin qarşısını erkən mərhələdə almaq mümkündür.

"Kriptomühit bir sıra xüsusiyyətlərə malikdir, lakin ümumilikdə Indacoin maliyyə qurumlarının əsas risklərini bölüşür: kartların və ödəniş məlumatlarının təhlükəsizliyi, fərdi istifadəçi hesablarının etibarlılığı və müştəri vəsaitlərinin təhlükəsizliyi. Lakin kriptovalyuta və rəqəmsal bankçılıq seqmentlərində kiber fırıldaqçılıqla mübarizənin klassik üsulları həmişə işləmir: təcavüzkarlar texnologiyanın inkişafına çox tez reaksiya verir və yeni hücum ssenariləri yaradırlar. Kaspersky Fraud Prevention həlli, Indacoin təhlükəsizlik sistemini platformanın kiber cinayətkarlardan bir addım öndə olmasına və müştərilərin təhlükəsizliyini təmin etməyə imkan verən yeni bir səviyyəyə çıxarmağa kömək etdi," deyə Indacoin-in tərəfdaşlarla iş üzrə direktoru Ənvər Sidorov bildirib.

"Kriptovalyuta bazarı gənc və yenilikçi bir sahədir, onun tənzimləmə sistemində təcavüzkarlar tərəfindən istifadə olunan bir çox kor zonalar var. Kaspersky Fraud Prevention həlli, əməliyyatların sürətini yavaşlatmadan və müsbət istifadəçi təcrübəsini saxlayaraq, fırıldaqçılıq hərəkətlərinin qarşısının alınmasında öz effektivliyini sübut edib," Kaspersky Fraud Prevention biznesinin inkişafı üzrə menecer Yekaterina Danilova deyib. "Həll yollarımızın istifadəsi elə ilk aydaca təhlükəsizlik sisteminin səmərəliliyini 38% artırdı. Ən gözə çarpan nəticə, müştərinin kompüterinə və ya smartfonuna uzaqdan girişlə edilən əməliyyatların aşkarlanması oldu.”

Kaspersky Fraud Prevention haqqında daha çox məlumat əldə etmək üçün
kfp.kaspersky.com saytına daxil ola bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Banklar istifadəçi məlumatını qorumaqda çətinlik çəkir”

“Banklar istifadəçi məlumatını qorumaqda çətinlik çəkir”

12-05-2017
Kaspersky Lab onlayn fırıldaqçılığın qarşısını alacaq

Kaspersky Lab onlayn fırıldaqçılığın qarşısını alacaq

13-06-2018
Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

13-04-2023
Mobil cihazlar vasitəsi ilə pul oğurluğu artacaq

Mobil cihazlar vasitəsi ilə pul oğurluğu artacaq

14-04-2017
Kaspersky FIDE Online Arena oyun platformasının kiber təhlükəsizliyini təmin edəcək

Kaspersky FIDE Online Arena oyun platformasının kiber təhlükəsizliyini təmin edəcək

22-06-2020
Kriptovalyuta hansı riskləri özü ilə gətirir?-ARAŞDIRMA

Kriptovalyuta hansı riskləri özü ilə gətirir?-ARAŞDIRMA

30-01-2023
Kaspersky: Zərərli bank proqramları dünyadakı istifadəçilərə hücum edir

Kaspersky: Zərərli bank proqramları dünyadakı istifadəçilərə hücum edir

16-07-2020
Kaspersky EDR həlli ən yüksək qiymətə layiq görülüb

Kaspersky EDR həlli ən yüksək qiymətə layiq görülüb

17-01-2022
Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022
 Kaspersky  təhlükəsizliklə bağlı yeni mükafat qazanıb

Kaspersky təhlükəsizliklə bağlı yeni mükafat qazanıb

17-11-2022
Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021
Azərbaycan zərərli hücuma məruz qalan istifadəçilərin sayına görə 7-ci yeri tutub

Azərbaycan zərərli hücuma məruz qalan istifadəçilərin sayına görə 7-ci yeri tutub

03-06-2022
“Kaspersky maliyyə sahəsi üçün 2022-ci ilin kiber təhlükəsizlik proqnozunu hazırlayıb

“Kaspersky maliyyə sahəsi üçün 2022-ci ilin kiber təhlükəsizlik proqnozunu hazırlayıb

30-11-2021
Kaspersky 2019-cu ildə onlayn fırıldaqçılıqda fəallaşma qeydə alıb

Kaspersky 2019-cu ildə onlayn fırıldaqçılıqda fəallaşma qeydə alıb

12-12-2019
Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022
Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

02-02-2022
Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022
Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019
 "Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022
Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020
Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

15-05-2020
Kriptovalyuta sahibləri üçün əsas təhlükələr nələrdir?

Kriptovalyuta sahibləri üçün əsas təhlükələr nələrdir?

17-02-2023
Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020
Kaspersky ev istifadəçilərini kiber təhdidlərdən effektiv şəkildə qoruyur

Kaspersky ev istifadəçilərini kiber təhdidlərdən effektiv şəkildə qoruyur

10-01-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə