Previous Next
Bağla

Kaspersky Lab onlayn fırıldaqçılığın qarşısını alacaq

13-06-2018 16:12
Kaspersky Lab onlayn fırıldaqçılığın qarşısını alacaq

Xeberler.az bildirir ki, Kaspersky Lab şirkəti maliyyə sahəsində onlayn-fırıldaqçılığa qarşı yeni nəsil həllər istehsal edib. Yenilənmiş “Kaspersky Fraud Prevention” indi iki ayrı məhsuldan ibarətdir: “Kaspersky Advanced Authentication” və “Kaspersky Automated Fraud Analytics”. Birinci alət istifadəçinin hesabının etibardan salınmasının müxtəlif ssenarilərin qarşısını alır, ikinici isə maliyyə fırıldaqçılığının ən mürəkkəb hallarını belə müəyyənləşdirib, araşdırmağa kömək edir. Müdafiənin bu cür diversifikasiyası internetdə tranzaksiya keçirən müxtəlif təşkilatlara maliyyə təhlükəsizliyinin daha aktual tərəfləri üçün həllər seçməyə imkan yaradacaq.

Artıq çoxdandır ki, onlayn-fırıldaqçılıq təkcə maliyyə təşkilatlarının problemi deyil. Elektron ticarətin inkişafı internet-mağazalardan istifadə edən insanların hesabının etibardan salınması ilə bağlı münaqişələrin sayını artırıb. Bu səbəbdən onlayn maliyyə meydançaları analoji riskləri minimuma endirmək üçün tədbir görməyə məcburdu.

“Kaspersky Advanced Authentication” adlı yeni həlldə realizə olunan maşın təlimi texnologiyaları və mürəkkəb riyazi alqoritmlər istənilən qeyri-adi, o cümlədən fırıldaqçı aktivlikləri login və parolu daxiletmə mərhələsində operativ şəkildə müəyyənləşdirməyə kömək edir. “Kaspersky Lab”ın həlli davranış və biometrik məlumatları təhlil edir, həmçinin istifadə olunan avadanlığın etibarını yoxlayır. Bütün bu proseslər istifadəçidən əlavə hərəkətlər tələb etmir, lakin əsaslandırılmış şübhə yarandığı halda internet-mağaza şəxsiyyətin təsdiqlənməsi üçün həmişə müştərisi ilə əlaqə saxlaya biləcək.

Öz növbəsində, bu gün maliyyə təşkilatlarının qarşısında kibersoyğunçuluğun, onlayn-fırıldaqçılığın və internetdə pulların yuyulmasının müxtəlif sxemlərin qarşısını almaq kimi olduqca kəskin məsələ durur. “Kaspersky Automated Fraud Analytics” adlı yeni məhsul məhz bu cür problemin həlli üçün yaradılıb.

Tranzaksiyanın keçirilməsi ilə bağlı bütün istifadəçi sessiyası ərzində həll yüzlərlə müxtəlif indikatorları təhlil edir və yoxlayır və əldə etdyi məlumatları maliyyə kibercinayətkarlıqlarının spesifik ssenariləri ilə müqayisəsini aparır. Bu cür yanaşma ən erkən mərhələlərdə belə ciddi hadisələri avtomatik olaraq müəyyən etməyə imkan yaradır.

“Onlayn-fırıldaqçılıq əvvəlki kimi maliyyə təşkilatları üçün təhlükə doğurur, lakin bu riskə digər sahələr də məruz qalmağa başlayır. Bu gün ən müxtəlif şirkətlər vəsait və resurslarını bizneslərinin rəqəmsal əməliyyatlarını inkişaf etdirilməsinə yönəldir. Məhz bu səbəbdən biz maliyyə fırıldaqçılığından müdafiəyə olan yanaşmamıza yenidən baxmağa qərara gəldik. Daha da ixtisaslaşmış və dar istiqamətli həllər təklif edərək, biz təşkilatlara təhlükəsizlik sistemlərini vacib olan yerlərdə möhkəmləndirmək imkanını veririk”, - deyə “Kaspersky Fraud Prevention”un rəhbəri Aleksandr Yermakoviç bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Banklar istifadəçi məlumatını qorumaqda çətinlik çəkir”

“Banklar istifadəçi məlumatını qorumaqda çətinlik çəkir”

12-05-2017
Kaspersky kriptovalyuta platformasının saxta əməliyyatlara qarşı qoruyur

Kaspersky kriptovalyuta platformasının saxta əməliyyatlara qarşı qoruyur

30-06-2020
Kaspersky Lab rəqəmsal əkizlərin qara bazarını aşkarlayıb

Kaspersky Lab rəqəmsal əkizlərin qara bazarını aşkarlayıb

08-05-2019
Mobil cihazlar vasitəsi ilə pul oğurluğu artacaq

Mobil cihazlar vasitəsi ilə pul oğurluğu artacaq

14-04-2017
Banklar kibertəhlükəsizlik siyasətinə yenidən baxır

Banklar kibertəhlükəsizlik siyasətinə yenidən baxır

02-08-2018
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
“Kaspersky Anti-Cheat” startapı təqdim edilib

“Kaspersky Anti-Cheat” startapı təqdim edilib

20-09-2019
“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

27-07-2017
Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019
Fişinq hücumun əsas hədəfi  kimlərdir?-Araşdırma

Fişinq hücumun əsas hədəfi kimlərdir?-Araşdırma

24-02-2017
Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019
“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

08-05-2020
Spam zənglərin intensiv olduğu vaxtlar müəyyənləşdirilib

Spam zənglərin intensiv olduğu vaxtlar müəyyənləşdirilib

23-08-2019
Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

04-12-2020
Kaspersky Security OneDrive buludunu da qoruyacaq

Kaspersky Security OneDrive buludunu da qoruyacaq

06-09-2019
Kaspersky Lab : Azərbaycanda korporativ istifadəçilərin 41faizi fərdi kompüterlərini parolla qorumur

Kaspersky Lab : Azərbaycanda korporativ istifadəçilərin 41faizi fərdi kompüterlərini parolla qorumur

05-02-2019
Kaspersky Lab Bakıda tədbir keçirəcək

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017
Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020
Bu  proqram şifrənin təhlükəsizliyini yoxlayır

Bu proqram şifrənin təhlükəsizliyini yoxlayır

13-03-2019
Parolları kibercinayətkarlardan necə qorumaq olar?

Parolları kibercinayətkarlardan necə qorumaq olar?

09-03-2017
"Kaspersky" kiberhücumların qlobal miqyasda artacağını proqnozlaşdırır

"Kaspersky" kiberhücumların qlobal miqyasda artacağını proqnozlaşdırır

11-04-2023
Kiber fırıldaqçıların qurbanları 8  milyon xərcdən xilas edilib

Kiber fırıldaqçıların qurbanları 8 milyon xərcdən xilas edilib

09-08-2017
Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020
Kaspersky: Azərbaycanda dələduzların qurbanı daha çox kişilər olur

Kaspersky: Azərbaycanda dələduzların qurbanı daha çox kişilər olur

18-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə